Məhkəmə qərarları › İş №3(049)-1322/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1322/2023

19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1322/2023 19.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, Lənkəran rayonu, Digah kənd sakini Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi tərtib edilmiş və Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında, MN ******* saylı, xx.xx.2023-cü il tarixli və inzibati xəta haqqında, MN ******* saylı xx.xx.2023-cü il tarixli protokolları və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında, MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində inzibati xəta haqqında, MN ******* saylı xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, işlərin baxılması Lənkəran Rayon Məhkəməsinin hakiminin səlahiyyətlərinə aiddir, işlərin baxılmasını istisna edən hallar yoxdur, protokol və işin digər materialları qanunun tələblərinə uyğun tərtib edilmişdir, icraatı rədd edən hallar yoxdur, işlərə mahiyyəti üzrə baxılmasının başlanması üçün sübutlar toplanmışdır, iş üzrə vəsatətlər və etirazlar yoxdur. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokol üzrə 3(049)-1322/2023 saylı inzibati xətaya dair işə və İXM-nin 157-ci maddəsi ilə MN ******* saylı xx.xx.2023-cü il tarixli protokol üzrə 3(049)- 1323/2023 saylı inzibati xətalara dair işə 3(049)-1323/2023 daxil olma nömrəsi altında bir icraatda birləşdirilərək baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutub, QƏRARA ALDİM : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş İXMnin 157-ci maddəsi ilə MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokol üzrə 3(049)- 1322/2023 saylı inzibati xətaya dair iş, MN ******* saylı xx.xx.2023-cü il tarixli protokol üzrə 3(049)-1323/2023 saylı inzibati xətaya dair işlə bir icraatda birləşdirilsin və həmin işə 3(049)-1323/2023 saylı nömrə ilə baxılsın. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar