Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1300/2023 24.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1977-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Lənkəran rayonu, Bürcəli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin(bundan sonra İXM-nin) 338.7-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə saat 18:51 radələrində köhnə Ələt-Astara-İran yolunun Lənkəran rayonu ərazisindən 214-ci km-də Şəxs təsərrüfatına məxsus 1 baş iri buynuzlu heyvanı yolda nəzarətsiz qoymuş, nəticədə həmin heyvan qəflətən sürücü X1 idarə etdiyi “VAZ-21074“ markalı **-BF-*** dövlət nişanlı minik avtomobilinin hərəkət zolağına çıxarkən həmin sürücü tərəfindən ğz hərəkət zolağında heyvanı vurmuşdur. Heyvan hadisə yerindən xəsarət alaraq uzaqlaşmış və avtomobilə maddi ziyan dəymişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təsərrüfatına məxsus 1 baş iri buynuzlu heyvanın asfalt yola çıxması səbəbindən avtomaşınla vurulması barədə məlumat almış, dərhal hadisə yerinə gəlib və heyvanı canlı şəkildə təhvil almışdır. Baş vermiş hadisədən peşmanlıq hissi keçirdiyini, iki azyaşlı övladının olduğunu və maddi vəziyyətinin ağır olduğunu, eləcə də zərərçəkmiş şəxsin şikayətçi olmadığını bildirərək, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə baxışının vaxtı və yeri barədə məlumat zərərçəkmiş şəxs X2 vaxtında bildirilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında vəsatət verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri, özünün etirafı ilə yanaşı tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Belə ki, materialda olan xx.xx.2023-cü il tarixli rəydən görünür ki, inzibati hadisə nəticəsində zərəçəkmiş şəxsin avtomobilinə ümumilikdə 1182 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2 və 33.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini və himayəsində iki azyaşlı uşağın olmasını yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Məhkəmə hesab edir ki, zərəçəkmiş şəxsə ona vurulmuş maddi ziyanla bağlı Şəxs qarşı məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128 və 130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərəçəkmiş şəxsə ona vurulmuş maddi ziyanla bağlı Şəxs qarşı məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №3(049)-1300/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1300/2023
24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver