Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-14/2025 06.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, X1 barəsində Baş X5 idarəsinin inzibati tənbeh vermə haqqında EQ-25031525 №-li xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərardan X1 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 şikayət verərək, barəsində olan xx.xx.2024-cü il tarixli EQ-25031525 №-li inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 13 dekabr 2024-cü il tarixdə Bakı şəhərində 20 yanvar dairəsi ətrafında velotrekin qarşısında “Toyota Prius” minik markalı ** MK *** dövlət qeydiyyatlı avtomobil ilə hərəkətdə olmuşdur. Belə ki, taksi fəaliyyəti ilə məşğul olduğundan qeyd edilən avtomobili idarə etmişdir. Ərazidə Baş Dövlət Yol Polis İdarəsinin kameraları var və çəkiliş aparılır. Lakin təqdim etdiyi fotoşəkillərdən onun həmin ərazidə avtomobili saxlayıb sərnişin düşürməyi kimi görsənir. Amma əslində bu belə deyil, çünki o, orada avtomobili saxlamamış, idarə etdiyi avtomobilin kameralara o vəziyyətdə düşməsinin səbəbi yolda sıxlıq olması və qarşıdakı avtomobillərin yavaş hərəkət etməsi olmuşdur. Bütün bunların nəticəsi olaraq da, dayanma və durma qaydalarını pozduğu üçün barəsində inzibati tənbeh verməsi haqqında xx.xx.2024-cü il tarixli EQ-25031525 №-li elektron qərar qəbul edilmiş və həmin qərara əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyinə görə ona 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qəbul edilmiş qərardan narazıdır, çünki, o, heç bir yol hərəkəti qaydalarını pozmamışdır. Hesab edir ki, qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilmiş inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş səlahiyyətli orqan – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün əsas olan sübutların məhkəməyə təqdim edilməsi təklif olunsa da, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Şikayətə əlavə edilmiş edilmiş EQ-25031525 №-li xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərardan görünür ki, həmin qərar Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixdə X2 barəsində qəbul edilmiş və sonuncu 80 manat cərimə edilmişdir. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin məcəllənin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin məcəllənin 126.3-cü maddəsinə əsasən bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi EQ-25031525 №-li xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərar X2 barəsində qəbul edilmiş, lakin şikayəti X1 vermişdir. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, Baş X5 idarəsinin xx.xx.2024-cü il tarixli, EQ-25031525 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Baş X5 idarəsinin xx.xx.2024-cü il tarixli, EQ-25031525 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş X5 idarəsinin xx.xx.2024-cü il tarixli, EQ-25031525 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-14/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-14/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver