Məhkəmə qərarları › İş №3(049)-1376/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1376/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1376/2023 14.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 14.00 Lənkəra Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X3, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X11 polis sahə rəisi, polis mayoru X10, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, 15 avqust 1999-cu il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Lənkəran rayonu, Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 14 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün inzibati təhbeh tədbiri tətbiq olunması üçün material məhkəməyə göndərilmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 11 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs 11 avqust 2023-cü il tarixdə, saat 18 radələrində Lənkəran rayonu, Balıqçılar qəsəbəsində küçədə ictimai yerdə nalayiq ifadələr işlətməklə orada xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinin qəsdən tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş X10 göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X11 polis sahə rəisi vəzifəsində işləyir. 11 avqust 2023-cü il tarixdə, saat 18 radələrində Qasımov X2 rayonu, Balıqçılar qəsəbəsində, küçədə söyüşlər söyərək ictimai qaydanı pozmuş, polis əməkdaşlarını onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, polis əməkdaşlarına məhəl qoymadan hərəkətlərinə davam edərək qəsdən polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə o, 11 avqust 2023-cü il tarixdə inzibatgi qaydada tutulmuş və 13 avqust 2023-cü il tarixdə azad edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, Lənkəran rayonu, Balıqçılar qəsəbəsində anası ilə birlikdə yaşayır, gündəlik fəhləlik etməklə pul qazanır. Kriminal xarakterli videolara baxmağı xoşlayır və barədə özünə məxsus sosial şəbəkə hesablarında paylaşımlar edir. Bədənində olan döymələri uşaq vaxtı vurdurmuş, mənalarını bilmir. 11 avqust 2023-cü il tarixdə, günorta saatlarında Balıqçılar qəsəbəsində olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq X13 dəvət etmiş, o, isə qəti şəmkildə etiraz edib söyüş söymüşdür, həmin vaxt ailə problemləri ilə bağlı əsəbi olmuş, polis əməkdaşları onu sakitləşdirmək istəsələr də, o, söyüş söyməyə davam etmişdir. Bundan sonra onu X13 gətirmişlər, orada da o söyüş söymüş, daha sonra onun barəsində protokol tərtib edilmişdir. İki gün polis şöbəsində saxlanıldıqdan sonra 13 avqust 2023-cü il tarixdə azad edilmişdir. Hazırda əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində olan yüngül inaibati təhbeh tədbiri təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi X5 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, onun söyüş söyməsini təsdiqləyən sübut yoxdur, şahidlər məhkəmə iclasında məhz hansı söyüşlərin işlədilməsini göstərməmişlər, eyni zamanda Şəxs polisin hansı qanuni göstərişinə əməl etməməsi də müəyyən deyil, göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X7 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X11 Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində, xidmət edir. Lənkəran rayonu, Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs özünə məxsus sosial şəbəkə hesablarında “kriminal aləm”ə meyilli şəxslərə dair fotoşəkillər və video roliklər paylaşması səbəbindən onunla profilaktik söhbət aparılmasından ötrü xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Liman PB-nin sahənin polis nəfəri polis serjantı Ucal Həmidli ilə birlikdə Balıqçılar qəsəbəsində olarkən Şəxs olduğu yeri müəyyən edib, yaxınlaşaraq özünü təqdim etmişlər. Ona yaxınlaşmağın səbəbini izah edərək izahatının alınmasından ötrü Liman PB- yə dəvət etmişlər. Bu vaxt Şəxs ictimai yer sayılan küçədə uca səslə “Kriminal aləm”ə məxsus jarqon ifadələrdən istifadə edərək nalayiq ifadələr işlətməyə başlamışdır. Onu dəfələrlə nizam-intizama dəvət edib, təmkinli və səbrli olmasını bildirərək qanunsuz hərəkətlərinə son verməsini tələb etmişlər. Bu vaxt, o, yenidən təhqiramiz ifadələr işlədərək öz qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən, Şəxs Liman PB-yə gətirmişlər. Liman PB-də dindirilərkən törətdiyi inzibati xətanı törətdiyini etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon X14 Polis Bölməsində polis nəfəri vəzifəsində xidmət edir. Lənkəran rayonu, Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs özünə məxsus sosial şəbəkə hesablarında “kriminal aləm”ə meyilli şəxslərə dair fotoşəkillər və video roliklər paylaşması səbəbindən onunla profilaktik söhbət aparılmasından ötrü xx.xx.2023cü il tarixdə, saat 18 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X11 Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Nicat Həsənovla birlikdə Balıqçılar qəsəbəsində olarkən Şəxs olduğu yeri müəyyən edib, yaxınlaşaraq özünü təqdim etmişlər. Ona yaxınlaşmağın səbəbini izah edərək izahatının alınmasından ötrü Liman PB- yə dəvət etmişlər. Bu vaxt Şəxs ictimai yer sayılan küçədə uca səslə “Kriminal aləm”ə məxsus jarqon ifadələrdən istifadə edərək nalayiq ifadələr işlətməyə başlamışdır. Onu dəfələrlə nizam-intizama dəvət edib, təmkinli və səbrli olmasını bildirərək qanunsuz hərəkətlərinə son verməsini tələb etmişlər. Bu vaxt, o, yenidən təhqiramiz ifadələr işlədərək öz qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən, Şəxs Liman PB-yə gətirmişlər. Liman PB-də dindirilərkən törətdiyi inzibati xətanı törətdiyini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X11 Cinayət Axtarış üzrə əməliyyat müvəkkili X6 Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanladığı 11 avqust 2023-cü il tarixli raportdan görünür ki, Lənkəran rayonu, Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs özünə məxsus sosial şəbəkə hesablarında “kriminal aləm”ə meyilli şəxslərə dair fotoşəkillər və video roliklər paylaşması səbəbindən onunla profilaktik söhbət aparılmasından ötrü xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Liman PB-nin sahənin polis nəfəri polis serjantı Ucal Həmidli ilə birlikdə Balıqçılar qəsəbəsində olarkən Şəxs olduğu yeri müəyyən edib, yaxınlaşaraq özünü təqdim etmişlər. Ona yaxınlaşmağın səbəbini izah edərək izahatının alınmasından ötrü Liman PB- yə dəvət etmişlər. Bu vaxt Şəxs ictimai yer sayılan küçədə uca səslə “Kriminal aləm”ə məxsus jarqon ifadələrdən istifadə edərək nalayiq ifadələr işlətməyə başlamışdır. Onu dəfələrlə nizam-intizama dəvət edib, təmkinli və səbrli olmasını bildirərək qanunsuz hərəkətlərinə son verməsini tələb etmişlər. Bu vaxt, o, yenidən təhqiramiz ifadələr işlədərək öz qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən, Şəxs Liman PB-yə gətirmişlər. Liman PB-də dindirilərkən törətdiyi inzibati xətanı törətdiyini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11 avqust 2023-cü il tarixdə, saat 23.35-də inzibati qaydada tutulmuş və 13 avqust 2023-cü il tarixdə, saat 23.00-da azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 14 avqust 2023-cü il tarixli, 3-17-1/2-182628/2023 nömrəli məktubundan görünür ki, Şəxs heç bir növ pensiya və müavinət almır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, .......cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 11 avqust 2023-cü il tarixdə, saat 18 radələrində ictimai yer hesab olunan Lənkəran rayonu, Balıqçılar qəsəbəsində küçədə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr, həmçinin polis əməkdaşlarına qarşı söyüşlər işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Həmin hal Şəxs izahatı ilə yanaşı, polis əməkdaşlarının ifadələri ilə tam təsdiq olunmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində həmçinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 3, 4, 6.1, 9.1, 12.1 və 21-ci maddələrinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, törədilən inzibati xətalara görə şəxsin daha ciddi xəta ilə bağlı sanksiya çərçivəsində tənbeh edilməli olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Eyni zamanda, məhkəmə hesab edir ki, Şəxs 11 avqust 2023-cü il tarixdən, saat 23.35-dən 13 avqust 2023-cü il tarixə, saat 23.00-dək saxlanıldığı iki gün müddət ona təyin edilmiş ümumi həbs müddətinə daxil edilməklə ondan çıxılmalıdır. Məhkəmə, bu qənaətə gələrkən “İnsan hüquqları və Azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 3.5-ci bəndlərini rəhbər tutmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31.4, 34.3, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs 11 avqust 2023-cü il tarixdən 13 avqust 2023-cü il tarixədək inzibati qaydada tutularaq saxlanıldığı 2 gün müddət təyin edilmiş inzibati həbs müddətinə daxil edilməklə ona 8 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri təyin edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 14 avqust 2023-cü tarixdən, saat 14.00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar