Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-14/2024 10.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Rvo kənd sakini Şəxs mərhum babasından qalmış İj-17 markalı, 16 kalibrli, lülə nömrəsi D-772, qundaq nömrəsi D-826, balaqundaq nömrəsi 1697 olan tək lüləli ov tüfəngini qanunsuz saxladığına görə sonuncunun barəsində İXM-nin 590.2-ci maddəsi ilə 22 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, hazırda Lənkəran rayonu, Rvo kəndində yaşayır, mərhum babasından ona qalmış İj-17 markalı, 16 kalibrli, lülə nömrəsi D-772, qundaq nömrəsi D-826, balaqundaq nömrəsi 1697 olan tək lüləli ov tüfəngini evində qanunsuz saxlayıb. Səhhətində problemlər var. Xəstəliyini müalicə etdirdiyi üçün həmin ov tüfəngi sənədləşdirməyə maddı imkanı olmamışdır. Etdiyi əməldən peşmandır. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Həmin Qanunun 14-cü maddəsinin İİ hissəsində göstərilir ki, qanun üzrə vərəsəlik hallarında mülki silahı miras almış vərəsənin mülki silahı əldə etmək üçün xüsusi icazəsi yoxdursa, o üç ay ərzində həmin xüsusi icazəni almalıdır. Vərəsə ona miras qalmış mülki silahı əldə etmək üçün xüsusi icazəni almaq istəməzsə və ya ona bu cür xüsusi icazə verilməzsə, o bir ay müddətində həmin silahı ya bağışlamalı, təhvil verməli və ya satmalıdır. Həmin Məcəllənin 590.2-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görəsilah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1 22 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 590.2-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq inzibati xətanın xarakterini və inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini nəzərə almaqla barəsində silah və onun döyüş sursatı müsadirə edilməklə inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İXM-nin 77.3-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş qurtaranadək maddi sübutların saxlanılmasının təmin edilməsi üçün zəruri tədbirlər görməli, habelə inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan İj-17 markalı, 16 kalibrli, lülə nömrəsi D-772, qundaq nömrəsi D-826, balaqundaq nömrəsi 1697 olan tək lüləli ov tüfəngi müsadirə edilməklə barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-14/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-14/2024
10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver