Məhkəmə qərarları › İş №3(049)-1371/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1371/2023

10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1371/2023 10.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8, borclu Şəxs, və tələbkarlar Zərərçəkmiş şəxs2 və X2 iştirakı ilə, xx.xx.1979-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lənkəran rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Lənkəran rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 10 avgust 2023-ci il tarixli MN seriyalı, ******* saylı protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 izahat verərək bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(049)-411/2018 saylı icra sənədinə əsasən , borclular Kişiyev Cavad Vəkil oğlundan və Şəxs cəmi 2000 ABŞ dolları borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətlə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 200 manat borc pul və dəymiş ziyan, 30 manat dövlət rüsumu və 200 manat çəkdiyi xərc tutularaq tələbkar X4 verilməlidir. xx.xx.2019-cu ildə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş icra sənədi “İcra haqqında Azərbaycan Respublikasının Qanunu”na uyğun olduğundan iş üzrə “icraata başlanılma haqqında qərar” qəbul edilmiş və icra edilməsindən ötrü müvaiq bildirişlə borcluya və məlumat üçün isə tələbkara göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-209/2023 saylı, 17.01,2023-cü il tarixli icra sənədinə əsasən, 1 ədəd televizor, 1 ədəd DVD, 1 ədəd tozsoran, 1 ədəd ət doğrayan maşın, 1 ədəd paltar ütüsü, 1 ədəd çilçıraq, 2 ədəd xalça, 2 ədəd pərdələr, 2 ədəd srol üstü, 3 dəst taxt üçün pastel, 1 ədəd təkli pastel, çay dəsmalları, 2 ədəd tük yastıq, 2 ədəd sintifon yastıq, əl dəsmalları - qətifə, süfrələr, taxt üstü 1 ədəd - 70 manat, 1 ədəd qab düzən (lak) ın, bir dəst qızıl komplekt - sırğa üzük və sep kulon, 1 ədəd nişan üzüyü, həmin əmlaklar mövcud olmadıqda isə onların hər birinin dəyəri borclular X5 və Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs2 verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası qanununun 54.1-ci maddəsinə əsasən icra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilir. Qeyd olunanları nəzərə alaraq Lənkəran Rayon Məhkəməsinin 2(049)-411/2018 saylı, xx.xx.2019-cu il tarixli və Lənkəran Rayon Məhkəməsinin 2(049)-209/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. Şəxs yuxarıda qeyd edilən icra sənədlərinin tələblərini qismən icra edərək 1094 ABŞ dolları, 430 manat pul məbləğlərini və qızıl zinyət əşyalarını hazıradək tələbkarlara verməmişdir. Borclu icra məmurunun çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdığı üçün onun barəsində axtarış qərarı qəbul edilmişdir və polis vasitəsilə şöbəyə gətirilməsi təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 2(049)-411/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borcu birdəfəyə maddi imkanı yoxdur. 2(049)-209/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədində qeyd edilən qızıllar onda olmadığından onları qaytara bilmir. Digər əmlakları isə qaytarmağa hazırdır. Tələbkar Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, borclu hal-hazıradək məhkəmə qətnaməsində qeyd edilən əmlakları ona qaytarmamışdır. X1 məhkəmə iclasında iştirak edərək bildirdi ki, Şəxs tərəfindən ona ödəniləcək vəsaitin ona hissə-hissə ödənilməsinə qətiyyən razı deyildir. Həmin cəsaiti ondan tam şəkildə tələb edir. Borclu isə məhkəmə qətnaməsini icra etməkdən qəsdən boyur qaçırır. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(049)-411/2018 saylı icra sənədinə əsasən , borclular Kişiyev Cavad Vəkil oğlundan və Şəxs cəmi 2000 ABŞ dolları borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətlə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 200 manat borc pul və dəymiş ziyan, 30 manat dövlət rüsumu və 200 manat çəkdiyi xərc tutularaq tələbkar X4 verilməlidir. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 2(049)-209/2023 saylı, 17.01,2023-cü il tarixli icra sənədinə əsasən, 1 ədəd televizor, 1 ədəd DVD, 1 ədəd tozsoran, 1 ədəd ət doğrayan maşın, 1 ədəd paltar ütüsü, 1 ədəd çilçıraq, 2 ədəd xalça, 2 ədəd pərdələr, 2 ədəd srol üstü, 3 dəst taxt üçün pastel, 1 ədəd təkli pastel, çay dəsmalları, 2 ədəd tük yastıq, 2 ədəd sintifon yastıq, əl dəsmalları - qətifə, süfrələr, taxt üstü 1 ədəd - 70 manat, 1 ədəd qab düzən (lak) ın, bir dəst qızıl komplekt - sırğa üzük və sep kulon, 1 ədəd nişan üzüyü, həmin əmlaklar mövcud olmadıqda isə onların hər birinin dəyəri borclular X5 və Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs2 verilməlidir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişlərin surətindən görünür ki, hər iki icra sənədi üzrə borclu Şəxs icra sənədləri üzrə tələbin 10 gün ərzində könüllü şəkildə icra edilməsi təklif edilmişdir. İş materiallarına əlavə edilmiş 14 iyun 2023-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs icra sənədi üzrə müəyyən olunmuş tələbi qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Onun barəsində AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq, onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqəsdəmüvafiq hesab edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1979-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar