Məhkəmə qərarları › İş №3(049)-1378/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1378/2023

25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1378/2023 25.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə, xx xxxxxx 1949-cu il tarixdə Lənkəran rayonu, Viyən kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Lənkəran rayon, Viyən Bələdiyyəsinin sədri vəzifəsində işləyən, Lənkəran rayonu, Viyən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 549.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran rayon Viyən bələdiyyəsinin 07 iyul 2023-cü il tarixli 2 saylı iclas protokolu qanunla müəyyən edilmiş müddətdə Lənkəran Regional Ədliyyə İdarəsinə təqdim edilmədiyi üçün bələdiyyənin sədri Şəxs barəsində İXM-nin 549.2-ci maddəsi ilə 08 avqust 2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, 2022-ci ildən Lənkəran rayonu Viyən bələdiyyəsində sədr vəzifəsində işləyir. 07 iyul 2023-cü il tarixli 02 saylı iclas protokolunun 5 iş günü ərzində müvafiq orqana təqdim olunmalı olduğunu bilmişdir. Lakin bank kartının gec alması səbəbindən 07 iyul 2023-cü il tarixli 2 saylı iclas protokolunu gec göndərmişdir. O, ilk dəfədir ki, bu cür hallara yol vermişdir. Gələcəkdə bir daha belə hallara yol verməyəcəkdir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq protokol tərtib etmiş orqan nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə protokol tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın mövcud olması inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və digər sübutlarla təsdiq olunur və buna görə də Şəxs barəsində İXM-nin 549.2-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 549.2-ci maddəsinə görə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-140-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar