Məhkəmə qərarları › İş №3(049)-1344/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1344/2023

31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1344/2023 31.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 iştirakı ilə, xx xxxxx 1992-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi : Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərtib etdiyi 30 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs 30 iyul 2023-cü il tarixdə saat 03:50 radələrində Lənkəran şəhəri. S.Axundov küçəsində xidmət aparan polis əməkdaşlarının ünvanına nalayq ifadələri işlətməklə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu əməlləri ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis polis leytenantı X6 məhkəmə iclasında iştirak edib, protokolun məzmununa uyğun izahat verərək, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, protokolda qeyd edilən inzibati xəta əməlini törətməkdə özünü təqsirli bilir. Belə ki, o, taksi fəaliyyəti ilə məşğul olur. 30 iyul 2023-cü il tarixdə gecə saat 03 radələrində Sütəmurdov kəndi istiqamətindən avtomobillə Lənkəran şəhəri istiqamətinə hərəkətdə olarkən icra hakimiyyətinin qarşısında olan dirəyə asılmış bayrağın yerə düşdüyünü görmüşdür. Bundan sonra avtomaşını saxlayaraq, bayrağı yerdən qaldıraraq, bükməyə başlamışdır. Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşmışlar və bayrağı ondan istəmişlər. O, polis əməkdaşlarının ora yaxınlaşdığını gördükdə polis əməkdaşlarının ünvanına təhqiredici ifadələr işlətməyə başlamışdır. Bu ifadələrini o, uca səslə bir neçə dəfə təkrarlamışdır. Polis əməkdaşları ona bir neçə dəfə sakit olmağını bildirsələr də o, buna əhəmiyyət verməmişdir. Polis əməkdaşlarının bayrağı ondan istəməsinə məhəl qoymayaraq bayrağı onlara verməkdən imtina etmişdir. Bundan sonra polis əməkdaşları ona polis şöbəsinə getməyi bildirsələr də o, buna da etirazını bildirmişdir. Həmin hərəkətlərini etməsini əsəbi olması ilə izah etmişdir. Etdiyi əməldən çox peşmandır. Məhkəmədən ona İXM-nin ittiham olunduğu maddələrinin sanksiyası həddində ən yüngül cəza verilməsini xahiş etdi. İşin məhkəmə baxışında şahid qismində iştirak edən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin PPX-nin polis nəfəri X5 izahatında bildirdi ki, 30 iyul 2023-cü il tarixdə PPX dislikasiyasına uyğun olaraq polis serjantı Allahşükür Abbaszadə ilə Heydər Əliyev adına xatirə parkında piyada postunda xidmət edərkən saat təxminən 03:50 radələrində icra hakimiyyətinin çıxışında olan 3 rəngli bayrağımızın yerə düşdüyünü görmüş və bayrağı qaldırmaq üçün post yoldaşı ilə birlikdə ora doğru getmişdir. Həmin əraziyə yaxınlaşarkən orada olan tanımadığı və sonradan Şəxs olduğunu bildiyi şəxs ona və polis əməkdaşlarına qarşı təhqiramiz ifadələr işlətməyə başlamışdır. Bayrağı ondan tələb etmələrinə baxmayaraq o, bayrağı verməkdən imtina etmişdir. Şəxs polisin ünvanına təhqiramiz ifadələrini dəfələrlə uca səslə ifadə etmişdir. Dəfələrlə ona sakit olmasını bildirsələr də o, polisin bu qanuni tələbinə məhəl qoymamışdır. Bundan sonra şəxsiyyətinin müəyyən edilməsi üçün onlarla birlikdə polis şöbəsinə getməsi ona bildirilsə də o, buna da məhəl qoymayaraq, polis şöbəsinə getməkdən imtina etmişdir. Əraziyə polis naryadı çağırmışlar və bu barədə tədbir görülməsi üçün raportla rəisinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən polis əməkdaşları X1 da izahatında X2 izahatında qeyd etdiyi xüsusatları təsdiqlədi. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, həmçinin inzibati xata haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Ona görə də o, həmin maddələrlə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 34.3-cü maddəsinə əsasən «Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 510-cu maddəsində nəzədə tutulmuş xətaya nisbətən daha ciddidir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 31 iyul 2023-cü il saat 14.45-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar