Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1398/2023 05.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, inzibati xəta törədən Şəxs MMC-nin nümayəndəsi X5 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 602.4-cü maddəsi ilə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs MMC barəsində İXM-nin 602.4-cü maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN seriyalı ******* protokollar tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 bildirmişdir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 10 avqust 2023-cü il tarixli KY231949163 saylı çıxarış və idarənin xx.xx.2023-cü il tarixli 00181 saylı sərəncamı əsasında Lənkəran rayonu Təngivan kəndində yerləşən və daşçınqıl emalı ilə məşğul olan Şəxs MMC-də ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədi ilə 14 avqust 2023-cü il tarixdə 1 saylı RETST və X6 Monitorinq İdarəsinin əməkdaşının iştirakı ilə müəssisədə olmuş və müəssisə rəhbəri olmadığı üçün çıxarışı MMC-nin nümayəndəsi Əhliman Namazova təqdim etmişlər. Əhliman Namazov müəssisənin rəhbəri Şaiq Həsənovla telefon əlaqəsi yaradaraq məsələ ilə bağlı onu məlumatlandırmış və Şaiq Həsənov onlarla telefon danışığında hal-hazırda Şamaxı rayonunda olduğu üçün araşdırmanın 15 avqsut 2023-cü il tarixdə onun iştirakı ilə aparılmasını xahiş etmişdir. 15 avqsut 2023-cü il tarixdə araşdırma aparılmasından ötrü yenidən Şəxs MMC-də olmuşvə müəssisənin rəhbəri Şaiq Həsənovla görüşərək çıxarışı ona təqdim etmişlər. X9 araşddırmanın aparılmasına şərait yaratmamış və müəssisənin fəaliyyətinə dair heç bir sənəd təqdim etməmişdir. Ona görə də Şəxs MMC-də araşdırmanın aparılması mümkün olmamışdır. 14-15 avqust 2023-cü il tarixlərində müəssisənin fəaliyyət göstərməsi müşahidə olunmamışdır. Buna görə də Şəxs MMC barəsində qanunla müəyyən edilmiş qaydada tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, onun tərəfindən 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına yoxlama aparılması üçün bütün sənədlər təqdim edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini və protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs MMC-nin barəsində İXM-nin 602.4-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli, 81457 N-li aktdan görünür ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 10 avqust 2023-cü il tarixli KY231949163 saylı çıxarış və idarənin xx.xx.2023-cü il tarixli 00181 saylı sərəncamı əsasında Lənkəran rayonu Təngivan kəndində yerləşən və daş-çınqıl emalı ilə məşğul olan Şəxs MMC-də ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədi ilə 14 avqust 2023-cü il tarixdə 1 saylı RETST və X6 Monitorinq İdarəsinin əməkdaşının iştirakı ilə müəssisədə oldu və müəssisə rəhbəri olmadığı üçün çıxarışı MMC-nin nümauyəndəsi Əhliman Namazova təqdim etdi. Əhliman Namazov müəssisənin rəhbəri Şaiq Həsənovla telefon əlaqəsi yaradaraq məsələ ilə bağlı onu məlumatlandırdı. Şaiq Həsənov onlarla telefon danışığında hal-hazırda Şamaxı rayonunda olduğu üçün araşdırmanın 15 avqsut 2023-cü il tarixdə onun iştirakı ilə aparılmasını xahiş etdi. 15 avqsut 2023-cü il tarixdə araşdırma aparılmasından ötrü yenidən Şəxs MMC-də oldu və müəssisənin rəhbəri Şaiq Həsənovla görüşərək çıxarışı ona təqdim etdi. X9 araşddırmanın aparılmasına şərait yaratmadı və müəssisənin fəaliyyətinə dair heç bir sənəd təqdim etmədi. Ona görə də Şəxs MMC-də araşdırmanın aparılması mümkün olmadı. 14-15 avqust 2023-cü il tarixlərində müəssisənin fəaliyyət göstərməsi müşahidə olunmadı. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış əsasında Lənkəran rayonunun Təngivan kəndində yerləşən və daş çingil emalı ilə məşğul olan Şəxs MMC-də ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədi ilə müəssisədə oldu. Lakin müəssisə rəhbəri mobil telefon vasitəsi ilə onlarla əlaqə saxlayaraq hal-hazırda Şamaxı şəhərində olduğu üçün araşdırmada iştirak edə bilməyəcəyini 15 avqust 2023-cü il tarixdə onun iştirakı ilə aparılmasını xahiş edib. Ona görə də onlar yoxlama zamanı lazım olacaq sənədlərin siyahısını Şəxs MMC-nin nümayəndəsinə təqdim edib və 15 avqust 2023-cü il tarixdə araşdırmanın davam edəcəyini bildirib. Araşdırma zamanı daş doğrama və ələmə aqreqatı işləmirdi. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış əsasında Lənkəran rayonunun Təngivan kəndində yerləşən və daş çingil emalı ilə məşğul olan Şəxs MMC-də ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədi ilə müəssisədə oldu və müəssisənin rəhbəri Şaiq Həsənova çıxarışı təqdim edərək gəlişlərinin məqsədini bildirdilər. Lakin o, çıxarışla tanış olduqdan sonra araşdırmanın aparılmasına şərait yaratması və müəssisənin fəaliyyətinə dair tələb etdikləri sənədləri təqdim etmədi. Ona görə də araşdırmanın aparılması mümkün olmadı. xx.xx.2023-cü il tarixli, 000941 N-li aktdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Çağrı Mərkəzi”nə daxil olmuş xx.xx.2023-cü il tarixli İD 18721 müraciətin araşdırılması və sahibkarlıq sahəsində aparılan yoxlamanın vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli KY231949163 nömrəli çıxarışa əsasən Lənkəran rayonunun Təngivan kəndi ərazisində yerləşən Şəxs MMC-də (qum-çınqıl) ekoloji monitorinq XKEMİnin ətraf müfit üzrə monitoring mərkəzinin mühəndisi Telman İsmayılov 1 saylı RETSİ-nin məsləhətçi müfəttişləri X3, X2 iştirakı ilə xx.xx.2023 – xx.xx.2023 tarxilərində günün müxtəlif vaxtlarında küçirildi. Monitorinq zamanı Şəxs MMC (qum-çınqıl karxanası)-nin qurğuları işlək vəziyyətdə olmadığından ölçmə işləri aparmaq mümkün olmadı. Akt iki nüsxədən ibarət tərtib olundu. Manitorinq zamanı çəkilən fotoşəkillər əalvə olunub. İXM-nin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddənin məzmunundan müəyyən olunur ki, inzibati xətanın subyekti vəzifəli şəxslərdir. Məhkəmə onu qeyd edir ki, əməldə İXM-də nəzərdə tutulmuş inzibati xətanın mövcud olması üçün inzibati xəta tərkibinin bütün elementlərinin tam şəkildə mövcud olması zəruridir. İnzibati xətanın tərkib elementləri aşağıdakılardır: inzibati xətanın subyekti, subyektiv cəhəti, obyekti və obyektiv cəhəti. Həmin tərkib elementlərinin birinin mövcud olmaması və ya mövcud olmasının sübuta yetirilməməsi həmin əməldə inzibati xətanın olmasını istisna edir. Hazırki işin hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən vəzifəli şəxsin deyil, hüquqi şəxs olan PROFCO» MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki hüquqi şəxs İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti kimi nəzərdə tutulmamışdır. Bu halda məhkəmə hesab edir ki, PROFCO» MMC-nin əməlində İXM-nin 602.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanlara və iş materiallarına əsasən belə nəticəyə gəlir ki, əməlində İXM-nin 602.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından Şəxs MMC-nin barəsində İXM-nin 602.4-cü maddəsilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 48-51, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-1398/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1398/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver