Məhkəmə qərarları › İş №3(049)-140/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-140/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-140/2025 06.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Lənkəran rayonu Zövlə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu Zövlə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə Lənkəran rayonu, Zövlə kənd sakini Şəxs DİN-nin 102 xidmətinə zəng edərək operatoru nalayiq ifadələrlə təhqir etmiş, müraciəti ilə əlaqədar ünvana gedən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq ictimai qaydanı pozmuş, həmin ərazidə xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə sonuncunun barəsində Lənkəran İTB-nin polis sahə rəisi, polis baş leytenantı oğlu X2 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 06 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə DİN-nin 102 xidmətindən Lənkəran ŞRPŞnin NH-nə gələn məlumat əsasında Şəxs 102 xidmətinin təhqir etməsi ünvanına polisin gəlməsini tələb etməsi ilə bağlı Lənkəran rayonu, Zövlə kəndinin girişində Şəxs ilə rastlaşdıqları zaman içkili olduğunu və özünü düzgün apara bilmədiyini şahidi olmuşlar. Ünvanlarına nalayiq küçə söyşləri söyərək biri təhqir etməyə başlamışdır. Onun bu davranışlarına son qoymaq üçün nizam-intizama dəvət etmişlər, o, bu hərəkətlərinə davam etmişdir. Ona Lənkəran ŞRPŞ-yə gəlməyini tələb etdikdə onların tələblərinə məhəl qoymamışdır. Onun iradəsi ziddinə onu Lənkəran ŞRPŞ-yə gətirdiklərini bildirmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətdiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, xx.xx.2025-ci il tarixində spirtli içki qəbul etmişdir. Doğum gününü qeyd etdiyi üçün ailə üzvləri içki içməyə mane olduğundan ailə üzvləri ilə mübahisə etmiş və evdən çölə çıxmışdır. Özündən aslı olmayaraq DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Heç bir məqsədi olmadan 102 xidmətini zəng edərək nə dediyini bilməyib. Polis əməkdaşlarının onu çayxanadan götürərək şöbəyə gətirdiklərini xatırlamır. Barəsində tutma tətbiq edilib polis şöbəsində saxlanıldığı müddət ərzində polis işçiləri tərəfindən ona qarşı hər hansı fiziki və mənəvi təzyiq və təsir göstərilməmişdir. Əlilliyi yoxdur. Əməlindən peşmandır, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X9 bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin İTB-də polis sahə rəisi vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə DİN-nin 102 xidmətindən Lənkəran ŞRPŞnin NH-yə gələn məlumatda Şəxs 102 xidmətinin əməkdaşını nalayiq ifadələrlə təhqir etməsi ünvanına polisin gəlməsini tələb etməsi qeyd edilmişdir. Bununla bağlı müvafiq əməkdaşlarla birgə çağırış üzrə Lənkəran rayonu, Zövlə kəndinə getmişlər. Kəndin girişində çayxana yaxınlığında Şəxs ilə rastlaşdıqları zaman içkili olduğunu və özünü apara bilməməməsinin şahidi olmuşlar. Ünvanlarına nalayiq küçə söyüşləri söyərək onları təhqir etməyə başlamışdır. Onun bu davranışlarına son qoymaq üçün nizam-intizama dəvət etmişlər, lakin Şəxs bu hərəkətlərinə davam etmişdir. Onun Lənkəran ŞRPŞ-yə gəlməyini tələb etdikdə nümayişkarcasına onların tələblərinə məhəl qoymamışdır. Çətinliklə onu sakitləşdirib polis şöbəsinə gətirmişlər. Sərxoşluq müayinəsindən keçirilmiş və ondan alkoqol sərxoşluğu olması müəyyən edilmişdir. Ayıldıqdan sonra barəsində tutma tətbiq edilmişdir. xx.xx.2025-cü il tarixdə saat 09:20-də şəxs tutmadan azad edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6, X8 və X3 şahid X4 izahatına uyğun məzmunlu izahat verdilər. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Uçot-qeydiyyat və Statistik işlər qrupunun operatoru, polis baş serjantı Yadigar Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şəxs Daxili İşlər Nazirliyinin Vahid Məlumat-Axtarış Sistemində (VMAS) hər hansı əlillik statusunun olmadığı müəyyən edilmişdir. İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:40-da inzibati qaydada tutulmuş, xx.xx.2025-cü il tarixdə saat 09:20-də tutmadan azad edilmişdir. Lənkəran ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli arayışından görünür k, Lənkəran rayonu, Zövlə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəfiyev X5 ŞRPŞ-nin Növbətçi hissəsində yığılan inzibati kartotekasında son bir il ərzində heç bir məlumat qeydiyyata alınmamışdır. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan ******* №-li tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Lənkəran rayonu, Zövlə kənd sakini Şəxs DİN-nin 102 xidmətinə zəng edərək operatoru nalayiq ifadələrlə təhqir etmiş, müraciəti ilə əlaqədar ünvana gedən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq ictimai qaydanı pozmuş, həmin ərazidə xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq olunmuş özünün etirafedici izahatı ilə yanaşı şahidlərin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Şəxs ona istinad edilən əməlləri sərxoş vəziyyətdə törətməsi İXM-nin 33.1.7-ci maddəsinə görə onun məsuliyyətini ağırlaşdıran haldır. Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsi İXM-nin 32.1.1-ci maddəsinə görə onun məsuliyyətini yüngülləşdirən haldır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Eyni zamanda həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını, nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Məhkəmə qeyd edir ki, Şəxs tətbiq edilən inzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx.xx.2025-ci il tarixdən saat 13:00-dan hesablanmalı, Şəxs xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2025-ci il tarixdə saat 01:40-dan xx.xx.2025-ci tarixdə saat 01:40-dan xx.xx.2024-cü il tarixdə saat 09:20-dək tutmada saxlanıldığı 7 saat 40 dəqiqə müddət ona təyin edilən inzibati həbs müddətindən çıxılmaqla inzibati həbs müddəti xx.xx.2024-cü il tarixdə saat 19:30-da başa çatmış hesab edilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 20 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2025-ci il tarixdən saat 13:00-dan hesablansın. Şəxs inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2025-ci tarixdə saat 01:40-dan xx.xx.2024-cü il tarixdə saat 09:20-dək tutmada saxlanıldığı 7 saat 40 dəqiqə müddət ona təyin edilən inzibati həbs müddətindən çıxılmaqla inzibati həbs müddəti xx.xx.2025-ci il tarixdə saat 05:20-də başa çatmış hesab edilsin. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar