Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1341/2023 28.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Lənkəran şəhər-rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdim: Lənkəran şəhər-rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Lənkəran rayonu Üzümçülük savxozunda yerləşən məsçidin qarşısında uca səslə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə orada xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırki inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkil təqdim edilməsi, onun təqdim olunmuş vəkildən imtina etməsi barədə protokol tərtib edilməmiş, yalnız həmin şəxsin adından müdafiəçi istəməməsi barədə ərizə tərtib edimiş, lakin bu ərizə də Şəxs tərəfindən imzalanmamışdır. Həmin ərizədən bu ərizənin vəkilin iştirakı ilə tərtib edildiyi də müəyyən olunmur. Bu da vəkilin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə real olaraq təqdim edilmədiyini deməyə əsas verir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə vəkil real olaraq təqdim olunmalı, vəkilin xidməti vəsiqəsinin (vəkil vəsiqəsi) surəti işə əlavə edilməli, onun vəkilin hüquqi yardımından istifadə etmək istəyib-istəmədiyi öyrənilməli, şəxs vəkilin hüquqi yardımından istifadə etmək istəmədiyi halda, müfaviq ərizə yazılmalı və bu ərizəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə bərabər real olaraq ona təqdim olunmuş vəkil də imzalamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin İ bəndinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır, İİ bəndinə əsasən qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir, İİİ bəndinə əsasən isə hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs vəkilin yardımından imtina etsə belə, ondan nə səbəbdən həmin yardımdan imtina etdiyi soruşulmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs vəkildən imtinanı maddi vəziyyəti ilə əlaqələndirdikdə, mütləq şəkildə dövlət hesabına o, vəkillə təmin edilməlidir. Bununla da, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Şəxs qanunvericilikdə nəzərdə tutulan müdafiə hüquqları kobud surətdə pozulmuşdur. Qeyd olunan əsaslara görə hesab edirəm ki, məhkəməyə təqdim edilmiş inzibati material barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiə hüququnun pozulması ilə tərtib edildiyindən, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmamazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61, 109, 111, 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs barəsində Lənkəran şəhər-rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran şəhər-rayon Polis Şöbəsinə qaytarılsın. X6
Məhkəmə qərarları › İş №3(049)-1341/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1341/2023
28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver