Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1414/2023 07.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Masallı rayonu Rüdəkənar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 07 yanvar 2023-cü il tarixdə saat 16:02 radələrində «Opel Astra» markalı ** KD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman yol hərəkəti qaydalarının tələbini pozaraq Lənkəran rayon Havzava kəndində yaşayan Zərərçəkmiş şəxs idarə ediyi “Xəzər Vesta GFK-44-X49-52” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sürücü Zərərçəkmiş şəxs avtomobilinə maddi ziyan vurmuşdur. Nəqliyyat hadisəsi törətdiyinə görə Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, həmin gün idarə etdiyi «Opel Astra» markalı ** KD *** dövlət qeydiyyat nişanlı avtomobillə gələrkən sol zolağda qəflətən nömrəsini xatırlamadığı “2106” markalı avtomobil onu sıxışdırmış, o, həmin avtomobilə siqnal vurduğu zaman fikri həmin avtomobildə qalmış və nəticədə qarşısında olan “Lada” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. Özü hadisədə xəsarət almamışdır. Həmin hadisədə özünün təqsirli olduğunu etiraf edir. Zərəçəkmiş şəxslə barışıq əldə etməmişdir. Barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəm iclasında zərərçəkmiş şəxs bildirdi ki, hadisə o, işdən çıxıb evə qayıdarkən yolun körpü hissəsində baş vermişdir. Qarşıdan mal-heyvan keçdiyini görüb maşını öz hərəkət zolağında saxlamışdır. Bu zaman “Opel Astra” markalı maşın sürətlə gəlib onun maşını ilə toqquşmuşdur. Həmin maşının qabaq tərəfi onun maşının arxa tərəfinə dəymişdir. Həmin vaxt onun sol diz nahiyyəsi əzildiyi üçün təcili tibbi yardım zəng etmiş və xəstəxanaya aparılaraq orada təcili tibbi yardım almışdır. Avtomobili isə tam yararsız hala düşmüşdür. Gələcəkdə belə hadisələrin qarşısını almaq məqsədilə təqsirləndirlən şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə ilə bağlı inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə inzibati xəta törətmiş və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı, zərəçəkmişin ifadəsi və iş materialları ilə tam təsdiq olunur. Şəxs həmin inzibati xətanın törədilməsində təqsirlidir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 32.2 və 33.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən Şəxs əməlini etiraf edib peşman olmasını və ilk dəfə inzibati xəta törətməsini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta haqqında toplanmış materialları tədqiq edib, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, törətdiyi inzibati xətaya görə Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmalı, zərəçəkmiş şəxsə ona vurulmuş ziyan və zərələ bağlı mülki qaydada iddia qaldırmaq hüququnun olması izah olunmalıldır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyan və zərərin ödənilməsi ilə bağlı mülki mübahisə qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X2.
Məhkəmə qərarları › İş №3(049)-1414/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1414/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver