Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1354/2023 28.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X11, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X4nin nümayəndəsi Nümayəndə iştirakı ilə, X14 Xidmətinin X4nin rəisi Etibar Vəliyevin 24 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Emin Şahzadə tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X14 Xidmətinin X4nin rəisi Etibar Vəliyevin 24 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarı ilə, X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2200 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X11 şikayət verərək 24 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iz üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən Lənkəran Şəhər Mənzil istismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində çalışır. Müəssisənin bir neçə işçi və fəhləsi vardır. 19 iyul 2023-cü il tarixli məktubla X14 Xidmətinin Lənkəran Regional ərazi şöbəsi ona məlumat göndərərək hazırda pensiyaya çıxmış X9 xx.xx.2021ci il tarixdə avtoqəza nəticəsində ağır xəsarət almaqla istehsalat qəzasının baş verməsi və baş vermiş hadisə ilə bağlı olaraq bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə İXM ilə inzibati məsuliyyətə cəlb edilməyim xəbərdarlıq edilmiş və barəmdə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Müəssisənin rəisi kimi onun özünün barəsində yazılmış 24 iyul 2023-cü il tarixdə MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək İXM-nin 555.3-cü maddəsi ilə barəsində vəzifəli şəxs olmaraq 2200 manat məbləğində inzibati qaydada cərimə tənbeh tətbiq edilmişdir. X14 Xidmətinin Lənkəran Regional ərazi şöbəsinin rəisi X12 tərəfindən qəbul edilmiş 24 iyul 2023-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, İXM-nin 102.4-cü maddəsinə əsasən inzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır. Həmin maddənin dispozisiyasından görünür ki, inzibati araşdırma rəhbəri olduğu Müəssisənin inzibati binasında aparılmalı olduğu halda əmək müfəttişliyinin əməkdaşlarından heç biri həmin Müəssisəyə hər hansı bir araşdırma aparmamışdır. Bundan başqa inzibati orqan tərəfindən araşdırma apanlarkən (əgər aparılmışdırsa) tam və hərtərəfli aparılmamış, yalnız şəxsin ərizəsinə münasibətdə qəırar qəbul edilməklə həmin inzibati xətanı aradan qaldıracaq şübhələr araşdırılmamışdır. Bundan başqa hadisə baş verən gün işçi X15 növbəti əmək məzuniyyətində olmuş, həmin vaxt o rəhbərlik tərəfindən işə çağırılmamış, məzuniyyət dövründə ona hər hansı bir iş tapşırılmamışdır. Bundan başqa X9 özünün idarəyə yazdığı məlumat xarakterli izahatından da göründüyü kimi hadisə baş verən zaman o iş başında olmamış, onun xəsarət alması iş fəaliyyəti ilə əlaqədar olmamışdır. Eyni zamanda Müfəttişlik tərəfindən protokol və qərar qəbul edilərkən qanunvericiliyin tələbləri kobudcasına pozulmuş İXM-də nəzərdə tutulmuş müddət də keçməsinə baxmayaraq qanunsuz və əsassız qərar qəbul edilmişdir. Belə ki, İXM-nin 38-ci maddəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən: İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyfgündən ən geci bir il keçənədək verilə bilər. Bu Məcəllənin 38.1ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Beləliklə İXM-nin 38.1-ci maddəsinin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. «Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə baxılmanın xüsusiyyətləri» fəslinə aid edilən İXM-nin 192-ci maddəsi, yəni Əmək qanunvericiliyinin pozulması, həmin Məcəllənin 38.1-ci maddəsinin ikinci cümləsində göstərilmədiyindən bu növ inzibati xətalara inzibati tənbeh, onun törədildiyi gündən ən geci üç ay keçənədək tətbiq edilə bilər. Lakin X14 Xidmətinin Lənkəran-Astara Regional ərazi şöbəsinin rəisi Etibar Vəliyev qanunvericiliyin bu normasını pozmaqla barəmdə 1 il 8 ay 15 gün sonra inzibati tənbeh tətbiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X16 şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan –– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X4nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, X9 əmək qabiliyyətinin olmaması vərəqəsinə görə müavinət ala bilməməsi barədə Azərbaycan Respublikası Prezidentinin ünvanına daxil olmuş müraciətinə və N.Məcidovun əmək qabiliyyətinin itirilməsinə səbəb olmuş hadisənin təhqiq edilməsi ilə bağlı DSMF-nin xidməti məktubuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X4ndə baxılan zaman Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin işçisi X9 xx.xx.2022-ci il tarixində yazıb ünvanlarına təqdim etdiyi izahatına və izahatına əlavə etdiyi sənədlərə əsasən müəyyən edilmişdir ki, X15 xx.xx.2021 -ci il tarixində saat 07:00 radələrində Lənkəran şəhəri, S.Vurğun küçəsində iş vaxtı təmizlik işləri görərkən yol ilə hərəkət edən minik avtomobilinin sürücüsü idarəetməni itirərək ona xəsarət yetirmişdir. X9 istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alması halı Lənkəran şəhər(rayon) Polis Şöbəsinin 22 dekabr 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmişdir. Tərəflərindən Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi X7 050 ******* nömrəli mobil telefonuna zəng edilərək ondan X9 xəsarət alması ilə nəticələnmiş hadisənin araşdırılması məqsədi ilə müəssisədən 2(iki) nəfər işçisinin təhqiqat komissiyasına üzv verilməsi xahiş edilsə də o hadisənin istehsalatla bağlı olmamasını əsas gətirərək yaradılacaq təhqiqat komissiyaya üzv verməkdən imtina etmişdir. X14 Xidmətin xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubu ilə Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi rəhbərliyinə müraciət edilərək N.Məcidovun xx.xx.2021-ci il tarixində iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhdid edilməsi mədsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 2.2-ci bəndinə uyğun olaraq yaradılacaq təhqiqat komissiyanın tərkibində iştirak edəcək nümayəndələr barədə rəsmi məlumat verilməsi xahiş edilsə də məktuba cavab verilməmişdir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən X14 Xidmətinə daxil olmuş xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-17302/2023 nömrəli məktubda göstərilmişdir ki, «Sığortaedən tərəfindən altsistemə daxil edilmiş sığorta olunan N.Məcidova aid haqqhesab cədvəllərinin yenidən araşdırılması zamanı hadisə ilə bağlı X6 aktının və müəssisənin İZ aktının sənədlərə əlavə edilmədiyi aşkarlanmışdır. Sığorta edənin məsul şəxsi Emin Şahzadə (əlaqə nömrəsi: ***-***-**-**) ilə işçi qaydada əlaqə saxlanıldığı zaman o, hadisənin sığortaolunanın əmək məzuniyyəti dövründə baş verdiyini, Əmək Müfəttişliyinə müraciət edildiyini bildirsə də sübutedici sənədlərin altsistemə daxil edilmədiyi məlum olmuşdur.» Məlum olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»nın 1.2-ci bəndinin 1-ci abzasına (müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən) əsasən işçilərin səhhətinin pozulması halı təhqiq edilməlidir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən təhqiqat komissiyasının yaradılmasına əsas bədbəxt hadisə barədə X14 Xidmətinə işəgötürən tərəfindən verilən məlumat ola bilər. Əgər gizlədilmiş bədbəxt hadisə halı mətbuatdan, radio və televiziya verilişlərindən, digər mənbələrdən daxil olarsa, bədbəxt hadisənin gizlədilmə səbəbləri X14 Xidməti tərəfindən araşdırılır və lazımi hallarda işəgötürənin iştirakı olmadan bu Qaydalara müvafiq bədbəxt hadisənin təhqiqatının aparılmasını təşkil edir. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»na (bundan sonra- Qaydalar) müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/3-2-104/2023 nömrəli əmri ilə yaradılmış komissiya Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin işçisi X9 xx.xx.2021-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatını aparılmışdır. Təhqiqat komissiyası alınmış izahatlara və toplanmış materiallara əsasən X15 ilə baş vermiş bədbəxt hadisənin istehsalatla bağlı olduğunu müəyyənləşdirərək tərtib olunmuş təhqiqat aktında hadisənin İZ formalı aktla rəsmiləşdirilməsi və Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsində uçota alınması barədə rəy vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 3-cü hissəsinə əsasən bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə meəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Tərəflərindən Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi X8 İZ aktını tərtib edilərək zərərçəkənə təqdim edilməsi barədə qanunvericiliyin tələbləri izah olunmuş, lakin o, İZ aktının tərtib edilməsindən boyun qaçırmışdır. Bundan əlavə X14 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/2- 22720/2023 nömrəli məktubu ilə 5(beş) vərəqdən ibarət təhqiqat aktı Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə göndərilmiş və işəgötürəndən tələb edilmişdir ki, İZ aktını tərtib edib surətini zərərçəkənə təqdim etsin. Lakin E.Şahzadə qanunvericiliyinin tələblərini pozaraq İZ aktını tərtib etməmiş və məktuba cavab verməmişdir. İşəgötürən tərəfindən bədbəxt hadisə ilə bağlı aparılan araşdırılma barədə müvafiq aktın tərtib edilməsindən boyun qaçırılması halı İXM-nin 555.3-cü maddəsində nəzərdə tutulmuş xətaya səbəb olur. Bu hal Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr idarəsinin rəisi X7 vəzifə funksiyalarına aid olduğundan barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixində MN1497369 nömrəli İnzibati xəta haqqında Protokola əsasən O, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarla 2200(iki min iki yüz) manat məbləğində cərimə olunmuşdur. Lənkəran ŞRPŞ-nin xx.xx.2021-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarında X9 Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə məxsus qaz 3307 markalı, **- AC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə zibil yükləyən zaman «Kia Rio» markalı **- UK-*** nömrə nişanlı avtomobil tərəfindən vurulması nəticəsində «az ağır» zərər vurmaya aid xəsarətlər alması qeyd edilmişdir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: X14 Xidmətinin X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Təhqiqat Aktından görünür ki, X14 Xİdmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/3-2-104/2023 saylı əmri ilə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin işçisi X9 xəsarət alması ilə əlaqədar baş vermiş hadisənin istehsalatda bədbəxt hadisə olub-olmaması X14 Xidmətinin X4 tərəfindən müvafiq komissiya yaradılaraq araşdırılmışdır. Lənkəran şəhər mənzil istismar və kommunal müəssisələr idarəsinin xx.xx.2021-ci il tarixli, 66/7 əmrdən çıxarışdan görünür ki, X15 xx.xx.2021-ci il tarixdən 2018-2019-cu illərin hesabına 27 təqvim günü müddətinə məzuniyyətə buraxılmış, xx.xx.2021-ci il dən işdə hesab edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X3 şəhər mənzil istismar və kommunal müəssisələr idarəsində fəhlə vəzifəsində işləyir. Cinayət işinin rədd edilməsi barədə Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı X5 HK-1- 4011-li yoxlama materialı üzrə 22 dekabr 2021-ci il tarixli qərarından görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 07 radələrində Lənkəran şəhər sakini X10 idarə etdiyi Kia Rio markalı ** UK *** nömrə nişanlı avtomaşınla Lənkəran şəhəri, S.vurğun küçəsi ilə Fizuli küçəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib əks hərəkət zolağına çıxaraq piyada 1969-cu il təvəllüdlü X1 az ağır zərər vurması faktı ilə bağlı Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd olunmuşdur. X14 Xidmətinin Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin işçisi X9 09 noyabr 2021-ci il tarixdə saat 07:15 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı başa çatdırılmış, N.Məcidovun xəsarət alması istehsalatla əlaqəli olduğu müəyyən edilmişdir. Bədbəxt hadisə zamanı baş vermiş xəsarətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»na uyğun olaraq İZ formalı aktın tərtib edilməsi və onun 1 nüsxəsini mütləq zərər çəkən işçiyə təqdim olunmasını bildirilmişdir. X14 Xidmətinin X4nin rəis müavini Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, işəgötürən Əmək Məcəlləsinin 217-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq Lənkəran şəhər MİKMİnin işçisi X9 xx.xx.2021-ci il tarixdə xəsarət almasilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq aktını tərtib etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsində qeyd edilir ki,
1. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.
2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır.
3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.
4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
5. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 №-li qərarı ilə təsdiq olunmuş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»nın 1.2-ci bəndinə görə; İşçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Həmin Qaydaların 2.6-cı bəndinə görə bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. İXM-nin 555.3-cü maddəsinə əsasən bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə- min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin əməkdaşı X15 xx.xx.2021 -ci il tarixində saat 07:00 radələrində Lənkəran şəhəri, S.Vurğun küçəsində iş vaxtı təmizlik işləri görərkən yol ilə hərəkət edən minik avtomobilinin sürücüsü idarəetməni itirərək ona xəsarət yetirmişdir. Hadisə ilə bağlı Lənkəran ŞRPŞ-də müvafiq araşdırma aparılmış və Lənkəran şəhər(rayon) Polis Şöbəsinin 22 dekabr 2021-ci il tarixli Qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/3-2-104/2023 nömrəli əmri ilə komissiya yaradılmış, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin işçisi X9 xx.xx.2021-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatını aparılmışdır. Təhqiqat komissiyası alınmış izahatlara və toplanmış materiallara əsasən X15 ilə baş vermiş bədbəxt hadisənin istehsalatla bağlı olduğunu müəyyənləşdirərək tərtib olunmuş təhqiqat aktında hadisənin İZ formalı aktla rəsmiləşdirilməsi və Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsində uçota alınması barədə rəy vermişdir. Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi X8 İZ aktını tərtib edilərək zərərçəkənə təqdim edilməsi barədə qanunvericiliyin tələbləri izah olunmuş, lakin o, İZ aktının tərtib edilməsindən boyun qaçırmışdır. Buna görə də Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr idarəsinin rəisi X7 vəzifə funksiyalarına aid olduğundan barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixində MN1497369 nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında X2 İXM-nin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib barəsində 2200(iki min iki yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi X7 əməlində İXM-nin 555.3-cü maddəsinin mövcudluğu iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilmiş sübutlarla öz təsdiqini tapır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə hesab edir ki, X7 əməlində İXM-nin 555.3-cü maddəsinin tərkibi olsa belə, artıq onun qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İXM-nin 38-ci maddəsinin tələbi baxamından həmin Məcəlləni 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati məsuliyyətə cəlb etmə müddəti 4 ay kimi müəyyən edilir. Hazırki işin hallarından görünür ki, X14 Xidmətinin X4 tərəfindən Təhqiqat Aktı xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və həmin akt tərtib edikdikdən sonra işə götürən Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi tərəfindən 1 gün müddətində İZ formalı akt tərtib edilməli olsa da, işə götürən həmin aktın tərtib olunmasından imtina etmiş və xx.xx.2023-cü il tarixdən etibarən onun əməlində İXM-nin 555.3-cü maddəsinin tərkibi yaranmışdır. Lakin inzibati xəta haqqında qərar qəbul etmiş orqan inzibati xətanın baş verdiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən 4 ay 10 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında qərar qəbul etmişdir. İnzibati xətanın bitmə anının müəyyən edilməsi işin müəyyən edilməli olan zəruri hallarından biridir. İnzibati hüquq nəzəriyyəsində müvafiq əməlin ictimai təhlükəlilik dərəcəsindən və xarakterindən asılı olaraq inzibati xəta tərkibləri 2 qrupa bölünür: formal və maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə inzibati xəta tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli inzibati xətalar qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir. Maddi quruluşa malik olan tərkiblərdə isə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən ictimai təhlükəli nəticə də inzibati xəta tərkibinin obyektiv cəhətinə daxil edilir. Maddi tərkibli inzibati xətalar üzrə məsuliyyətin həlli üçün ictimai təhlükəli nəticənin baş verməsi tələb olunur və belə cinayət tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır. Yəni, maddi tərkibli inzibati xətalarda hərəkət və ya hərəkətsizliyin nəticəsi olmalıdır. Maddi tərkiblər elə tərkiblərdir ki, belə tərkiblərə inzibati xətanın obyektiv cəhətinin elementlərindən hərəkətlə (hərəkətszliklə) yanaşı, ictimai təhlükəli nəticəni də xarakterizə edən əlamət daxil olur”. Formal tərkiblərə isə “inzibati xətanın obyektiv cəhətinin elementlərindən yalnız hərəkəti və ya hərəkətsizliyi xarakterizə edən əlamətləri” daxildir. Yəni formal tərkiblərə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət, yaxud hərəkətsizlik müəyyən edilir. Nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzümu aradan qalxır. İXM-nin 53.1 və 53.1.6-cı maddələrinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqd inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-105.1-ci maddələrində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcüd olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 135.1.5-1-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, X7 İXM-nin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2200 manat məbləğində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair X14 Xidmətinin X4nin rəisi Etibar Vəliyevin 24 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv olunmalı, X7 barəsində İXM-nin 555.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ:
Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X7 şikayəti təmin edilsin. X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2200 manat məbləğində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair X14 Xidmətinin X4nin rəisi Etibar Vəliyevin 24 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv olunsun. X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim: Rəşad Məmmədov