Məhkəmə qərarları › İş №3(049)-1349/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1349/2023

01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1349/2023 01.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş İXP ******* №-li inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs haqqında Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixdə İXM-nin 529.3-cü maddəsi ilə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs tərəfindən İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş: Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)-2203/2023 №-li qərardadından müəyyən olunur ki, Şəxs haqqında İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol onu tərtib edən şəxs tərəfindən imzalanmadığına və Şəxs ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq məhkəmə aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərildiyindən İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin DYPŞ-nə geri qaytarılmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(049)-1097/2023 №-li qərardadından görünür ki, Şəxs haqqında İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol onu tərtib edən şəxs tərəfindən imzalanmadığına və Şəxs Laçın rayonu, Budaqdərə kəndində qeydiyyatda olmasına baxmayaraq məhkəmə aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərildiyindən İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin DYPŞnə geri qaytarılmışdır. İXM-nin 100.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanmalıdır. Hazırki işin hallarından da müəyyən olunur ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)-2203/2023 №-li və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(049)-1097/2023 №-li qərardadlarında inzibati xəta haqqında protokolun imzalanmadığı və işinin məhkəmə aidiyyətinin düzgün müəyyən edilmədiyi qeyd edilsə də, Bakı şəhəri Yasmal Rayon Polis İdarəsi tərəfindən yenidən eyni nöqsanlara yol verilərək inzibati xəta haqqında protokol baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə İXP ******* №-li tərtib edilmiş və məhkəməyə göndərilmiş inzibati xəta haqqında material Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan şikayət və ya protest verilmir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar