Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-131/2025 05.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X2, Protokol tərtib etmiş şəxs: Lənkəran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Lənkəran rayonu,Girdəni kəndində doğulmuş Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Lənkəran Rayon İcra və Probasoya Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi̇ : Lənkəran Rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş 05 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokol əsasında materiallar Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. 05 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokolda göstərilmişdir ki, Şəxs barəsində olan Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 4 icra vərəqi üzrə yaranmış cəmi 11879 manat borcunu ödəmir. Həmin materiallardan məlum olur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 666/2023 sayli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 6299.75 manat və dövlət rüsumu olaraq 82.70 manat pul Şəxs və digər borcludan tutularaq Zərərçəkmiş şəxs ASC-yə ödənilməli, 2(049)-3125/2022 sayli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 4361.53 mant pul və ödənilmiş dövlət rüsumu olaraq 63,62 manat pul cavabdeh Şəxs alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, 2(049)-3121/2022 sayli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 619,26 manat və dövlət rüsumu olaraq 32,07 manat pul cavabdeh Şəxs alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli və 2(049)-3404/2022 sayli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 390 mant pul və ödənilmiş dövlət rüsumu olaraq 30 manat pul cavabdeh Şəxs alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə iclasında protokolu tərtib etmiş icra məmuru X1 bildirdi ki, borclu barəsində olan dörd icra vərəqi ayrı-ayrı icra məmurlarının icraatında olmuşdur. Borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Görülmüş icra tədbirləri nəticə verməmişdir. Borculunun dörd icra sənədi üzrə 11879 manat borcu vardır. Bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmamış, əmlakının olub olmaması Elektron İcra Sistemi vasitəsi ilə yoxlanılmış, barəsində məcburi gətirmə qərarı çıxarılmamışdır. Borclu çağırışlara gəlmdəyindən barəsində axtarış elan edilmişdir. Göstərilənlərə əsasən borclu barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmənin yeri və vaxtı barədə tələbkarlara məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmiş, bu barədə rəsmi məlumat verməmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, hər dörd icra sənədi üzrə borcu olduğunu qəbul edir, lakin maddi imkanı yaxşı olmadığı üçün borcunu bir dəfəlik qaytara bilməmişdir. Onun borcunu qaytarmaq fikri vardır. İcra məmuru tərəfindən ona bir iki dəfə zəng edilmiş, lakin səhlankarlıq edib icra şöbəsinə getməmişdir. Göstərilənlərə əsasən, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxsnın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran Rayon Məhkəməsinin dörd icra sənədin tələbi üzrə pul Şəxs tutularaq tələbkarlara ödənilməlidir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 2(049)-666/2023 saylı, xx.xx.2023- cü il tarixli icra sənədinin tələbi üzrə 6299.75 manat və dövlət rüsumu olaraq 82.70 manat pul Şəxs və digər borcludan tutularaq Zərərçəkmiş şəxs ASC-yə ödənilməlidir İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış 2(049)- 3125/2022saylı xx.xx.2022-ci il tarixli icra sənədinin tələbi üzrə 4361.53 manat pul və ödənilmiş dövlət rüsumu olaraq 63,62 manat pul cavabdeh Şəxs alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış 2(049)- 3121/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədin tələbi üzrə 619,26 manat və dövlət rüsumu olaraq 32,07 mananat pul, cavabdeh Şəxs alınaraq iddiaçı UniBank ” ASC-yə ödənilməli İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış 2(049)- 340425/2022-saylı xx.xx.2022-ci il tarixli icra sənədinin tələbi üzrə 390 manat pul və ödənilmiş dövlət rüsumu olaraq 30 manat pul cavabdeh Şəxs alınaraq iddiaçı "xxxx" MMCyə ödənilməlidir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış sənədlərdən görünür ki, icra sənədi üzrə iki iş üzrə icraata xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində başlanılmış, borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanaraq, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün onun dispozisiyasında nəzərdə tutulan icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsi kimi əlamətlərin mövcud olması zəruridir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqından materiallardan isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində belə bir əlamətlərin mövcud olması təsdiqini tapmamışdır. Belə ki, icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi dedikdə borclunun icra sənədini qanunvericiliklə qadağan olunmayan vasitələrlə icra edə bilməsi imkanına malik olması, lakin onun icra sənədini qəsdən icra etməməsi və ya ümumiyyətlə buna cəhd göstərməməsi başa düşülür. Hazırki halda isə icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə ödəniş edə bilməsi üçün faktiki imkanlarının olması barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Bu da borclunun məhkəmə qərarının icrasından yayınmasını məntiqi olaraq istisna edir. Məhkəmə qeyd edir ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyası yuxarıda qeyd edildiyi kimi iki alternativ əməldən birinin törətdilməsini ehtiva edir ki, hazırda məhkəməyə təqdim olunan materialda barəsində protokol tərtib edilmiş şəxsin hansı əmələ yol verdiyi məlum deyil. Məhkəmə şəxsin borcunun olduğunu müəyyən edilmiş hesab edir. Lakin bununla yanaşı onu da qeyd edir ki, şəxsin barəsində olan dörd icra sənədi üzrə heç bir məcburi icra hərəkəti aparılmadan şəxs birbaşa axtarışa verilmiş və barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarından müəyyən olunur ki, şəxs barəsində olan dörd icra işinin heç birində şəxsin ölkədən getmək hüququnun məhdudlaşıdırılması, əmlak üzərinə həbs qoyulması, hesabları üzərinə həbs qoyulması, habelə icra şöbəsinə məcburi gətirilməsi ilə bağlı hər hansı hərəkət yerinə yetirilməmişdir. Hazırkı işə isə Elektron Məhkəmə Sistemindən isə şəxsin işləməsi və aylıq 441.4 manat əmək haqqı almasına dair çıxarış da əlavə edilmişdir. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin icra hərəkətləri edilmədən şəxsin birbaşa inzibati məsuliyyətə cəlb edilməsi qanunamüvafiq deyil. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən müvafiq icra tədbirləri görülmədən Şəxs barəsində birbaşa inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmə məsuliyyətinə verilmişdir. Göründüyü kimi, icra məmuru tərəfindən hər hansı qanuni tədbir görülməsi məhkəməyə müəyyən deyil və buna görə də, Şəxs icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilməsi istisna edilir. Eləcə də, Şəxs hər hansı tədbir görülməsi ilə bağlı icra məmuru tərəfindən hər hansı göstəriş və ya xəbərdarlıq edilmədiyindən, yəni qanunda nəzərdə tutulmuş hər hansı icra tədbiri həyata keçirilmədiyindən, habelə Şəxs borcun ödəməkdən yayınmağı ilə bağlı məhkəməyə sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi əsası ilə də inzibati məsuliyyətə cəlb edilməsi istisna edilir. Qeyd olunanlardan aydın olur ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanlara və iş materiallarına əsasən belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 48-51, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-131/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-131/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver