Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1409/2023 23.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Azərbaycan Respublikası DİN BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili, polis kapitanı X7 iştirakı ilə xx.xx.1979-cu il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin(bundan sonra mətndə İXM-nin) 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN BNMİ-nin CBRŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, CBRŞ-nin inzibati binasında üzərindən 1 büküm təmiz çəkisi 0,867 qram qurudulmuş marixuana aşkar edilməsinə görə barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan X10 özünü təqsirli bilərək göstərdi ki, üzərində aşkar edilmiş narkotik vasitə ona məxsusdur. Narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində yerləşən “Xəzər” marketin qarşısında piyada hərəkətdə olarkən saxlanılmışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi və fiziki təzyiq göstərilməmişdir. Əməlindən peşmandır. Bir daha belə əmələ yol verməyəcəkdir. Faktiki nikahdadır və himayəsində azyaşlı uşağı vardır. Barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Azərbaycan Respublikası DİN BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili, polis kapitanı X2 Sərdar Habil oğlunun BNMİ-nin CBRŞ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində yerləşən “Xəzər” marketin qarşısında piyada hərəkətdə olarkən saxlanıldığını, şöbədə üzərinə baxış keçirilən zaman 1 büküm təmiz çəkisi 0,867 qram qurudulmuş marixuana aşkar edildiyini, həmin narkotik vasitənin şəxsin özünə məxsus olduğunu bildirərək, S.Seyfullayev barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. İş materiallarında olan: Cinayət işinin başlanılmasının rədd edilməsi barədə 23 avqust 2023-cü il tarixli qərardan görünür ki, X5 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş, onun barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir tədbir görülməsi üçün qərarın surəti BNMİ-nin CBRŞ-nin aidiyyəti əməkdaşına göndərilmiş, Sərdar Seyfullayevdən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0.817 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın regional şöbənin maddi sübutların saxlanılma kamerasına təhvil verilməsi qərara alınmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 22 avqust 2023-cü il tarixli 19/817 №-li rəyindən görünür ki, “Vət. X5 təqdim etdiyi 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,867 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 819 nömrəli rəyindən görünür ki, müayinə zamanı X1 qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in VMAS axtarış portalından verilən məlumatdan görünür ki, X5 hər hansı əlillik qrupu aşkar edilməmişdir. Tutma protokolundan görünür ki, X10 22 avqust 2023-cü il tarixdə 04:00-da şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin tutulmadan azad edilməsi barədə qərardan görünür ki, X10 22 avqust 2023-cü il tarixdə saat 18:30-da tutulmadan azad edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən qurudulmuş marixuana (kannabis) maddə narkotik vasitədir, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. İXM-nin 206-cı maddəsinin dispozisiyasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satışı məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi-həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə, iclasda tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, X10 İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Qeyd olunan inzibati xətanı törətməsində X5 təqsirli olması onun özünün etirafı və ekspert rəyi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, X10 qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş X8 qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. X4 peşmançılıq hissi keçirməsini, himayəsində azyaşlı uşağının olmasını İXM-nin 32.1.1-ci və 32.2-ci maddələrinə əsasən, iş üzrə onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı X5 məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 206-cı maddəsinin sanksiyasında həmin maddənin dispozisiyasında göstərilən əməllərin törədilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarından göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 inzibati qaydada deyil, şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, şəxsi həbsdə saxlama müddətinə daxildir. İnzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarı) Məhkəmə, yuxarıda sadalanan qanunun müvafiq normalarının tələblərini və göstərilən qərarda ifadə edilmiş hüquqi mövqeyi hazırki işin hallarına tətbiq edərək, bu nəticəyə gəlir ki, X5 şübhəli şəxs qismində tutularaq saxlanıldığı 1 gün müddət ona təyin edilən inzibati həbs növündə tənbeh tətbiqinin müddətinə daxil edilməlidir. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar aşağıdakıları qeyd edir. İXM-nin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BNMİ-nin CBRŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalan 1 ədəd bükümdə təmiz çəkisi 0.867 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, X8 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İXM-nin 55-ci maddəsinə əsasən 55.1 İnzibati xətalar haqqında işlər üzrə məsrəflər: 55.1.1. zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; 55.1.2. maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. 55.2. Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. 55.3. İnzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir. 55.4. Məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Məhkəmə hesab edir ki, İXM-nin 55.2-ci maddəsində fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilməsi nəzərdə tutulduğundan hazırki iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 manat ekspetiza xərci dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. X3 həbs tənbeh tədbirinin tətbiqi hissəsində dərhal icra olunsun. Həbs etmənin əvvəli 22 avqust 2023-cü il tarixdən, saat 04:00-dan hesablansın. İş üzrə Azərbaycan Respublikası DİN BNMİ-nin CBRŞ-də saxlanılan maddi sübut – ekspertiza tədqiqatından sonra qalan 1 ədəd bükümdə təmiz çəkisi 0.867 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 60 manat ekspetiza xərci dövlət büdcəsinə aid edilsin. X8 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Qərarın icrası X8 həbs tənbeh tədbirinin tətbiqi hissəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə, ekspertizadan sonra qalıq qalmış 0.867 qram narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsi və ekspertiza xərcinin tutulması hissəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə, X5 ərazi narkoloji dispanserində qeydiyyata alınması hissəsində isə Lənkəran şəhər Ərazi Narkoloji Xəstəxanasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-1409/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1409/2023
23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver