Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1314/2023 13.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində faktiki yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin(bundan sonra İXM-nin) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixində saat 12 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində tanışı Zərərçəkmiş şəxs çənə nahiyəsinə qəsdən sillə zərbəsi vurmaqla ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirdiyinə görə barəsində İXM-nin 157-ci maddəsi ilə 13 iyul 2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X9 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixində saat 12 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində aralarında baş vermiş qarşılıqlı münaqişə zamanı tanışı Zərərçəkmiş şəxs çənə nahiyəsinə qəsdən sillə zərbəsi vurmaqla ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, müvafiq müraciətlər əsasında Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X10 tərəfindən aparılmış araşdırma zamanı, Şəxs və Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından 17 iyun 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, qərar həmin şəxslər barəsində müvafiq tədbir görülməsi üçün İTB-yə göndərilmiş və hər iki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Lənkəran rayonuna gəlmişdir. xx.xx.2023cü il tarixində qardaşı X3 əlifba bayramında iştirak etmək üçün Lənkəran XDT Gimnaziya məktəbinə getmişdir. Elçin arvadı Samirədən boşanmışdır. Yusif Elçinin, qızı Rüqəyya isə Samirənin himayəsinə verilmişdir. Tədbir yekunlaşandan sonra Samirə və onun anası Bacının atası Allahverdini təhqir etdiyini görüb onlara yaxınlaşmış, bu zaman Samirə və Bacı onun üzərinə gələrək saçlarından tutaraq onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurmuşlar. Atası Allahverdi onun Samirə və Bacının əlindən zorla almışlar. O, heç kimi vurmamış və xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, qızı Samirə xx.xx.2023-cü il tarixində oğlu Yusifin əlifba bayramında iştirak etmək üçün Lənkəran XDT Gimnaziya məktəbinə getmişdir. Daha sonra o da həmin tədbirə getmişdir. Tədbir yekunlaşandan sonra o, Samirənin keçmiş qayınatası Allahverdidən nə üçün qızının uşağı Yusifi ondan ayırdığını soruşmuş, bu zaman Allahverdinin arvadı Firəngiz, qızları Günel və Günay ona tərəf gələrək nalayiq ifadələrlə onu söymüşlər. Daha sonra adları qeyd olunan şəxslər onun saçından tutmuş, Günay isə əlində tutduğu mobil telefonla onun çənə və döş qəfəsi nahiyələrinə zərbələr vurmuşdur. Həmin vaxt azyaşlı nəvəsi onun əlindən tutmuş, bir əlində isə çantası olmuşdur. O heç kəsi vurmamış, əksinə Şəxs onu döymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, xx.xx.2023cü il tarixində qardaşı nəvəsi Yusifin əlifba bayramında iştirak etmək üçün Lənkəran XDT Gimnaziya məktəbinə getmişdir. Tədbir yekunlaşandan sonra oğlunun keçmiş qayınanası Zərərçəkmiş şəxs onun üzərinə gələrək onu nalayiq ifadələrlə təhqir etmiş, daha sonra Zərərçəkmiş şəxs qızı Günayın saçından tutaraq dartmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, xx.xx.2023cü il tarixində oğlu Yusifin əlifba bayramında iştirak etmək üçün Lənkəran XDT Gimnaziya məktəbinə getmişdir. Tədbir yekunlaşandan sonra anası onun keçmiş qayınatası Allahverdidən nə üçün qızının uşağı Yusifi ondan ayırdığını soruşmuş, bu zaman Allahverdinin arvadı Firəngiz, qızları Günel və Günay ona tərəf gələrək nalayiq ifadələrlə onu söymüşlər. Daha sonra adları qeyd olunan şəxslər anası Zərərçəkmiş şəxs saçından tutmuş, Günay isə əlində tutduğu mobil telefonla anası Bacının çənə və döş qəfəsi nahiyələrinə zərbələr vurmuşdur. Həmin vaxt anası bir əli ilə nəvəsi Asiyanı tutmuş, bir əlində isə çantası olmuşdur. Anası Zərərçəkmiş şəxs heç kəsi vurmamış, əksinə Şəxs onu döymüşdür. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X5 xx.xx.2023-cü il tarixli HK-1 qeydiyyatlı və xx.xx.2023-cü il tarixli HK qeydiyyatlı 2128 nömrəli material üzrə qəbul etdiyi 17 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması Şəxs və Zərərçəkmiş şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs və Zərərçəkmiş şəxs barəsində İXMnin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran ŞRPŞ-nin İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT PHŞ Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin verdiyi 12 iyun 2023-cü il tarixli, 570 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - alt çənə, döş qəfəsi nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcə təyin edilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin 1 saylı X1 xx.xx.2023-cü il tarixli, 3-17-1/2-150934/2023 nömrəli arayışından görünür ki, Şəxs heç bir növ pensiya, sosial müavinət və təqaüd almır. İXM-nin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun qeyd olunan inzibati xətanı törətməsində təqsiri xx.xx.2023-cü il tarixli HK-1 qeydiyyatlı və xx.xx.2023-cü il tarixli HK qeydiyyatlı 2128 nömrəli material üzrə qəbul etdiyi 17 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, zərərçəkmiş şəxs və şahidin izahatları, ekspert rəyi, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Şəxs barəsində tətbiq ediləcək tənbehlə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir: İXM-nin 65 və 66-cı maddələrinə əsasən inzibati xəta törətmiş X6 qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyəti və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-1314/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1314/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver