Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1367/2023 09.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əlilliyi olmayan, Lənkəran rayonu, Digah kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məmmədov Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 333.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məmmədov Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:03 radələrində JAC XZL5163ZYS3 xüsusi markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran rayonu Digah kəndi ərazisində alkoqol sərxoşluğu vəziyyətində idarə etmiş və idarəetməni itirərək Ford markalı ** CC *** nömrə nişanlı avtomobillə, Ford markalı ** CC *** nömrə nişanlı avtomobil isə zərbənin təsirindən Lexus markalı ** Xİ *** nömrəli avotomibil ilə toqquşmuş və nəticədə hər iki, həm Ford markalı ** CC *** nömrə nişanlı, həm də Lexus markalı ** Xİ *** nömrəli avotomibilə maddi ziyan vurmuşdur. Buna görə də Lənkəran ŞRPŞ-nin YPX tərəfindən Məmmədov Şəxs barəsində İXMnin 469.1, 327.1 və 333.3-cü maddəlləri ilə İXP ******* №-li xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İXM-nin 469.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından tərtib edilmiş inzibati xəta haqqında protokola həmin hissədə qiymət verilməsini istisna edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Məmmədov Şəxs məhkəmə iclasında bildirmişdir ki, özünü, təqsirli bilir. Törətdiyi əməldən peşimandır. Bir daha belə əməllərə yol verməyəcək və sərxoş vəziyyətdə avtomobil idarə etməyəcəkdir. Əlilliyi yoxdur. Zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməmişdir, hissə-hissə də olsa ödəyəcəkdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 09:03 radələrində etibarnamə ilə idarə etdiyi Ford markalı ** CC *** nömrə nişanlı maşınla Lənkəran rayonu Digah kəndində yerləşən işıqforun qırmızı işığında dayanmış, yaşıl işıq yanmağa başlayan zaman hərəkətinə yenicə başlamışdı ki, arxadan gələn JAC markalı **-JA-*** nömrəli nəqliyyat vasitəsi anidən idarə etməni itirib onun maşının arxa bamperinə və baqaj hissəsinə dəymişdir. Zərbə nəticəsində idarə etdiyi avtomobil sürüşərək qarşısında olan Lexus markalı ** Xİ *** nömrəli maşının bamper hissəsinə dəyərək həmin avtomobilə də ziyan dəmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Ford Transit yük markalı ** CC *** dövlət nömrə qeydiyyat nişanlı 2005-ci il buraxılışlı avtomilə yol qəza hadisəsi zamanı 768 manat ziyan dəymişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, LEXUS LX570 S markalı ** XJ *** dövlət nömrə qeydiyyat nişanlı avtomilə yol qəza hadisəsi zamanı 2205 manat ziyan dəymişdir. 08 avqust 2023-cü il tarixli 001599 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, Zərərçəkmiş şəxs2 alkoqol sərxoşluğu aşkar edilməmişdir. 08 avqust 2023-cü il tarixli 001600 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, Zərərçəkmiş şəxs1 alkoqol sərxoşluğu aşkar edilməmişdir. 08 avqust 2023-cü il tarixli 001601 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, Məmmədov Şəxs 1.26 promil yüngül dərəcəli alkoqol sərxoşluğu aşkar edilmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33cü bəndinə əsasən yol hərəkəti iştirakçısı — hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir. Həmin Qanunun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə görə yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İXM-nin 333.3-cü maddəsinə görə bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Məmmədov Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:03 radələrində JAC XZL5163ZYS3 xüsusi markalı **-JA- *** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran rayonu Digah kəndi ərazisində alkoqol sərxoşluğu vəziyyətində idarə etmiş və idarəetməni itirərək Ford markalı ** CC *** nömrə nişanlı avtomobillə, Ford markalı ** CC *** nömrə nişanlı avtomobil isə zərbənin təsirindən Lexus markalı ** Xİ *** nömrəli avotomibil ilə toqquşmuş və nəticədə hər iki, həm Ford markalı ** CC *** nömrə nişanlı, həm də Lexus markalı ** Xİ *** nömrəli avotomibilə maddi ziyan vurması, yəni İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə təsdiq edilir. Buna görə də Məmmədov Şəxs İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Məmmədov Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Məmmədov Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alaraq inzibati xəta törətmiş şəxs Məmmədov Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15(on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Qərar dərhal icra olunsun. Həbsetmənin əvvəli 09 avqust 2023-cü il tarixdən saat 13:30-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində bilavasitə və ya Lənkəran Rayon Məhkəməsi vasitəsilə, Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-1367/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1367/2023
09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver