Məhkəmə qərarları › İş №3(049)-1359/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1359/2023

21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1359/2023 21.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «Kristal MMC»-nin rəhbəri Nümayəndə, icra sənədi üzrə tələbkar Gərmətük firmasının nümayəndəsi X1 və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, «Kristal MMC»-i barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-92/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən «Kristal MMC»-nin rəhbəri Nümayəndə barəsində İXM-nin 528.1-ci maddəsi ilə 04 avqust 2023-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, «Kristal MMC»-i onun rəhbəri Nümayəndəun simasında Şirvan Kommersiya Məhkəməsi tərəfindən verilmiş e-2-2(121)-92/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini icra etməkdən yayınır. İcra sənədinin icrası ilə əlaqədar borcluya dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Buna görə də qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Kristal MMC»-nin rəhbəri Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, «Kristal MMC»-i icra sənədini icra etməkdən yayınmır və bu günə qədər o, onun rəhbəri olaraq 1000 manat ödəniş etmişdir. Qalıq qalmış borcu da ödəyəcəyini bildirdi. Müvafiq icra vərəqəsi üzrə tələbkar Gərmətük firmasının nümayəndəsi X3 məhkəmə iclasında bildirmişdir ki, borcun tam şəkildə ödənilməsini tələb edir. Buna görə də borclu barəsində inzibati tənbehin verilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-92/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh «Kristal MMC»-dən 23930.47 manat məbləğində borc alınaraq iddiaçı Gərmətük firmasına verilməlidir. İcraata başlamaq haqqında qərardan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-92/2023 saylı, xx.xx.2023-cü iltarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti «Kristal MMC»-nin rəhbəri Nümayəndə göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Məhkəmə hesab edir ki, «Kristal MMC»-nin rəhbəri Nümayəndə tərəfindən inzibati xətanın törədilməsi onun və tələbkarın izahatları, icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş «Kristal MMC»-nin rəhbəri Nümayəndə məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da «Kristal MMC»-nin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsin təsiri altına düşür. Ona görə də onun «Kristal MMC»-i barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş «Kristal MMC»-ə inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. «Kristal MMC»-nin məsuliyyətini yüngülləşdirən və ağarlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə inzibati xəta törətmiş «Kristal MMC»-i u barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: «Kristal MMC»-i Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar