Məhkəmə qərarları › İş №3(049)-1368/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1368/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1368/2023 09.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Hadıyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsili, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.1 və 332.4-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiallara Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, göstərilənlərə əsasən, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs nəqliyyat vasitəsini xx.xx.2023-ci il tarixdə saat 17:30 radələrində Lənkəran rayonu, köhnə Ələt-Astara magistral yolunun 202 kilometrliyində Şiləvar kənd ərazisində “VAZ 21074” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman düzgün ara məsafəsi seçmədiyindən qarşısındakı “HYUNDAİ TUCSON” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə toqquşmuş və bundan sonra Hunday markalı **-CE-*** nömrəli avtomobil zərbə nəticəsində sürüşərək “VAZ 21150” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşduğuna görə Lənkəran rayonu YNH inspektoru polis kapitanı X1 tərəfindən onun barəsində İXP-nin 327.1, və 332.4-cü maddələri ilə 09 avqust 2023-ci il tarixli İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə saat 17:30 radələrində Lənkəran rayonu, köhnə Ələt-Astara magistral yolunun Şiləvar kənd ərazisində “VAZ 21074” markalı **-CG-*** nömrəli maşını idarə edən zaman düzgün ara məsafəsi seçmədiyindən, qarşısındakı Hunday markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və bundan sonra Hunday markalı **-CE-*** nömrəli avtomobil zərbə nəticəsində sürüşərək “VAZ21150” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq qəza törətmişdir. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcək. Odur ki, göstərilənləri nəzərə alıb barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilmədini xahiş etdi. Əlilliyi yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında sonuncuların vəsatətləri daxil olmamışdır. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 7 avqust 2023-cü il tarixli 000396 №-li aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-ci il tarixdə saat 17:30 radələrində Lənkəran rayonu, köhnə Ələt-Astara magistral yolunun Şiləvar kənd ərazisində VAZ 21074 markalı **-CG-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman düzgün ara məsafəsi seçmədiyindən, qarşısındakı Hunday markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və bundan sonra Hunday markalı **-CE-*** nömrəli avtomobil zərbə nəticəsində sürüşərək “VAZ21150” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq qəza törətmiş, nəticə də Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 maddi ziyan dəymişdir. İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi inzibati xəta tərkibini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinin tələbinə görə, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və maddəsi ilə inzibati xəta haqqında işə baxılması hakimin səlahiyyətlərinə aid olmadığından inzibati xəta törətmiş şəxs Şəxs yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati tənbeh verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol, eləcə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Şəxs törətdiyi əməli etiraf etməsi, peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, fərdi əməklə məşğul olmasını, həmçinin məsuliyyətini yüngülləşdirən halların nəzərə alınaraq, barəsində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qənaətinə gəlir. Belə ki, İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, zərəşəkmiş şəxslərə onlara vurulmuş maddi ziyanla bağlı Şəxs qarşı mülki qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərəşəkmiş şəxslərə onlara vurulmuş maddi ziyanla bağlı Şəxs qarşı mülki qaydada iddia qaldırmaq hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar