Məhkəmə qərarları › İş №3(049)-1323/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1323/2023

19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1323/2023 19.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X12 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolları tərtib etmiş Lənkəran rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X7, zərərçəkmiş şəxslər X4 və Zərərçəkmiş şəxs Əlpaşa qızı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Lənkəran rayonun Digah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı ailəli, iki azyaşlı uşağı olan, orta təhsilli, fəhləliklə məşğul olan, inzibati məsuliyyətə cəlb edilməmiş, Lənkəran rayonu, Digah kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Şəxs haqqında Lənkəran rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiallara 19 iyul 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Lənkəran şəhəri, M.Ə.Sabir küçəsində yerləşən fərdi yaşayış evinin həyətində X2 və Zərərçəkmiş şəxs Əlpaşa qızını qəsdən vurmaqla onlara dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyinə görə barəsində Lənkəran rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-cı maddəsi ilə inzibati qaydada müvafiq olaraq MN ******* və MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolları tərtib etmiş X10 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində Lənkəran şəhəri, M.Ə.Sabir küçəsində yerləşən fərdi yaşayış evinin həyətində Şəxs ilə ilə Zərərçəkmiş şəxs Əlpaşa qızı və X4 arasında baş vermiş mübahisə zamanı Həşimov X5 Röya Əlpaşa qızı və X2 qəsdən vurmaqla onlara dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş və bununla da inzibati xəta əməli törətdiyinə görə onun barəsində İXM-nin 157-ci maddəsi ilə MN seriyalı ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Bununla bağlı Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə, inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü ona elan edilmiş protokollar üzrə təqsirli bilməyib izahatında göstərmişdir ki, onun zərəçəkmiş şəxslərlə düşmənçilik və ədavəti yoxdur. xx.xx.2023-cü il tarixdə o, zərəçəkmiş şəxslərin qonşuluğunda və Lənkəran şəhəri Sabir küçəsində yerləşən Əzizağanın həyətində usta kimi işlədiyi zaman Əzizağanın evinin arxasında olan hasarı hündürləşdirmək istəmiş, lakin zərəçəkmiş şəxslər ona həmin hasarda işləməyə icazə verməmiş, Səhər onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman Röya isə qıraqdan telefonla onları kameraya çəkmişdir. O, Səhər və Röyaya hər hansı bir xəsarət yetirməmişdir. Qeyd etdiklərini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” təhqiqatçının xx.xx.2023-cü il tarixli qərarından şikayət verməmiş və şikayət verməyə ehtiyac qalmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, təqsirləndirlən şəxslə düşmənçilik və ədavəti yoxdur. Onu qonşuluqda, əmisi Əzizağanın həyətində usata kimi işlədiyi zamandan tanıyır. Əmisinin həyətində yay mətbəxi vardır. xx.xx.2023-cü il tarixdə, Cəbrayıl həmin yay mətbəxində usta kimi işlədiyi zaman öz ələtlərini onların çəpərinin üstünə qoymuşdur. O, Cəbrayıla yaxınlaşıb “bu nədi?” dedikdə, sonuncu gilas ağacının budağını qırıb onu vurmağa başlamışdır. Bu zaman onu köməyinə gələn qızı Röyyanı da, Cəbrayıl vurmuşdur. Əlavə olaraq bildirmişdir ki, Cəbrayılın iki uşağı var, özü də anadır. Buna görə də Cəbrayılın həbs olunmasını istəmir, lakin ona ən yuxarı həddə cərimə cəzasının verilməsini istəyir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, məhkəmə iclasının gedişatı ilə razı deyildir. Cəbrayıl xx.xx.2023-cü il tarixdə başlayaraq anasının əmisi Əzizağanın həyətində usta kimi işləyirdi. xx.xx.2023-cü il tarixdə nənəsi vafat etmişdir. Buna görə də onlar Cəbrayıldan xahiş etmişlər ki, yas mərasimi keçirildiyi üçün sakitçiliyə riayət etsin. Lakin Cəbrayıl onların xahişinə məhəl qoymamışdır. xx.xx.2023-cü il tarixdə Cəbrayıl qaynaq işlərini görmək məqsədilə onların damına qalxmış, onlar isə buna öz etirazlarını bildirmişlər. Bundan sonra Cəbrayıl damdan düşərək gilas ağacının budağını qırıb həmin budaqla onun anası Səhəri vurmuşdur. O, Cəbrayılı anasından ayırmaq istəyən zaman, Cəbrayıl onu itələmiş, nəticədə yıxıldığı zaman ayağı yerdəki daşa dəymişdir. Əlavə olaraq bildirmişdir ki, Cəbrayıl onların ərazisinə icazəsiz daxil olmuş, Cəbrayılla aralarında olan münaqişə 5-7 dəqiqə davam etmiş, çəpər qonşuları hadisə günü nişan apardıqları üçün hadisəni görməmiş, həmin hadisənin şahidi bacısı Ləman olmuş, Cəbrayılın təqsiri materiallarda olan şahid ifadələri ilə təsdiq olunmuş, əvvəl Cəbrayıl barəsində ən ağır cəza verilməsini istəsə də, anasının izahatından sonra hər protokol üzrə ayrı-ayrılıqda ən yüksək məbləğdə cədimə cəzasının verilməsini xahiş edir. İki inzibati materialın bir icraata birləşdirlməsinə və Cəbrayıla yalnız bir material üzrə cərimə cəzasının verilməsinə qəti etiraz edir. Çünki, iki əmələ görə bir əmələ kimi cərimə verilməsini istəmir. Məhkəmə iclasında şahid qismində izahat verən X9 izahatında bildirmişdir ki, Cəbrayılı və zərəçəkmiş şəxsləri tanıyır. Hadisə günü evinə qayıtdıqda usta kimi işlətdiyi Cəbrayılın əyləşib işləmədiyini görmüşdür. Ondan nə səbəbdən işləmədiyini soruşduqda, Cəbrayıl bildirmişdir ki, Səhər xanım ona işləməyə imkan vermir. O isə öz növbəsində Cəbrayıla bildirmişdir ki, özü oradadır və işini davam etdirsin. Cəbrayıl işini davam etdirdiyi zaman, Səhər xanım onların ünvanlarına nəlayiq ifadələr işlətmiş və buna görə də, o, DİNnin 102 Xidmətinə zəng vurarar Səhər xanımın hərəkətlərindən şikayətlənmişdir. Sonradan eşitmişdir ki, güya Cəbrayıl Səhər və Röya xanımları döymüşdür. Cəbrayıl onun yanında onları döyə bilməz. Çünki Səhər qardaşı qızı, Röya isə qardaşı nəvəsidir. Suallara cavabb olaraq isə əlavə olaraq bildirmişdir ki, Cəbrayı onları döyməmiş, çünki həmin hadisə o, Bakı şəhərindən gəldikdən sonra olmuş, zərəçəkmiş şəxslər özləri özlərinə xəsarətlər yetirmişlər. Məhkəmə iclasında şahid qismində izahat verən X3 izahatında bildirmişdir ki, Cəbrayılı və zərəçəkmiş şəxsləri tanıyır. Zərəçəkmiş şəxs Səhərlə əvvələr münasibətləri normal olmuşdur. Hadisə günü o, öz evlərində olmuş, qonşuluqdan səs gəldiyi üçün həyətlərinə çıxmışdır. Bu zaman Cəbrayıl nərdivandan aşağı düşərək ona bildirmişdir ki, qonşular ona işləməyə imkan vermirlər. Buna görə də o, əri Əzizağaya zəng vuraraq onu evlərinə çağırmış, əri də evlərinə gəlmişdir. Cərayıl zərəçəkmiş şəxsləri vurmamışdır. Onlar yalan söyləyirlər. Səhər ona bildirmişdir ki, o, elə edəcək ki, onlar dilənçi gününə düşəcəklər, məhkəmələrdə pul xərcləyəcəklər. Qeyd olunan inzibati materiallarla bağlı məhkəmə qeyd edir ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 627 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində sol bud, sol diz qapağı nahiyələrində qançırlar, sol baldır nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, müddətli sol bud, sol diz qapağı nahiyələrində qançırlar müayinədən bir gün əvvələ, sol baldır nahiyəsində sıyrıq isə müayinədən 9-11 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Həmin birliyinin xx.xx.2023-cü il tarixli, 625 saylı rəyinə əsasən isə X1 bədəni üzərində sol said nahiyəsində qançır, sağ diz qapağı nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, müddətli müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan DSMF-nin Lənkəran şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəxs ƏƏSMN yanında DSMF-nin Lənkəran şəhər şöbəsindən heç bir növ sosial müavinət və pensiya almır. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(049)-1322/2023 nömrəli qərardadından (hakim Nicat Ağabəyov) görünür ki, Şəxs inzibati xəta törətməsinə dair Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş İXMnin 157-ci maddəsi ilə MN ******* saylı, xx.xx.2023- cü il tarixli protokol üzrə 3(049)- 1322/2023 saylı inzibati xətaya dair işin, MN ******* saylı xx.xx.2023-cü il tarixli protokol üzrə 3(049)-1323/2023 saylı inzibati xətaya dair işlə bir icraatda birləşdirilməsi və həmin işə 3(049)-1323/2023 saylı nömrə ilə baxılması qərara alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib inzibati xəta haqqında protokolları tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərəçəkmiş şəxslərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs ayrı-ayırılıqda İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətəkdə təqsirlidir. Belə ki, İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. “İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il Tarixli Qəraında qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi lazım bilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi (protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. Məhz buna görə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi bir neçə inzibati xətaya dair işlərin məcmusunun hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinin davamı olaraq Məcəllənin 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir.” İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Hazırki iki materiallar üzrə Şəxs ayrı-ayrılıqda İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Yəni, o, ayrı-ayrılılqda iki inzibati xəta törətmişdirsə də, onların sanksiyası eynidir. Əgər bir inzibati xətaya görə İXM-nin 157, digər inzibati xətaya görə isə daha ağır sanksiyası olan maddə ilə inzibati məsuliyyətə cəlb edilsəydi, onda ona hər bir inzibati xətaya görə ayrı-ayrılıqda cəza verilərək, sonda onların məcmusu üzrə daha ciddi xətaya görə müəyyən edilmiş maddənin sanksiya çərçivəsində tənbeh tədbiq ediləcəkdi. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda bir neçə şəxsə qarşı inzibati xəta törədərək ayri-ayrılıqda İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində İXM-nin 34-cü maddəsi tətbiq edilməklə İXM-nin 157-cı maddəsində nəzərdə tutulmuş inzibati tənbeh edilməlidir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində azyaşlı uşaqları olması həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İXM-nin 33-cü maddəsinə əsasən məhkəmə onun məsuliyyətini ağırlaşdıran haları müəyyən etmədi. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, zərəçəkmiş şəxslərin təqsirləndirlən şəxs barəsində cərimə cəzasının tərtbiq edilməsini tələb etmələrini və təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqların olmasını nəzərə alaraq barəsində cərimə tətbiq edilməsini qanunauyğun hesab edir. Göstərilənlərə əsasən və İXM-nin 25, 34, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ayrı-ayrılıqda İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində İXM-nin 34cü maddəsi tətbiq edilməklə İXM-nin 157-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar