Məhkəmə qərarları › İş №3(049)-1374/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1374/2023

25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1374/2023 25.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsi hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X4, protokol tərtib edən orqan Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, xx xxxxxxxx 1943-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Lənkəran şəhəri, M.M.Axund küçəsi, ev 190 ünavnından qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:15 radələrində Lənkəran şəhər, H.Aslanov küçəsi ərazisində idarə etdiyi VAZ-21074 markalı **-BT-*** dövlət qeydiyyat nömrəli avtomaşınla sərnişin daşınma fəaliyyəti göstərməsini təsdiq edən sənədlərin təqdim edilməsi tələb edilsə də, həmin sənədləri təqdim etmədiyinə görə sonuncunun barəsində Azərbaycan Respublikasının Dövlət Avtomobil Nəqliyyat Xidmətinin X7 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 552-ci maddəsi ilə inzibati xəta haqqında 08 avqust 2023-cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin nümayəndəsi X2 barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmənin yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında icraatı aparılan şəxs Şəxs rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsi barədə rəsmi məlumat verməmişdir. İXM-nin 552-ci maddəsinə görə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə- əlli manat məbləğində cərimə edilir. Şəxs İXM-in 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq İXM-in 552-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar