Məhkəmə qərarları › İş №3(049)-1329/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1329/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1329/2023 20.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan–Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Vətən Müharibəsi veteranı, Xocavənd və Ağdərə uğunda gedən döyüşlərdə iştiraka görə medallarla təltif olunmuş, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında 20 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:40 radələrində Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində, ictimai yerdə uca səslə ucadan ünvansız nalayiq ifadələr işlətməklə orada xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə sonuncu barəsində Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2023-cu il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində, Şəxs yaxınlaşaraq barəsində araşdırma material olduğunu bildirərək onlarla birlikdə Polis Şöbəsinə getməsini tələb etmişlər. Şəxs polisin dəvətini qəbul etməyərək uca səslə ünvansız söyüşlər söymüş və polisin qanuni tələbini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş və bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Vətən Müharibəsi veteranıdır. Xocavənd və Ağdərə uğunda gedən döyüşlərdə iştirak etmiş və müvafiq medallarla təltif olunmuşdur. Lənkəran şəhəri, Qala Xiyabanı ev 13/51 ünvanında yaşayır. Həmin gün maşını həyətdə nasaz vəziyyətdə olub, hətta üstündə akumlyator da olmamışdır. Buna görə də polislər həmin avtomobili idarə edərək deyil, evakuator vasitəsi ilə cərimə meydançasına aparıb. Bu barədə onun telefonunda görüntülər də vardır. Bir zamandır o, öz maşınını nasaz olduğundan idarə etməyərək “Tik- Tok” sosial şəbəkəsində satmağdan ötrü reklam etmək məqsədi ilə paylaşmışdır. xx.xx.2023-cü il tarixdə, saat 19:00-da o, Qala ərazisində pakda olduğu zaman, polis əməkdaşları onu Şöbədən İltifat müəllimin çağırdığını bildirmişlər və o, şöbəyə getməyə razılaşmışdır. Saat 19.30-da o, Polis Şöbəsində olmuşdur. X9 məhz həmin paylaşıma görə aparmışlar. Paylaşmalarda avtomobilində konstruktiv dəyişikliklər edildiyi əks olunmuşdur. Əməlində inzibati xətanın tərkibi olmadığı üçün inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Elçin Kərimli bildirdi ki, Lənkəran ŞRPŞ-DYP-nin YPX inspektoru vəzifəsində işləyir. Şəxs məxsus maşını “Tik-Tok” sosial şəbəkəsində görmüşdür. xx.xx.2023-ci tarixdə Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində Şəxs yaxınlaşaraq “Tik-Tok” sosial şəbəkəsində etdiyi paylaşımla bağlı barəsində araşdırma materialı olduğu üçün onunla Polis Şöbəsinə getməyi tələb etmişlər. Şəxs onunla razılaşaraq birlikdə polis şöbəsinə gəlmiş, lakin şöbədə öz narazılığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin nin sahə polis nəfəri, polis serjantı X3 göstərmişdir ki, o, ümumiyyətlə xx.xx.2023-ci tarixdə Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində Şəxs görməmişdir. Həmin vaxt o, Mustafanın qardaşının dalınca getmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: X1 Çıxarışdan görünür ki, Şəxs həmin şöbədən Müharibə Veteranlarına verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Məhkəmə araşdırması zamanı Şəxs istifadəsində olan mobil telefona baxış keçirilmiş, telefondaklı görüntülərdən aydın olmuşdur ki, onun avtomobili evakuator vasitəsilə aparılmışdır. İclas iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xətanın törədildiyi yer ictimai yer sayılan Lənkəran şəhəri, Qala Xiyabanı küçəsidir. İXM-nin 510-cu maddəsinin tərkibinin yaranması üçün şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməlidir. Məhkəmə iclasında izahatı alınmış şahid, Lənkəran ŞRPŞ-nin DYP-nin YPX inspektoru Elçin Kərimli bildirdi ki, Şəxs “Tik-Tok” sosial şəbəkəsindəki avtomobilinin görüntüləri ilə bağlı xx.xx.2023-ci tarixdə Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində Şəxs yaxınlaşaraq “Tik-Tok” sosial şəbəkəsində etdiyi paylaşımla bağlı barəsində araşdırma materialı olduğu üçün onunla Polis Şöbəsinə getməyi tələb etmişlər. Şəxs onunla razılaşaraq birlikdə polis şöbəsinə getmişdir. Göründüyü kimi, dövlət nümayəndəsi olan DYP-nin YPX inspektoru Şəxs Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində səslə ucadan ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozduğunu təsdiq etməmişdir. Digər şahid, polis nəfəri X3 isə ümumiyyətlə həmin gün Şəxs Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində görmədiyini, Mustafanın qardaşının ardınca getdiyini bildirmişdir. İnzibati qaydada təqsirləndirlən şəxs özü də bildirmişdir ki, Tik-Tok” sosial şəbəkəsindəki paylaşmalarda avtomobilində konstruktiv dəyişikliklər edildiyi əks olunduğu üçün xx.xx.2023-cü il tarixdə, saat 19:00-da o, Qala ərazisində pakda olduğu zaman, polis əməkdaşları onu Şöbədən İltifat müəllimin çağırdığını bildirmişlər və o, şöbəyə getməyə razılaşmışdır. Saat 19.30-da o, Polis Şöbəsində olmuşdur. Göründüy kimi, nə şahid izahatları, nə də ki, inzibati xətanı törətməkdə təqsirləndirlən şəxsin izahatları ilə onun ictimai qaydanı pozaraq xırda xuliqanlıq etdiyi öz əksini tapmamışdır. Yəni ümumiyyətlə İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmamışdır. Bundan əlavə həmin şahidlərin izahatlarında da, inzibati xətanı törətməkdə təqsirləndirlən şəxsin polisin qanuni tələblərinə tabe olmama halı aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hadisə zamanı İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalananları və hazırkı iş üzrə Şəxs əməlində qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı inzibati xəta tərkibi olmadığına görə hesab edirəm ki, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 cə 537.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar