Məhkəmə qərarları › İş №3(049)-1328/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1328/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1328/2023 20.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər Rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1999-cu ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Lənkəran Şəhər Rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X8 tərəfindən tərtib olunmuş 19 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:40 radələrində Lənkəran şəhəri, Qala-Xiyabanı ərazisində, ictimai yerdə küçədə uca səslə ucadan nalayiq ifadələr işlətməklə orada xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd edilən hərəkətləri ilə Şəxs inizbati xəta törətmişdir və bununla əlaqədar onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Təqdimata əlavə edilmiş Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Elçin Kərimli tərəfindən tərtib edilmiş raportda qeyd edilmişdir ki, “xx.xx.2023cü il tarixdə saat 20:40 radələrində Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı Elmar Nəsirovla birlikdə Lənkəran şəhəri, H.Aslanov küçəsində **-YP-*** nömrəli avtomaşınla xidmət apardığı zaman **-SS-***, və **-BZ-*** nömrəli avtomaşınlar ziqzaqvari sürətli sürməklə, konustruksiya dəyişilməsi edilməsi və avtoxuliqanlıq hərəkətləri etməsi barədə sosial şəbəkələrdə paylaşımlar etmişdirlər. Aftomaşınları saxlayıb konustruksiya dəyişikliyi edilməsi barədə onlara izahlar etdikdən sonra avtomaşınları Lənkəran ŞRPŞ-nin mühafizə olunan duracağına yerləşdirilməsi barədə məlumatlar verildi. Həmin sürücülər Lənkəran şəhər sakinləri Şəxs və qardaşı X6 polisin qanuni tələblərinə məhəl qoymayaraq polisin qanuni tələbinə qəsdən tabe olmadan ictimai qaydanı kobud şəkildə pozaraq ünvansız nalayiq ifadələr işlədərək səslərinin tonun ucaldaraq ictimai qaydanı kobud şəkildə pozdular. Onları nizam intizama dəvət etsələr də onlar öz hərəkətlərini davam etdirdilər. Həmin şəxsləri Lənkəran ŞRPŞ-nə gətirmişlər.” Məhkəmə iclasında Lənkəran Şəhər Rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X8 protokolun məzmununa uyğun izahat verərək, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılması bardə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək qeyd etdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. 19 iyul 2023-cü il tarixdə saat 19 – 20 radələrində qardaşı Mustafa ilə birlikdə Lənkəran şəhəri ərazisində “Bazar-store” mağazasının qarşısında olarkən Lənkəran şəhər Yol Patrul Xidmətinin əməkdaşları Kamran, Xalid və Nail adlı polis əməkdaşları onlara yaxınlaşaraq onlarla birlikdə polis şöbəsinə getməli olduqlarını onlara bildirmişlər. O, və qardaşı Mustafa polis əməkdaşlarının bu tələbi ilə razılaşmışlar və polis əməkdaşlarının **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomaşınına əyləşərək, onlarla birlikdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə getmişlər. Polis şöbəsinə gedərkən həmin xidməti avtomaşında o özü, qardaşı Mustafa və polis əməkdaşları Kamran, Xalid və Nail olmuşdur. O, həmin polis əməkdaşlarını tanıyır və adlarını da bilir. Polis əməkdaşları ona və qardaşına yaxınlaşarkən onlar polisin “onlarla birlikdə polis şöbəsinə getmələri” barədə tələbləri ilə razılaşmışlar, polis əməkdaşlarına qarşı heç bir təzyiq göstərməmişlər, heç bir nalayiq ifadə işlətməmişlər və uca səslə danışmamışlar. Polis şöbəsinə getdikdən sonra onların barələrində inzibati xəta haqqında protokol tərtib edilmişdir və onlar məhkəmə gətirilmişlər. Məhkəmədə şahid qismində ifadə verən polis əməkdaşları X7, X4 və X11 onlara həmin gün, yəni 19 iyul 2023-cü il tarixdə yaxınlaşmamışlar və onları polis şöbəsinə aparmamışlar. O, heç bir inzibati xəta törətməmişdir. Protokolun təmin edilməyərək, sözügedən icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında polis serjantı X7 şahid qismində ifadə verərək bildirdi ki, Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. 19 iyul 2023-cü il tarixdə 19 - 20 radələrində polis baş serjantı Elmar Nəsirovla birlikdə Lənkəran şəhəri, H.Aslanov küçəsində **-YP-*** nömrəli avtomaşınla xidmət apardığı zaman Lənkəran şəhərində yerləşən “Bazar-store” marketin qarşısında avtoxuliqanlıq hərəkətləri edərək “tik-tok” sosial şəbəkəsində həmin videoları paylaşan Lənkəran şəhəri sakinləri Şəxs və qardaşı X5 yaxınlaşaraq barələrində tədbir görülməsi üçün onlarla birlikdə polis şöbəsinə getməli olduqlarını onlara bildirmişlər. Bu zaman Şəxs polis şöbəsinə getməsinə dair onlara narazılığını bildirmişdir və polis əməkdaşları ilə uca səslə danışmışdır. Nalayiq ifadələr isə işlətməmişdir. Fərid razılaşdıqdan sonra onu **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsinə gedərkən həmin xidməti avtomaşında yalnız o özü, polis baş serjantı Elmar Nəsirov və Şəxs olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 da ifadəsində polis serjantı X2 ifadəsində bildirdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında polis əməkdaşı X11 şahid qismində ifadə verərək bildirdi ki, Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. 19 iyul 2023-cü il tarixdə Şəxs və qardaşı X6 etdikləri inzibati xəta ilə əlaqədar barələrində tədbir görülməsi üçün Lənkəran ŞRPŞ-nin DYPB-nə gətirildikdən sonra onları görmüşdür və barələrində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib edən şəxsi və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Protokolda, ona əlavə edilmiş sənədlərdə və şahid ifadələrində qeyd edilir ki, inzibati xəta hadisəsi Yol Patrul Xidməti əməkdaşkarının Şəxs yaxınlaşdığı zaman baş vermişdir. Bundan sonra YPX əməkdaşları tərəfindən Şəxs xidməti polis avtomaşını ilə polis şöbəsinə aparılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın 4.7 bəndinə əsasən, YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Lakin inzibati xəta haqqında protokolu tərtib edən orqan tərəfindən məhkəməyə sözügedən inzibati xəta hadisəsini video və ya audioyazısını özündə əks etdirən heç bir sübut təqdim edilə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi aşağıdakı məzmundadır: «Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə – fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur». İXM-nin 535.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə məhz ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. Yəni hər bir halda təqsirkarın qanunazidd hərəkətləri ictimai qaydanın pozulmasına, müvafiq vəzifəli şəxsin hərəkətləri isə bu pozuntunun qarşısının alınmasına yönəlməlidir. Əks təqdirdə İXM-nin 535.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud ola bilməz. İctimai qayda dedikdə isə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İşin faktiki hallarından görünür ki, işin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları X7 və X1 ifadələri ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsi və iş materiallarında qeyd edilən raport və izahatlar arasında kəskin ziddiyyət mövcuddur. Məhkəmə şahid qismində dindirilmiş polis əməkdaşı X11 ümumiyyətlə 19 iyul 2023cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunan hadisə yerində olmamış və həmin hadisəni görməmişdir. O cümlədən, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Toğrul Əzizli tərəfindən 19 iyul 2023-cü ildə tərtib olunmuş raportda Şəxs “ictimai yerdə küçədə uca səslə ucadan nalayiq ifadələr işlətməklə orada xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaması” qeyd olunduğuna baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin polis əməkdaşının (əməkdaşlarının) konkret olaraq hansı qanuni tələbinə qəsdən tabe olmadığı və nə kimi müqavimət göstərdiyi qeyd olunmamışdır. Bunun əksi iş materialları ilə müəyyən olunmur. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin obyektiv cəhətdən tərkibinin mövcud olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi aşağıdakı məzmundadır: “Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə – əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.». İş materiallarından həmçinin müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin də obyektiv cəhətdən tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar