Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1326/2023 03.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxx 2003-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, Lənkəran rayonu, Vivan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 13 may 2023-cü il tarixdə saat 20:15 radələriııdə Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2106 markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri Səttarxan küçəsi ilə hərəkətdə olub, sola dönən zaman onunla eyni istqamətdə arxada hərəkətdə olan sürücü Şəxs idarə etdiyi VAZ 21063 markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks hərəkət zolağına çıxaraq ötmə edən zaman avtomobillə toqquşmuş və nəticədə VAZ 2106 markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan xəsarət almışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Gündəlik avtomaşın idarə edir və qazancı bu işindəndir. Zərərçəkmişin bütün müalicə xərclərinin ödəmişdir. Zərərçəkmişin ondan heç bir şikayət və tələbi yoxdur. Etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o, 13 may 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. Bundan sonra Zərərçəkmiş şəxs tərəfindən onun bütün müalicə və digər xərcləri ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 may 2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, "Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik Hüquqi şəxsin Lənkəran Rayonlararası MTE və PA zona mərkəzinin verdiyi 15 may 2023-cü il tarixli 472 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol Vİİ qabırğanın yerini dəyişməyən sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə idarə etdiyi minik avtomaşının digər avtomaşınla toqquşması zamanı avtomaşın salonun qabarıq hissələrinin zərbəsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Həmin qərar əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tənbeh tədbirinin görülməsi üçün qərarın aidiyyatı üzrə Lənkəran ŞRPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını, sürücü işləyərək ailəyə qazanc gətirən şəxs olduğunu və zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmadığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını, Şəxs şəxsiyyətini, yaşını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilsin. BD seriyalı, 406256 nömrəli sürcülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1326/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1326/2023
03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver