Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1321/2023 16.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X1 və Şəxs qanuni təmsilçisi X2 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən 14 iyul 2023-cü il tarixdə Şəxs barəsində MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, 14 iyul 2023-cü il tarixdə saat 10:42 radələrində Lənkəran şəhəri, Bakı-Astara şossesində yerləşən “Cənub Rentacar” adlı obyektin reklamı yayıcısı Şəxs MMC tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş tam və vaxtında yerinə yetirilməmişdir və bunun nəticəsində Şəxs MMC tərəfindən AR İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi müəyyən edilmişdir. İşin məhkəmə baxışında iştirak edən Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X5 protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, sözügedən iş üzrə inzibati xəta haqqında icraat aparııarkən protokolda qeyd edilən reklam lövhəsinin kimə aid olduğu aydınlaşdırılımış və müəyyən edilmişdir ki, həmin reklam lövhəsi Şəxs MMC-yə məxsusdur. Belə ki, həmin reklam lövhəsinin açlq məkanda yerləşdirilməsinə icazə ilə əlaqədar Şəxs MMC-nin təmsilçisi X6 tərəfindən Azərbaycan Respublikası Dövlət X3 regional reklam idarəsinə ərizə ilə müraciət edilmiş və idarənin xx.xx.2012-ci il tarixli “icazə” sənədi əsasında qeyd edilən reklamın yerləşdirilməsinə 6 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətədə icazə verilmişdir. xx.xx.2023-cü il tarixdə reklama dair icazə müddəti bitmiş və icazə müddətinin uzadılması ilə əlaqədar idarəyə müraciət edilməmişdir. Həmçinin icraat zamanı Şəxs MMC-nin fəaliyyət göstərdiyi və hüquqi ünvanı barədə məlumatlar Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən əldə edilmişdir. Sözügedən icraat zamanı xx.xx.2023-cü il tarixli 000271 saylı yazılı göstəriş və akt Şəxs MMC-nin hüquqi ünvanı olan Lənkəran şəhəri, X8 küçəsi ev 78/21 mənzil 20 ünvanına poçt vasitəsilə rəsmi olaraq göndərilmiş və həmin sənədlər 04 iyul 2023-cü il tarixdə alıcıya çatdırılmış və bundan 10 gün sonra 14 iyul 2023-cü il tarixdə müvafiq protokol tərtib edilmişdir. Qeyd edilən reklamın yayımını dayandırması ilə əlaqədar xəbərdar edilməsinə baxmayaraq Şəxs MMC tərəfindən bu barədə heç bir tədbir görülməmişdir. Qeyd edilən reklam lövhəsində qeyd edilən “Cənub Rentacar” sözləri həmin yazının ətrafında olan avtomobil təsviri reklamda qeyd edilən fəaliyyət istiqamətinə uyğun olduğundan ümumi olaraq reklam lövhəsi esab edilir və bunun yayını üçün müvafiq icazənin alınması zəruridir. Reklam lövhəsinin ölçüsü 4,5 kv.m.-dir. Şəxs barəsində AR İXM-nin 428.7.3-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X6 məhkəmə iclasında iştirak edərək, izahatında bildirdi ki, Şəxs MMC-nin təsisçisidir. X7 İdarəsi tərəfindən tərəfindən tərtib edilmiş 14 iyul 2023-cü il tarixli, MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilən reklam lövhəsi onlara məxsusdur. Lakin həmin reklam lövhəsinin ölçüsü 1 kvadrat metrdən azdır və həmin ölçülü reklamın yerləşdirilməsi ilə əlaqadar heç bir rəsmi icazə tələb olunmur. Sözügedən protokolda nəzərdə tutulmuş avtomobil cizgiləri reklam hesab edilmir. Həmçinin reklam lövhəsində qeyd edilən “Cənub Rentacar” öz fəaliyyətini dayandırmışdır və fəaliyyət göstərmir. Eyni zamanda yazılı göstəriş və akt ona çatdırılmamışdır. Reklam idarəsi tərəfindən reklam lövhəsinin sökülməsi ilə əlaqadar ona zəng edilmişdir və o, da xəstə olduğundan Lənkəran rayonunda olduğunu bildirərək, reklam lövhəsini sökmək imkanının olmadığını həmin əməkdaşa bildirmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokol tamamilə əsassızdır və Şəxs MMC-nin barəsində olan inzibati xəta haqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 000271 nömrəli Aktdan görünür ki, Lənkəran şəhəri, Bakı-Astara şossesində yerləşən ünvanda açıq məkanda Şəxs MMC hüquqi şəxsi tərəfindən “Cənub Rentacar” reklam daşıyıcısının yayımlanması halı aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 000271 nömrəli Göstərişdən görünür ki, həmin reklamın yayımının 5 (beş) gün müddətində dayandırılması tələb edilmişdir və həmin göstəriş Lənkəran şəhəri, X8 küçəsi ev 78/21 mənzil 20 ünvanında yerləşən Şəxs MMC-yə ünvanlanmışdır. İş materiallarında olan teleqramdan görünür ki, X7 İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli SS862614306AZ saylı göndəriş xx.xx.2023-cü il tarixdə saat 15:20-də çatdırılmışdır. İş materiallarında olan 14 iyul 2023-cü il tarixli fotoşəkildən sözügedən reklam daşıyıcısının yayımlandığı görünür. İş materiallarında olan “vergi uçotuna alınmış vergi ödəyiciləri baədə məlumatın verilməsi” haqqında çıxarışdan görünür ki, Şəxs MMC vergi ödəyicisidir, yəni hüquqi şəxsdir (VÖEN: 2********). İş materiallarında olan 6 saylı Vergilər Baş İdarəsi tərəfindən verilmiş Çıxarışdan görünür ki, Şəxs MMC-nin qanuni təmsilçisi X4r. Şəxs MMC-nin hüquqi ünvanı “Lənkəran şəhəri, X8 küçəsi ev 78/21 mənzil 20”-dir. İş materiallarına əlavə edilmiş ərizə, icazə sənədi, akt və fotoşəkillərdən görünür ki, Şəxs MMC-nin təmsilçisi X6 tərəfindən Lənkəran rayonu, Bakı-Astara şossesində yerləşən “Cənub Rentacar” reklam lövhəsinin aşıq məkanda yerləşdirilməsinə icazə verilməsinə dair ərizə ilə Azərbaycan Respublikası Dövlət X3 regional reklam idarəsinə müraciət edilmiş və idarənin xx.xx.2012-ci il tarixli “icazə” sənədi əsasında qeyd edilən reklamın yerləşdirilməsinə 6 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətədə icazə verilmişdir. İcazə ilə əlaqadar Şəxs MMC tərəfindən 6 aylıq müddətə dair 67.50 manat ödəniş edilmişdir. İcazə sənədinə əlavə edilmiş fotoşəkillərdə təsvir edilən “Cənub Rentacar” reklam lövhəsi ilə hazırki protokola əlavə edilən xx.xx.2023-cü il tarixli fotoşəkildə olan reklam lövhəsinin eynilik təşkil etdiyi müəyyən edilir. Məhkəmə proses iştirakçısını dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin məzmununa əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 75-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Maddənin 2-ci bəndinə görə bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, zərərçəkmişə dəymiş maddi ziyanı ödəməsi qismən ödəməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir.” İş üzrə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130,145 və 529.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5.000 (beş min) manat miqdarında cərimə edilsin. Qərardan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1321/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1321/2023
16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver