Məhkəmə qərarları › İş №3(049)-1348/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1348/2023

01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1348/2023 01.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X9 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar X2 və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan-Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində naməlum ünvanda kirayə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əskərov X7 Rayon Məhkəməsinin 2(018)-1013/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Gündüz Mehdiyev tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 01 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Əskərov X7 Rayon Məhkəməsinin 2(018)-1013/2021 saylı, 01 aprel 2021-ci il tarixli icra sənədi icra etməkdən yayımışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən tam icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, onun barəsində inzibati protokol tərtib edildikdən sonra aliment borcu olan 2000 manat pulu tələbkara tam olaraq ödəmişdir. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş tələbkar X5 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, inzibati protokol tərtib edildikdən sonra borclu Şəxs ona 2000 manat aliment borcunu tam ödəmişdir. Odur ki, onun barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran Rayon Məhkəməsinin 2(018)-1013/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 01 aprel 2021-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay 250 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməlidir. İcraata başlamaq haqqında 01 mart 2022-ci il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(018)-1013/2021 saylı, 01 aprel 2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(018)-1013/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi üzrə icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elektron hökumət portalından Çıxarışdan və izahatından görünür ki, Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsindən heç bir növ əmək pensiyası və sosial müavinət almır. X2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, 2000 manat məbləğində pul borclu tərəfindən tələbkara tam ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs inzibati məsuliyyətindən azad olunmalıdır. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi” – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin baş verməsi üçün borclunun icra məmurunun tələbini qəsdən və ya qərəzli olaraq icra etməməlidir. Məhkəmə iclasında məlum oldu ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və icra məmuru haqlı olaraq onun barəsində inzibati protokol tərtib etmişdir. Lakin o, məhkəmə tərəfindən qərar qəbul edilənədək icra sənədini icra etdiyindən İXM-in 528.1-ci maddəsinin Qeyd hissəsinə əsasən inzibati məsuliyyətdən azad olunmalı, barəsində olan inzibati icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin Qeyd hissəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 53.1.10-cü maddəsinə əsasən isə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Qeyd olunan Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata, məhkəmə tərəfindən qərar qəbul edilənədək Şəxs icra sənədini icra etdiyindən, xitam verilsin, o, inzibati məsuliyyətindən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. hakim Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar