Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1411/2023 07.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 iştirakı ilə, X13 Xidmətinin inspektoru, polis baş serjantı X7 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayətə baxaraq məhkəmə, müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşər Nazirliyi Baş X14 İdarəsinin X13 Xidmətinin inspektoru, polis baş serjantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. X8 həmin qərardan məhkəməyə şikayət verərək inzibati tənbeh vermə haqqında qararın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X8 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı - Sumqayıt yolu istiqamətində hərəkət etdiyi zaman Yol Patrul Xidməti avtomobili saxla əmri vermiş və o, da əmrə əməl edərək avtomobili yolun kənarına verərək saxlamışdır. X13 xidməti inspektoru polis baş serjantı X5 tərəfindən heç bir qanuni əsas olmadan barəsində AR İXM-nin 342.2.2-ci maddəsilə inzibati protokol tərtib edilərək o, 150 manat inzibati cərimə olunmuşdur. AR İXM-nin 342.2.2-ci maddəsində göstərilmişdir ki, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Lakin o, idarə etdiyi **-RA-*** qeydiyyat nömrə nişanlı avtomobildə heç bir normativ tələbləri pozmamış, avadanlıq quraşdırmamış və ya dəyişdirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X8 məhkəmə icasında iştirak edərək izahatında bildirdi ki, 27 iyul 2023-cü il tarixdə idarə etdiyi **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Ekologiya postunda onu yol patrul xidmətinin əməkdaşı saxlayaraq bildirmişdir ki, avtomobilində əlavə avadanlıq quraşdıraraq, avtomobilin arxa farasının üzərinə plyonka çəkmişdir. O, polis əməkdaşının bu bildirdiklərinə etiraz edərək bildirmişdir ki, avtomaşına heç bir əlavə avadanlıq quraşdırmamışdır. Polis inspektorunun əlavə avadanlıq kimi nəzərdə tutduğu avadanlıq avtomaşının arxa farasına yapışdırdığı eni 2 santimetr, uzunluğu 10 santimetr olan kiçik ölçülü plyonka olmuşdur ki, bunu yapışdırmağının səbəbi faranın sınıq olması və dağılıb töklüməsinin qarşısını almaq olmuşdur. Polis əməkdaşına bu səbəbi bildirsə də o, buna məhələ qoymayaraq inzibati xəta haqında protokolu tərtib etmişdir. Hətta polis əməkdaşının iştirakı ilə həmin kiçik ölçülü plyonkanın 2 saniyəyə faradan qoparmışdır. Polis əməkdaşı isə qərəzli olaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Avtomaşının arxa farasının sınıq olduğu üçün dağılmasın deyə ora yapışdırılmış kiçik ölçülü (2 sm. X 10 sm.) plyonkanı qərəzli olaraq əlavə avadanlıq kimi qələmə vermişdir. Protokol tərtib edilərkən polis əməkdaşı tərəfindən heç bir foto, videoçəkiliş aparılmamış və mütəxəssis rəyi alınmamışdır. Sözügedən protokol və qərar ona polisə müraciətindən sonra xx.xx.2023-cü il tarixdə verilmişdir. Ərizəsinin təmin edilərək, barəsində qəbul edilmiş inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib edən orqanın – AR DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə inzibati protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş X13 Xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP5575809 saylı protokoldan görünür ki, X8 xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində idarə etdiyi “Toyota Avalon-minik” markalı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli TP5876273 saylı qərardan görünür ki, X8 AR İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 150 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Göyşaban kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 12-17/544 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 rayonu, Ürgə kəndində yaşayır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X13 Xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP5876273 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində qeyd edilmişdir ki, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Məhkəməyə təqdim edilmiş sənədlərlə və hazırki məhkəmə araşdırması ilə nəticə etibarilə müəyyən olundu ki, X1 Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP5876273 nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən hüquq normalarının ümumi məzmunundan, həmin normalarda təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən də göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin hər hansı inzibati xətanı törətmiş olması, onun əməlində inzibati xətanın tərkibinin inzibati xəta hadisəsinin mövcud olması faktı həmin şəxsin özü tərəfindən deyil, inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqan tərəfindən sübuta yetirilməlidir və bunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Bu faktın sübuta yetrilməməsi isə şəxsin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi halını istisna edir. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunur. Hazırki iş üzrə də X3 əməlində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması faktının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqanın üzərinə düşür. İşin yuxarıda qeyd edilən faktiki hallarından müəyyən edilir ki, inzibati orqanın vəzifəli şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP5575809 saylı inzibati xəta haqqında protokolda X8 tərəfindən törədilən inzibati xətanın mahiyyəti göstərilməmişdir. X9 Məcəlləsinin 100.1 maddəsinə əsasən, inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Həmçinin məhkəmə tərəfindən sorğu edilməsinə baxyaraqaq X13 Xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP5575809 saylı protokolun tərtib edilməsinə və onun əsasında xx.xx.2023-cü il tarixli TP5876273 saylı qərarın qəbul edilməsinə əsas olmuş sübutlar inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin yaranması ilk növbədə hüquqazidd olan, təqsirli sayılan (qəsd və ya ehtiyatsızlıq) hərəkət və ya hərəkətsizliyin mövcudluğunu özündə ehtiva edir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması istisna edildiyinə görə o, İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara görə hər hansı inzibati məsuliyyət daşımır. Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinin məzmununa görə inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda (bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması) qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi istisna olunduğından xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X8 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 8, 53, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzbati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşər Nazirliyi Baş X14 İdarəsinin X13 Xidmətinin inspektoru, polis baş serjantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1411/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1411/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver