Məhkəmə qərarları › İş №3(049)-1343/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1343/2023

25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1343/2023 25.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasaımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 499.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Real-Qaz MMC” tərəfindən **********1253 saylı GB ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmləşdirilmiş yüklərin bir hissəsi geri qaytarılaraq **********1600 saylı GB ilə rəsmləşdirildikdən sonra qalan yüklərin öhdəlik müddəti xx.xx.2022-ci il tarixində bitməsinə baxmayaraq şirkət tərəfindən bu yüklərin öhdəlik müddətinin uzadılması üçün xx.xx.2023-cü il tarixində müraciət olunduğuna görə Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Söbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X4 tərəfindən "xxxx" MMC-nin barəsində 24 iyul 2023-cü il tarixli, 00100-01863/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarına Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X2 protokolla razılaşmayaraq bildirmişdir ki, müvəqqəti ixrac gömrük prosedurunun müddətinin uzadılması ilə bağlı ərizə, gömrük orqanına 7 ay gecikmə ilə verilmiş olsa da, gömrük tərəfindən 3 iş günü ərzində ərizəyə baxılmış və qəbul edilməsi ilə bağlı sistemdə qeydlər aparılmışdır. Hazırki protokol, ərizə sistemə qəbul edildikdən sonra tərtib edilmişdir. Əgər protokol ərizə verilməmişdən qabaq tərtib olunsaydı, o zaman özlərini inzibati xəta törətməkdə günahkar bilərdilər. Bu səbəbdən hazırki iş üzrə inzibati xətanın tərkibi yaranmadığı üçün məhkəmədən "Real-Qaz” MMC-nin İXM-nin 499.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, "xxxx"MMC-nin nümayəndəsinin izahatına, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, materialdakı sənədlərlə müəyyən olunur ki, mübahisə predmeti olan 279 saylı rack və onun içərisində olan 13 ədəd 50 litrəlik Helium balonu xx.xx.2020-ci il tarixli 1184/20 saylı invoysa əsasən müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirilməklə "xxxx" MMC tərəfindən 24 ay müddətinə Gürcüstan Respublikasında fəaliyyət göstərən “RealGaz Georgiya” LTD şirkətinə göndərilmişdir. Onların Azərbaycan Respublikasından çıxış tarixi xx.xx.2020-cı il kimi qeyd edilmişdir. Həmin mübahisə predmeti 24 ay müddətinə Gürcüstan Respublikasına göndərildiyindən və onların Azərbaycan Respublikasından çıxış tarixi xx.xx.2020-cı il olduğundan, həmin mübahisə predmetləri xx.xx.2022-ci il tarixədək Azərbaycana qaytarılmalı idi. Lakin iş materiallarından görünür ki, həmin tarixə qeyd olunan mallar Azərbaycana qaytarılmamışdır. Bununla yanaşı onların İXM-nin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş bir il müddətə gecikdirməklə, yəni xx.xx.2023-cü il tarixədək Azərbaycana qaytarılması ehtimalı olmuşdur. Həmin müddəti gözləmədən xx.xx.2023-cü il tarixdə Bakı Baş Kömrük İdarəsi "xxxx" MMC-i barəsində əsassız olaraq İXM-nin 499.2-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Belə ki, İXM-nin 499.1-ci maddəsi ilə ümumiyyətlə inzibati məsuliyyət Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə on beş günədək müddətə gecikdirilməkdən bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə yaranır. İXM-nin 499.2-ci maddəsi ilə isə inzibati məsuliyyət həmin mallar və nəqliyyat vasitələrinin ümumiyyətlə, İXM-nin 499.1.5-ci maddəsində nəzərdə tutulmuş bir ildən də artıq müddətə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə yaranır. Yəni, xx.xx.2023-cü il tarixdən sonra, mal və nəqliyyat vasitələrinin geri qaytarılmayacağına tam əmin olunduqdan sonra "xxxx" MMC-nin əməlində İXM-nin 499.2-ci maddəsi ilə inzibati məsuliyyəti yaranacaqdı. Lakin, materialdakı sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixədək, yəni bundan təxminən 03 ay əvvəl, xx.xx.2023-cü il tarixdə qeyd olunan mübahisə predmetləri Azərbaycan Rexspublikasına qaytarılmışdır. Belə olan halda İXMnin 499.2-ci maddəsindən ümumiyyətlə söhbət gedə bilməz. Belə ki, İXM-nin 499.2-ci maddəsinə görə aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə inzibati məsuliyyət yaranır. Buna görə də məhkəmə hesab edir ki, protokol tərtib edilən xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-ə münasibətdə onun hərəkətlərində (hərəkətsizliyində) ümumiyyətlə İXM-nin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, «Real-Qaz” MMC-nun hərəkətlərində (hərəkətsizliyində) İXM-nin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibat inzibati xəta tərkibi yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalananları və hazırkı iş üzrə «Real-Qaz” MMC-nin hərəkətlərində (hərəkətsizliyində) qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı inzibati xəta tərkibi olmadığına görə məhkəmə hesab edir ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Real-Qaz” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar