Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1400/2023 25.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Lənkəran rayonu, Port İliç şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fəridi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 529.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXM-nin 40, 43, 115 və 198-130-cu maddələrini rəhbər tutub, MÜƏYYƏN ETDİ: Lənkəran rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 21 avqust 2023-cü il tarixli inzibati xəta haqqında MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, ünvan 2 ünvanında yaşayan X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X9 Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı icra sənədinin məbləğini qismən icra edərək 3150 manat borcunu ödəməmişdir. Qanunvericiliyin tələbləri daxilində inzibati xəta törətmis şəxs X5 ona təyin olunmus inzibati cəriməni ödəmək imkanı verilmişdir. Borclunun qanunla verilmiş vaxtda inzibati cəriməni ödəyüb müvafıq qəbzi aydiyyəti üzrə təqdim etməməsi müəyyən olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş X7 barəsində cıxarılmış inzibati cəriməni qəsdən ödəməmişdir. Bununlada o, yenidən Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsinin tələblərini pozaraq inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş icra məmuru X8 protokolda göstərilənlərə uyğun izahat verərək borclunun borcu ödəməkdən qəsdən yayındığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 borcunu etiraf edərək izahatında göstərmişdir ki, o, Lənkəran rayonu, Liman şəhərində yaşayır və icarə əsasında çayxana işlədir. Həmin ərazidə çayxanaların sayı artdığı üçün onun gəliri azalmışdır. Qərarın icrası ilə bağlı qeyd edir ki, maddi imkanı olmadığından hazırkı vaxtadək cərimə pulunu tam ödəyə bilməmişdir. Borcu ödəməkdən boyun qaçırmır və hissə-hissə ödəməyə razıdır. Məhkəmədən maddi vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş X9 Xidmətinin Astara-Lənkəran Regional şöbəsinin 23 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3800 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran rayon İcra və Probasiya şöbəsi təfindən tələbin könüllü icrası ilə bağlı xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, bocluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi təklif olunmuşdur. Məhkəmə, borclunun, icra məmurunun izahatlarını, eləcə də iş materiallarında olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibat xəta haqqında tərkib mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, X2, Lənkəran rayon İcra və Probasiya Şöbəsində verdiyi izahatında inzibati xəta üzrə protokolda nəzərdə tutulmuş 3800 manat borcun 660 manatını artıq ödədiyini, hazırda məşğul olduğu çayxana fəaliyyətində qazancının zəif olduğunu, lakin buna baxmayaraq qalıq borcu həmin qazanc hesabına ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, borclunun məşğul şəxs olması, yəni fərdi qaydada fəaliyyət göstərərək müəyyən miqdarda qazanc əldə etməsi və beləliklə də borcun həmin qazanca yönləndirilməsi mümkün olduğu halda, icra məmuru bu xüsusatı nəzərə almadan borclu barəsində İXM-nin 529.1-ci maddəsinin tələblərinin pozulması haqqında protokol tərtib edərək məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 357-ci, 360-cı, 362-365-ci, 425-ci və 430-432-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X13
Məhkəmə qərarları › İş №3(049)-1400/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1400/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver