Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1320/2023 14.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsi ilə olan inzibati xəta haqqında işə 14 avqust 2023-cü il tarixdə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən 14 iyul 2023-cü il tarixdə Şəxs MMC-nin barəsində MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, 14 iyul 2023-cü il tarixdə saat 16:28 radələrində Lənkəran rayonu, Bakı-Ələt-Astara şossesində yerləşən Şəxs MMC obyektin reklamlarının müvafiq icazə sənədləri olmadan açıq məkanda qanunsuz yayımlamaqla açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi yerinə yetirməmiş və nəticədə X5 İdarəsinin Estetik nəzarət şöbəsinin müdiri X9 tərəfindən AR İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi müəyyən edilmişdir. Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi X3 işin məhkəmə baxışı zamanı protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, X5 İdarəsi tərəfindən tərtib edilmiş 03 iyul 2023-cü il tarixli 000297 nömrəli bildiriş rəsmi olaraq poçt vasitəsilə Şəxs MMC-yə çatdırılmışdır. Şəxs MMC-nin AR İXM-nin 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, açıq məkanda reklam yerləşdirmək üçün tələb olunan dövlət rüsumu artıq Şəxs MMC təfindən müvafiq hesaba köçürülmüşdür. Məhkəmə baxışının vaxtı və yeri barədə məlumat inzibati xəta törədən Şəxs MMCyə vaxtında bildirilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında vəsatət verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 000297 nömrəli Aktdan görünür ki, Lənkəran rayonu, Bakı-Ələt-Astara şossesində yerləşən Şəxs MMC reklam daşıyıcısının qanunsuz yayımlanması halı aşkar edilmişdir. Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 000297 nömrəli Göstərişdən görünür ki, Bakı-Astara şossesinin Lənkəran rayonu, Bakı-Ələt-Astara şossesində yerləşən Şəxs MMC-dən reklamın yayımının dərhal dayandırılması tələb edilmişdir. X5 İdarəsi tərəfindən göndərilən göndərişin xx.xx.2023-cü il tarixdə saat 10:54-də Şəxs MMC-yə çatdırılması barədə iş materiallarına teleqram əlavə edilmişdir. Ödəniş qəbzindən görünür ki, MPAY ödəniş sistemi vasitəsi ilə Şəxs MMC tərəfindən dövlət rüsumu Azərbaycan Respublikası X4 müvafiq hesabına köçürülmşdür. Məhkəmə X1 dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 14 iyul 2023-cü il tarixli MN seriyalı ******* saylı protokola əsasən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin məcəllənin 8.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 428.7.3-cü maddəsi bu məzmundadır: müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Qanunun bu tələbinə əsasən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin vəzifəli şəxsi tərəfindən Şəxs MMC-nin İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. Belə ki, X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 000297 nömrəli Göstərişin Şəxs MMC-nin ünvanına çatdırıldığını, Sözügedən göstərişin şəxsən Şəxs MMC-nin rəhbəri və ya rəsmi əməkdaşı tərəfindən qəbul edilməsini təsdiqləyən qəbz və ya buna dair imza ilə təsdiqlənmiş hər hansı digər sənəd iş materiallarına əlavə edilməmişdir. AR İXM-nin 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 3, 8, 75, 115ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(049)-1320/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1320/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver