Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1415/2023 07.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1974-cü ildə Lənkəran rayonunda anadan olmuş, evli, sürücü işləyən, Azərbaycan Respublikasının vətəndaşı, FİN 4xxxxxxx, Lənkəran rayonu Kərgəlan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş İXP seriyalı, ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqında protokoldan və iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 iyul 2023-cü il tarixli qərardan görünür ki, 05 iyul 2023-cü il tarixdə 99TF937 dövlət qeydiyyat nişanlı X5 2528 yük marka və modelli nəqliyyat vasitəsinin sürücüsü Qənbərov X2 rayonu Hənifə Abdullayev küçəsi ilə üzü Zərifə Əliyeva küçəsi istiqamətində hərəkətdə olarkən yolun üstündən sağdan-sola uzanan internet kabel xəttinin yol hərəkəti iştirakçıları üçün təhlükəli hündürlükdə olduğunu görüb avtomobilni yolun öz hərəkət hissəsində saxlayıb qəza işığını yandırdıqdan sonra nəqliyyat vasitəsindən düşüb kabel xəttini avtomobilinin üzərindən keçirmək istəyən zaman həmin vaxt Zərifə Əliyev küçəsi istiqamətində hərəkətdə olan PAZ markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsti Şəxs lazımi diqqət göstərməli olduğu halda ehtiyatsızılıq edərək manevr və ötmə qaydalarını pozaraq qarşı hərəkət hissəyə keçməklə yolun üstündən keçən internet kabel xəttinə çırpılmış və nəticədə Mersedes Benz markalı nəqliyyat vasitəsinin sürücüsü, həmin vaxt avtomobilin salonunda kənarda olan, piyada- Zərərçəkmiş şəxs kabel xəttinin onun qaş nahiyəsinə çırpılması nəticəsində yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, X1 Cəmiyyətində avtobus sürücüsü işləyir. “BD” kateqoriyalı sürücülük cəsiqəsi vardır. **- AC-*** dövət qeydiyyat nişanlı “PAZ” markalı avtobus idarə edir. 05 İyul 2023-cü il tarixində Lənkəran şəhəri Hənifə Abdullayeva küçəsi ilə hərəkət edərkən yolun hərəkət hissəsində mersedes markalı yük avtomobilin təhlükə işığının yandırıb saxlanıldığını görmüşdür. O, avtomobilin yük boşaltdığını zənn etdiyi üçün avtomobili sol tərəfdən ötmüşdür. Həmin vaxt yolun üzərindən keçən internet xətti avtobusun lükunun açıq qapısına ilişmiş və hər iki qapı yerindən çıxmışdır. Bundan sonra o, avtomobili kənara sürüb saxlamışdır. Sonradan bilmişdir ki, mersedes markalı avtomobilin sürücüsü öz avtomobilin yanında qalıb internet xətini ilişmiş yerindən çıxartmaq istəyirmiş. Məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 iyul 2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, məhkəmə tibbi ekspertizasının 19 iyul 2023-cü il tarixli 712 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ qaş nahiyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişdir, həmin xəsarət şəxsin özünün göstərdiyi şəraitdə və müddətdə əmələ gələ bilər, müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2023cü ilə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş əməmk müqaviləsinin surətindən görünür ki, Əliyev X3-Sərnişin ASC-də sürücü vəzifəsində işləyir. Həmin qərar əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tənbeh tədbirinin görülməsi üçün qərarın aidiyyatı üzrə Lənkəran ŞRPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını, sürücü işləyərək ailəyə qazanc gətirən şəxs olduğunu və zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmadığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını, Şəxs şəxsiyyətini, yaşını və sürücü işlədiyini nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilsin. AF seriyalı, 122107 nömrəli sürcülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1415/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1415/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver