Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1333/2023 25.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs və Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən 25 iyul 2023-cü il tarixdə Şəxs barəsində MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3011/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, borclu Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Şəxs hal-hazıradək həmin icra sənədinə əsasən ödənişləri etməkdən boyun qaçırmışdır. Həmin hərəkətləri ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında iştirak edərək, protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Şərbətov X3 Rayon Məhkəməsinin 2(049)-3011/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən hal-hazıradək borcluya Azərbaycan Respublikasında olmadığı səbəbindən bildiriş təqdim edilə bilməmişdir. Bu səbəbdən borclunun barəsində axtarış elan edilməsi haqqında xx.xx.2020-ci il tarixdə onun tərəfindən qərar qəbul edilərək, icra edilməsi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə gəlmiş, aliment borcunun ödənilməsi ilə əlaqadar ona xəbərdarlıq edilərək, izahatı alınmış və barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Borclu tərəfindən xx.xx.2023-cü il tarixdə tələbkara 1.000 (min) manat məbləğində aliment ödənilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 3011/2019 saylı, xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsi barədə məlumatı olan kimi hər ay tələbkara könüllü olaraq icra məmuru tərəfindən xəbərdar edilmədən, alimenti bank vasitəsilə pdəmişdir. Bütün ödənişlərə dair bank köçürmələri barədə məlumatlar onda vardır. Hal hazıradək, ona Lənkəran rayon İcra və Probasiya Şöbəsi tərəfindən heç bir rəsmi çağırış, bildiriş, qərar və sair sənəd təqdim edilməmişdir. O, 5 il bundan əvvəl Rusiya Gederasiyasına gedərək indiyədək Azərbaycan Respublikasına qayıtmamışdır. 21 iyul 2023-cü il tarixdə Azərbaycan respublikasına gələrkən hava limanında polis ona bildirmişdir ki, barəsində axtarış qərarı var. Bundan sonra o, Lənkəran rayon İcra və Probasiya Şöbəsinə gəlmişdir və ona aliment ödənişi barədə xəbərdarlıq edildikdən sonra xx.xx.2023-cü il tarixdə aliment ödnişinə dair 1.000 manat da bank vasitəsilə tələbkara ödəniş etmişdir. Aliment borcunu ödəməkdən boyun qaçırmır. Hazırda tələbkar və icra məmuru ilə danışaraq ödədiyi vəsaitə əsasən aliment borcunu aydınlaşdıracaq və qalıq alimenti də 1 gün ərzində ödəyəcək. Hazıradək ona bu barədə heç bir rəsmi xəbərdarlıq olunmamışdır. Şöbəyə rəsmi olaraq çağırılmadığından onun heç bir məsuliyyəti yoxdur və heç bir inzibati xətanı törətməmişdir. Bu səbəbdən də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak edərək izahatında bildirdi ki, borclu Şəxs tərəfindən ona hal-hazıradək Lənkəran Rayon Məhkəməsinin 2(049)- 3011/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimenti ona tam şəkildə ödəməmişdir. Həmin məhkəmə qərarına əsasən borclunun ona 5480 manat borcu vardır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Təqdimata Lənkəran Rayon Məhkəməsinin 2(049)-3011/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icra sənədinə dair “icraata başlamaq haqqında” Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rasim Hüseynov tərəfindən qəbul edilmiş 31 yanvar 2020-ci il tarixli qərar və borcluya ünvanlanmış “tələbin könüllü icrası haqqında” ******* saylı, xx.xx.2020-ci il tarixli bildiriş əlavə edilsə də həmin sənədlərin borclu Şəxs rəsmi təqdim edilməsinə dair hər-hansı sübut (poçt qəbzi, poçt xəbərnaməsi, qəbz və s.) təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin məzmununa əsasən, “İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.” Məhkəmə proses iştirakçılarını dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 25 iyul 2023-cü il tarixli, MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin məcəllənin 8.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Qanunun bu tələbinə əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs AR İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. Belə ki, borclu Şəxs məhkəmə qərərının icrası ilə əlaqədar Lənkəran rayon İcra və Probasiya Şöbəsinə rəsmi olaraq çağırılması, ona “tələbin könüllü icrası haqqında” bildirişin rəsmi olaraq təqdim edilməsi sübut edilməmişdir. Həmçinin borclunun izahatından müəyyən edilir ki, sözügedən icra sənədinin icrası ilə əlaqədar ilk dəfə icra şöbəsinə xx.xx.2023-cü il tarixdə getmiş və icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən ona xəbərdarlıq edilən kimi həmin gün onun tərəfindən tələbkara 1.000 manat məbləğində aliment ödənişi etmişdir. Bu fakt borclu tərəfindən məhkəməyə təqdim edilən qəbzlə də öz təsdiqini tapır. AR İXM-nin 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 3, 8, 75, 115ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1333/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1333/2023
25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver