Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1408/2023 23.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Liman PB-nin polis sahə rəisi, polis mayoru X18, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayan X8 və qonşularının ünvanına nalayiq küçə söyüşləri söyüb təhqir etməklə, ictimai qaydanı pozduğuna görə onun barəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Liman PB-nin polis sahə rəisi, polis mayoru X18 tərəfindən İXM-nin 510-cu maddəsi ilə 23 avqust 2023-cü il il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Liman PB-nin polis sahə rəisi, polis mayoru X5 Pərviz Sahil oğlunun xx.xx.2023-cü il tarixdə saat 13 radələrində, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayan X8 və qonşularının ünvanına nalayiq küçə söyüşləri söyüb təhqir edərək, ictimai qaydanı pozduğunu, buna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirərək, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, ailəsi ilə birlikdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayır. Faktiki nikahdadır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində qonşusu X7 əri onun 2011-ci il təvəllüdlü oğlu X2 üçün əsəbiləşərək ucadan nalayiq ifadələr işlətmişdir. Əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Əlilliyi yoxdur. Məhkəmə iclasında şahid X11 izahatında göstərdi ki, ailəsi ilə birlikdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayır. Şəxs onun qonşusudur. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Şəxs, onun, ərinin digər qonşuların, o cümlədən X12 və X4 ünvanına ucadan nalayiq ifadələr işlədərək, onları söyüb təhqir etmişdir. Məhkəmə iclasında şahidlər X12 və X9 şahid X7 izahatına uyğun məzmunlu izahat verdilər. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş: Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, Şəxs X1 Sisteminin məlumatlarına əsasən, Şəxs filialdan heç bir növ pensiya, müavinət və ya təqaüd almır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayan X8 və qonşularının ünvanına nalayiq küçə söyüşləri söyüb təhqir etməklə, ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafedici və şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə, Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən yüngülləşdirici hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 23 avqust 2023-cü il tarixdən saat 12:50-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-1408/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1408/2023
23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver