Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1417/2023 25.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, 2 azyaşlı uşağı olan, Lənkəran rayonu, Türkəkəran kənd orta məktəbində tarix fəndi üzrə müəllim işləyən, Lənkəran rayonu, Türkəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, günorta saat 13:20 radələrində Lənkəran şəhəri, T.İsmayılov küçəsində, ictimai yerdə ünvansız, nalayiq ifadələr işlətməklə, həmin ərazidə xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamadığına görə sonuncunun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə 25 avqust 2023-cü il tarixli, ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat və ərizə verərək bildirmişdir ki, özünü təqsirli bilir. Əməlindən peşmandır. Uşağının xəstə olmasını və özünün müəllim işlədiyini nəzərə alaraq məhkəmədən həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X3 izahatında bildirmişdir ki, 25 avqust 2023-cü il tarixdə saat 13:20 radələrində, Bağırov X4 şəhəri, T.İsmayılov küçəsində polisin qanuni tələbinə tabe olmamış və bunula da İXM-nin 510 və 535-ci maddəsindən nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək tərəfindən 25 avqust 2023-cü il tarixli, ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid X2 bildirdi ki, Lənkəran ŞRPŞ-də polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-ci tarixdə, saat 13:20 radələrində Lənkəran ŞRPŞ-nin CAB-nin Ə/M-li Amil Abdinovla birlikdə Lənkəran şəhəri, T.İsmayılov küçəsində xidmətdə olarkən əvəllər tanımadığı, Lənkəran rayonu, Türkəkəran kənd sakini Şəxs görmüş və yaxınlaşaraq barəsində araşdırma materialı olduğu üçün onu polis bölməsinə dəvət etmişdir. Həmin an, Şəxs bir anlıq uca səslə qışqırmağa və onu polisə verən şəxsin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar Raufu sakitləşməyə və qanuna riayət etməyə dəvət etsələr də, Rauf onların qanuni tələblərinə məhəl qoymayaraq inzibati qaydaları kobud şəkildə pozmuş və nəticədə polis şöbəsinə gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: İnzibati iş üzrə icraatın başlanması barədə qərardaddan görünür ki, Lənkəran ŞRPŞnin İTB-nin sahə rəisi Rəfail Quluzadə tərəfindən, əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdıdr. X1 Çıxarışdan görünür ki, Şəxs həmin şöbədən heç bir növ əmək pensiyası və sosial müavinət almır. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı şahidin izahatı, inzibati xəta haqqında protokol və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs X5 İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsi, bir xəstə olmaqla himayəsində iki azyaşlı uşağın olmasını, müəllim işləməsini və əməlindən səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(049)-1417/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1417/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver