Məhkəmə qərarları › İş №3(049)-1338/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1338/2023

27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1338/2023 27.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 26 iyul 2023-cü il tarixdə, saat 21:30 radələrində Lənkəran rayonu, Üzümçülük savxozunda məsçidin qarşısında ictimai yerdə uca səslə ucadan ünvansız nalayiq ifadələr işlətməklə orada xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən pozduğuna görə sonuncu barəsində Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis sahə rəisi, polis kapitanı X1 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 26 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı alınmamış inzibati xəta haqqında materiallar baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-cİ maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 101-ci maddəsinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. (101.1) İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. (101.2.) İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. (101.3.) Təqdim edilmiş inzibati xəta haqqında icraat materiallarından müəyyən olunur ki, Şəxs materiallarda olan sənədlərə imza etməmiş, bu barədə protokol tərtib edilmişdir. Lakin qeyd olunan protokolda Şəxs sənədlərə imza etməkdən imtina etməsi qeyd olunmuş, izahat verməkdən imtina etməsi barədə hər hansı qeyd aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı alınmadığından və yaxud da alınmış izahat protokola əlavə edilmədiyindən inzibati xəta haqqında protokol natamam tərtib edilmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis sahə rəisi, polis kapitanı X1 tərəfindən tərtib olunmuş 26 iyul 2023-cü il tarixli MN ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis sahə rəisi, polis kapitanı X1 tərəfindən tərtib olunmuş 26 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar