Məhkəmə qərarları › İş №3(049)-1313/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1313/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1313/2023 13.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1962-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına materiala 13 iyul 2023-cü il tarixdə Lənkəran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində tanışı Zərərçəkmiş şəxs müxtəlif bədən nahiyələrinə qəsdən zərbə vurmaqla dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyinə görə barəsində 13 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyib göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhərindəki Gimnaziya məktəbində oxuyan nəvəsinin Əlifba bayramına getmişdir. Bayram bitdikdən sonra qızı Samirə və nəvəsi Asiya ilə küçəyə çıxan zaman Günay, bacısı Samirə və anası Firəngiz onlara yaxınlaşaraq qızı Samirəni təhqir etməyə başlamışlar. Həmin vaxt o, onlara etirazını bildirəndə Günay əlində olan əşya ilə onun sifət, çənə və sinə nahiyəsinə zərbə vuraraq onu döymüşdür. Özü isə Günayı döyməmişdir. Qızı Samirə və nəvəsi Asiya da hadisənin şahidi olmuşlar. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, təqsirləndirlən şəxs Bacı qardaşının sabiq qaynanasıdır. Qardaşı oğlunun Əlifba bayramı Lənkərandakı Gimnaziyada qurtardıqdan sonra qardaşının oğlu ilə küçəyə çıxan zaman səs eşitmişdir. Həmin yerə çatdıqda Bacının onun atasına söyüş söydüyünü daha sonra isə əl qaldırdığını, əlindəki sumkası ilə atasını vurduğunu görmüşdür. O onları ayırmaq istədikdə Bacı ona tüpürərək təhqir etmiş, saçlarından tutaraq yerlə sürümüşdür. Sonradan qardaşı onlara yaxınlaşıb onları ayırmışdır. Onun Şəxs ilə barışmaq fikri yoxdur və məhkəmədən onun barəsində cərimə cəzasının tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 bildirdi ki, Bacı onun anasıdır. xx.xx.2023-cü il tarixdə anası və qardaşı qızı Asiya ilə oğlu Yusifin Gimnaziya məktəbində keçirilən Əlifba bayramında iştirak etdikdən sonra evə qayıdarkən Günay, anası Firəngiz və bacısı Günel onu təhqir edərək anasının üstünə gəlmişlər. Həmin vaxt Günay əlindəki əşya ilə onun anasının üz, çənə və sifət nahiyəsinə xəsarət yetirmişdir. Anası isə əksinə Günaya heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 bildirmişdir ki, həmin gün Gimnaziyada keçirilən Əlifba bayramından qayıdarkən Bacı ona yaxınlaşıb söyüşlər söyərək, təhqir etməyə başladı. Daha sonra onu əlindəki sumka ilə vuraraq üzərinə tüpürdü. Bu zaman qızı onu Bacının əlindən almağa çalışarkən Bacı onun qızının saçından tutaraq vurmağa başladı. O, Bacıya əl qaldırmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 07 iyun 2023-cü il tarixli 557 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ dirsək oynağı nahiyəsində qançırlar, sol əl nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törəmişlər, müddətli müayinədən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığa zərə vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İnzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi qərarından görünür ki, xəta törədən şəxs poisdən qəsdən yayındığı ünün onun barəsində açılmış inzibati icraat xx.xx.2023-cü il tarixdə dayandırılmış və inzibati xəta törədənin yeri müəyyənləşdikdən sonra xx.xx.2023-cü il tarixdə inzibati icraat yendən təzələnmisdir. İş materiallarında olan DSMF-nin Lənkəran şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Şəxs ƏƏSMN yanında DSMF-nin Lənkəran şəhər şöbəsindən heç bir növ sosial müavinət və pensiya almır. Məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun bu xətanı törətməsində təqsiri zərərçəkmiş şəxsin izahatı, şahidlərin ifadələri, ekspert rəyi, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal onun qadın olmasıdır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115 və 128- 130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar