Məhkəmə qərarları › İş №3(049)-1351/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1351/2023

17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1351/2023 17.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X5 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Lənkəran rayonu Şiləvar kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olmaqla yaşayan, evli, orta təhsilli, sahibralıq fəaliyyətilə məşğul olan vəzifəli şəxs, fərdi indentfikasiya nömrəsi 5917LYQ X5 barəsində Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs - Lənkəran rayonu Şiləvar kəndində yerləşən “X12” adlı sahibkarlıq obyektinin sahibi X5 həmin obyektdə 1 ədəd fasad reklamının icazəsiz yerləşdirməsi və yayımı faktı üzrə Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclasında inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin məzmununa uyğun izahat verərək göstərdi ki, X1 olduğu, Lənkəran rayonu Şiləvar kəndində yerləşən “X12” adlı sahibkarlıq obyektinə xx.xx.2023-cü il tarixdə baxış keçirilərkən həmin obyektdə 1 ədəd fasad reklamının icazəsiz yerləşdirilməsi və yayımı faktı aşkar edilmişdir. Bununla bağlı fotoşəkillər çəkilərək və müvafiq akt tərtib edilərək imzalanmış, lakin X8 aktın tərtib edilməsində iştirak etməmişdir. Qeyd olunan aktın və icrası məcburi olan yazılı göstərişin surəti xx.xx.2023-cü il tarixdə X6 rəsmi qaydada göndərilməklə fasad reklamlarının yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə alması və ya reklam yayımını dayandırması ondan tələb olunmuş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. X8 xx.xx.2023-cü il tarixdə aktı və icrası məcburi olan yazılı göstərişi almış, lakin yazılı göstərişin tələblərinə əməl etməmişdir. xx.xx.2023-cü il tarixdə obyektə təkrar baxış keçirilərkən həmin fasad reklamının əvvəlki yerində olduğu aşkar edilmiş, bununla bağlı yeni fotoşəkillər çəkilərək işə əlavə edilmişdir. X8 fasad reklamlarının yerləşdirilməsi üçün rəsmi icazə sənədi almaq məqsədi ilə müvafiq orqana müraciət etməmiş və bunun üçün müqavilə bağlamamışdır. X8 fasad reklamının yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə almadığına və reklam yayımını dayandırmadığına, bununla da icrası məcburi olan göstərişin tələblərinə əməl etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol X5 iştirakı ilə tərtib edilməsinə baxmayaraq, o, protokola imza etməkdən imtina etmiş və imtina aktı tərtib edilərək işə əlavə edilmişdir. X8 fasad reklamını indiyədək də sökməmiş, bununla da, icrası məcburi olan yazılı göstərişi icra etməmiş, buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdiklərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X5 inzibati qaydada təhbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Lənkəran rayonu Şiləvar kəndində yerləşən “X12” adlı sahibkarlıq obyektinin sahibidir. Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən onun sahibi olduğu obyektə baxış keçirilmiş və sonra da barəsində protokol tərtib edilmişdir. Obyektin qarşısında fasad reklamının yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə almalı olduğunu bilir və o, 2016-cı ildən etibarən bununla bağlı rəsmi icazə sənədi almışdır. Lakin, son ildə müvafiq orqana müraciət etməmiş və müqavilə də bağlamışdır. O, ödənilməli olan dövlət rüsumu məbləğini maddi vəziyyəti ilə əlaqədar ödəyə bilməmişdir. Törətdiyi inzibati xətaya görə səmimi peşmançılıq hissləri keçirir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə işin mübahisələndirilməyən halları olaraq müəyyən edildi ki, X1 olduğu, Lənkəran rayonu Şiləvar kəndində yerləşən “X12” adlı sahibkarlıq obyektinə Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023cü il tarixdə baxış keçirilərkən həmin obyektdə 1 ədəd fasad reklamının icazəsiz yerləşdirilməsi və yayımı faktı aşkar edilmiş, bununla bağlı müvafiq akt tərtib edilmişdir. Həmin aktın və yazılı göstərişin surəti xx.xx.2023-cü il tarixdə X6 rəsmi qaydada göndərilməklə fasad reklamlarının yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə alması və ya reklam yayımını dayandırması tələb olunmuş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. X8 xx.xx.2023-cü il tarixdə aktı və yazılı göstərişi almış, lakin yazılı göstərişin tələblərinə əməl etməmişdir. xx.xx.2023cü il tarixdə obyektə təkrar baxış keçirilərkən həmin fasad reklamının əvvəlki yerində olduğu aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X3 olduğu obyektin qarşısında fasad reklamının yerləşdirilməsi üçün rəsmi icazə sənədi almadığını, ödənilməli olan dövlət rüsumu məbləğini maddi vəziyyətilə əlaqədar ödəyə bilmədiyini və müvafiq orqanla müqavilə bağlamadığını bildirmişdir. İşin məhkəmədə müəyyən edilmiş faktiki halları və Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinin məhkəmə iclasında iştirak edən nümayəndəsinin, həmçinin, X5 özünün izahatları ilə müəyyən edildi ki, icazə sənədinə görə ödənilməli olan dövlət rüsumu məbləği X8 tərəfindən indiyədək də ödənilməmişdir. X3 olduğu obyektin qarşısında olan fasad reklamını da sökməmişdir. Hazırki işin materialları ilə həmin fasad reklamının X8 barəsində xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilənədək sökülmədiyi müəyyən edilmişdir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. X1 olduğu obyektdə müvafiq icazə tələb olunduğu halda, belə bir icazə olmadan fasad reklamının icazəsiz yerləşdirilməsi və yayımını təşkil etməsi, bu barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinin 000322 nömrəli xx.xx.2023-cü il tarixli icrası məcburi olan yazılı göstərişi ilə tələb edilən şərtlərə əməl edilməməsi, bununla da X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İş materiallarından görünür ki, X5 adına ********** nömrəli VÖEN olmaqla, o, inzibati xətalar haqqında qanunvericiliyə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxsdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, X8 tərəfindən vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə X8 həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə X8 barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 peşmançılığı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. X8 tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə X8 tərəfindən törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı və işin yuxarıda qeyd edilən faktiki hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan aşağı həddə - 1500 manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X8 (VÖEN **********) Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar