Məhkəmə qərarları › İş №3(049)-132/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-132/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-132/2025 05.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1983-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi 05 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Lənkaran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1415/2024 saylı,xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs 2 uşağa görə hər ay hər uşaq üçün sabit pul məbləğində 170 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. , Lənkaran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1415/2024 saylı,xx.xx.2024-cü tarixli icra sənədinə əsasən, borclu Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq 2 uşağa görə hər ay hər uşaq üçün sabit pul məbləğində 170 manat aliment cəmi 340 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1415/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədlərinə əsasən, borclu Şəxs tələbkarlara ümumilikdə 3100 manat məbləğində borcu yaranmışdır. Borclu Şəxs icra sənədlərinin icrasını təmin etməmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında iştirak edərək, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, icra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Eyni zamanda borclu icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçıraraq, çağırışlara gəlməmişdir. Borclu Şəxs dəfələrlə şöbəyə dəvət edilməsinə baxmayaraq çağırışdan boyun qaçırdığına görə onun barəsində axtarış elan edilərək, xx.xx.2025-ci il tarixdə həmin axtarış qərarına əsasən, saxlanılaraq, şöbəyə təqdim edilmişdir. İcra sənədinin icrası ilə əlaqadar onun izahatı alınmış, o, maddi imkanı olmadığından alimenti ödəyə bilmədiyini bildirmişdir. İzahatında həmin borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. Alimentin ödənilməsi ilə əlaqadar icra sənədinə əsasən, borclu Zərərçəkmiş şəxs 3100 manat borcu qalmışdır. Protokolun təmin edilərək, borclu Şəxs olunduğu maddənin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilmiş icra sənədi ilə əlaqadar icra məmuru tərəfindən 2024-cü ilin may ayında məlumatlandırılmışdır. Lakin iş yeri olmadığından və maddi cəhətdən çətinlik çəkdiyindən hazıradək həmin icra sənədlərinə əsasən tələbkara ödəniş edə bilməmişdir. İşləmədiyindən və heç yerdən gəliri olmadığından aliment öhdəliyini borcu ödəyə bilməmişdir. Borcu hissə-hissə ödəməyə razıdır. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak edərək, izahatında bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1415/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə dair hal-hazıradək borclu Şəxs tərəfindən ona cəmi ayrı-ayrı vaxtlarda 300 manat ödəniş edilmişdir. Hazırda icra sənədinə əsasən borclunun ona 3100 manat məbləğində borcu yaranmışdır və o, həmin borcu borcludan tam şəkildə tələb edir. Borclu isə həmin vəsaiti ödəməkdən qərəzli olaraq boyun qaçırır, məhkəmə qərarını icra etmir. Qeyd edilənlərə əsasən, Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1415/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən, borclu Şəxs 2 uşağa görə hər ay hər uşaq üçün sabit pul məbləğində 170 manat cəmi 340 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1415/2024 saylı xx.xx.2024-cü tarixli icra sənədinə əsasən, borclu Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq 2 uşağa görə hər ay hər uşaq üçün sabit pul məbləğində 170 manat aliment cəmi 340 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Lənkəran Rayon Məhkəməsinin 8(049)-248/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədlərinə əsasən, borclu Şəxs Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)- 1415/2024 nömrəli, xx.xx.2024-cı ıl tarixli icra sənədinin icrası məqsədi ilə xx.xx.1983-cü il tarixdə doğulmuş və ünvan 3 ünvanında qeydiyyatda olan borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclunun tələbkara ümumilikdə, alimentin ödənilməsi barədə icra sənədinə 3100 manat bocru yaranmışdır. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən qeyd edilən icra sənədlərinin icrası ilə əlaqadar “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Qeyd edilən icra sənədlərinin icrası ilə əlaqadar icra məmuru tərəfindən borclunun izahatları alınmışdır və borclu izahatlarında icra sənədləri ilə əlaqadar məlumatlı olduğunu bildirərək, həmin borcları hissə-hissə ödəyəcəyini bildirmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədləri barədə məlumatlı olduğu, icra sənədlərinin icrası ilə əlaqadar ona tələbin könüllü haqqında bildiriş təqdim edilməsinə, dəfələrlə icra şöbəsinə çağırılaraq izahatı alınıb icra sənədini icra etməsi barədə ona xəbərdar edilməsinə baxmayaraq icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin icra məmurunun çağırışlarından boyun qaçırmışdır. Hazırki iş üzrə inzibati xəta haqında protokol tərtib edilərkən borclunun icra sənədlərinə dair tələbkara 3100 manat aliment borcu yaranmışdır. Eyni zamanda o, icra məmurunun çağırışlarından boyun qaçırmışdır və onun barəsində axtarış elan edilmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 05 fevral 2025-ci il saat 15:40-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar