Məhkəmə qərarları › İş №3(049)-1337/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1337/2023

10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1337/2023 10.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, şikayətçi X1 nümayəndəsi, “Ekol” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi bankının xx.xx.2023-cü il tarixli, EP ******* saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə 10 avqust 2023-cü il tarixdə Lənkəran şəhərində baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarı ilə X2 fiziki şəxs qismində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 6264.40 ABŞ dolları məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X1 nümayəndəsi Vəkil həmin qərardan şikayət vermiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(049)-1216.2023-saylı qərardadı ilə, həmin şikayət inzibati tənbehvermə haqqında qərardan qanunvericilikdə nəzərdə tutulmuş şikayət müddətinin ötürülməsi əsas gətirilərək geri qaytarılmışdır. Rüfət Həsənzadənin nümayəndəsi buraxılmış prosessual müddətin bərpasına dair Lənkəran Rayon Məhkəməsinin vəsatət təqdim etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli, 3(049)-1337/2023 saylı qərardadı ilə onun vəsatəti təmin edilmiş, Rüfət Həsənzadənin Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarından şikayət vermə müddəti bərpa edilmişdir. X1 nümayəndəsi Vəkil şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olan xx.xx.2023-cü il tarixli, 6-1-16/3-5749/2023 nömrəli məktubda bildirilmişdir ki, X3 tərəfindən İXM 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədildiyindən onun barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ilə 6,264.40 ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Hesab edir ki, Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi bankı qərarını belə əsaslandırmışdır ki, X3 62644.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 62644.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Əvvəla qeyd edir ki, Lənkəran rayonu ərazisində intensiv bağçılıq və aqrobağ salınmasından ötrü Türkiyə Respublikasında ağac və ting sahəsində fəaliyyət göstərən “İRGELER TARİM ÜRÜNLERİ ÜRETİM TİC.LTD.ŞTİ” ilə aralarında meyvə tinglərinin alqı satqısı müqaviləsi bağlanılmış və tərəflərindən yuxarıda qeyd edilən valyuta məbləği qarşı tərəfin hesabına köçürülmüşdür. Sözügedən aqrobağın hazırlıq mərhələsi tamamlandıqdan sonra ağacların əkinə başlanılması planlanmışdır. Lakin, ərazidə aparılmış aqrotexniki sınaqlar nəticəsində mütəxəssislər tərəfindən torpaqda olan çatışmazlıqlar və yeraltı qrunt sularının yüksək olması səbəbindən ağacların əkilməsinə müsbət rəy verilməmiş, ağacların əkilməsi halında bütün ağacların tələf olacağı bildirilmişdir. Bu barədə “İRGELER TARİM ÜRÜNLERİ ÜRETİM TİC.LTD.ŞTİ” məlumat verilərək, köçürülən vəsaitin geri qaytarılması xahiş edilmişdir. Lakin, Türkiyə Respublikasının mövcud valyuta siyasəti və “İRGELER TARİM ÜRÜNLERİ ÜRETİM TİC.LTD.ŞTF-nin pulu geri qaytarılması prossesi zamanı etdiyi səhv nəticəsində pulun geri qaytarılması gecikdirilmiş və sözügedən valyuta məbləği olan 62644 ABŞ dolları, xx.xx.2023-cü il tarixində hesablarına köçürülərək ölkəyə geri qaytarılmışdır. Yuxarıda qeyd etdikləri və onlardan asılı olmayan səbəblərdən qabaqcadan köçürülmüş ödənişinin müqabilində müvafiq malların ölkəyə idxalını reallaşdıra bilməmişlər və yenə sözügedən məbləğin geri qaytarılmasının gecikdirilməsi də onların təqsirlərindən olmamışdır. Onlar lazımı bütün tədbirləri görmüş və hal-hazırda qabaqcadan köçürülmüş məbləğ ölkəyə geri qaytarılmışdır. Məhkəmədən Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Vəkil şikayətdə yazılanları müdafiə edib onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, X3 tərəfindən 62644 ABŞ dolları məbləğdə pul tinglərin alınması məqsədilə Türkiyə Respublikasındakı müvafiq qurumunun hesabına köçürülmüş, pulu köçürtdükdən sonra həmin tinglərin əkiləcəyi yer onların əkilməsi üçün yararlı hala salınan zaman, məlum olmuşdur ki, qrunt suları həmin tinglərin inkişaf etməsinə mane olacaqdır. Buna görə də, X3 tingləri sifariş etdiyi quruma müraciət edərək sifarişindən imtina etdiyini, buna görə hətta cərimə ödəməyə hazır olduğunu bildirmiş, ödədiyi pulu geri qaytarılmasını xahiş etmişdir. Sifariş edilən qurum X3 tərəfindən onlara ödənilmiş pulu geri qaytarsa da, səhvən onu Rüfət Həsənzadənin deyil, başqa bir ünvana göndərmişlər. Sonradan onlar ös səhvlərini düzəldərək pulu Rüfət Həsənzadənin hesabına köçürmüşlər. Buna görə də 62644 ABŞ dolları 02 il il keçdikdən sonra onun hesabına köçürülmüşür. Bu Məhkəmədən Rüfət Həsənzadənin təqsiri olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, işə Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin nümayəndəsinin izahatı dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmalıdır. İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görəvəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” MN ******* saylı qərarından görünür ki, X3 62644 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 02 il müddət keçsə də həmin məbləğdə vəsait hesabına alınan malları(xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İş materiallarında olan “Ziraat”Bankın xx.xx.2023-cü il tarixli cavabından görünür ki, səhv, yanlış göndərilən 62644 ABŞ dolları məbləğində pul Rüfət Həsənzadənin "xxxx"QSC-dəki hesaba köçürülmüşdür. Məhkəmə qeyd edir ki, toplanmış sübutlarla X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən miivafıq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cii maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi iiçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Məhkəmə qeyd edir ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunan Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə onu da qeyd edir ki, inzibati məsuliyyətə cəlb edilməsi üçün şəxs təqsirli hesab edilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi şəxsin hüquqazidd əməlinin mövcud olması üçün şəxsin qəsdən və ya ehtiyatsızlıqdan həmin əməlin törətməsi lazımdır. Lakin, X1 qəsdən və ya ehtiyatsızlıqdan hüquqazidd əməl etdiyi aşkar olunmur. Belə ki, məhkəmə iclasında sübuta yetirildi ki, xaricə köçürülmüş 62644 ABŞ dolları məbləğində pul Rüfət Həsənzadənin təqsiri üzündən deyil, “Ziraat Bank”ın səhlənkarlığı üzündən Azərbaycana 02 il keçdikdən sonra qaytarılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyindən onun şikayət əsaslı hesab edilərək təmin edilməli, onun əməlində həmin maddə üzrə inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası Mərkəzi bankının xx.xx.2023-cü il tarixli, EP ******* saylı qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Azərbaycan Respublikası Mərkəzi bankının xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi üzrə təqsirli bilinərək, 6264.40 ABŞ dolları miqdarında cərimə edilməsinə dair Mərkəzi bankının xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar