Məhkəmə qərarları › İş №3(049)-1419/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1419/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1419/2023 28.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi oğlunun iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər şəkmiş şəxs X12 və inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X13 iştirakı ilə, 03 fevral 1973-cü ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X20 tərəfindən tərtib edilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs 16 iyul 2023-cü il tarixdə, saat 13 radələrində Lənkəran rayonu, Separadi kəndinin ərazisində nalayiq küçə söyüşləri söyərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, o, təxminən 13 ildir ki, yaşadığı kənddə velosipedlərin ehtiyat hissələrinin satışı və təmiri ilə məşğul olur. Asiman Ağazadəni də müştərisi kimi tanımış, arabir yanına gəlib ehtiyat hissələri almış və velosipedini təmir etmişdir. Mütəmadi olaraq aralarında zarafat etmişlər.16 iyul 2023-cü il tarixdə saat 12 radələrində öz dükanında olarkən Asiman dükanına gəlmiş, təkər və kamer istəməklə axmaq və dəli deməklə onunla kobud zarafat etmişdir. Həmin vaxt mağazaya bir qadın uşaqla gəlmiş, velosipedlərə baxıb qiymətini soruşmuş, o da Asimanı göstərməklə “qoy bu axmağı yola salım” sözlərini demişdir. Həmin qadını yola salandan sonra Asimanın ona axmaq sözünü deməsinə görə aralarında sözlə mübahisə olmuş, ona bir daha onunla zarafat etməyəcəyini deməklə ondan üzr istəmişdir. Onun velosipedini təmir edib pulunu alandan sonra Asiman çıxıb getmişdir. Dükandan 15 metr ayrılandan sonra Asiman ona yenə iki dəfə axmaq sözünü demiş, ona iradını bildirsə də, Asiman ona xoşagəlməz sözlər dediyindən o da bundan əsəbləşərək ona “səni tutsam boynunu qıraram” sözünü demişdir. Asiman gedəndən sonra qardaşı Şəhriyara zəng edib qardaşının hərəkətləri barədə söyləmiş və “əgər mənə Asimanı iflic etməsəm atamın oğlu deyiləm” sözünü demişdir. Ondan sonra Asimanın atası ona zəng edərək nə baş verdiyini soruşduqda Şəhriyara dediyi sözləri ona da demişdir. Təxminən 30 dəqiqədən sonra Asiman ona zəng edərək onu hədələməklə ona nalayiq sözlər demiş, o da əsəbləşdiyindən onun harda olduğunu soruşmuş, məqsədi onu döymək olmuşdur. Aralarında olan mübahisəni həll etmək üçün Rövşən telefon danışığında Asimanı qəbiristanlığın yanına çağırmışdır. Asiman yerini deməmiş, o da oğlanları Amal və Hacını götürüb velosipedlə onu axtarmağa başlamış, Asimanın evinin yanına getmişdir. Küçədə gedərkən Asimanla rastlaşmış, velosipedi saxlayıb Asimanın üstünə gedərkən Asiman velosipedi atıb qaçmağa başlamışdır. X34 daş atsa da, daş ona dəyməmişdir. Asimanın cibindən telefonu düşmüşdür. Bundan sonra Rövşən və iki oğlu ilə birlikdə Asimanın dalınca qaçmağa başlamışlar. Asimanı qovmaqda məqsədi onu tutub döymək olmuşdur. Lakin Asimanı tuta bilməmişdir. Hətta oğluna acıqlanmışdır ki, niyə Asimanın qaçmasına imkan verib. Oğlu Hacı da Asimanın ünvanına nalayiq sözlər demiş və sonradan evə qayıtmışlar. Sonradan Asimanın onlardan şikayət etdiyini bilmişdir. X33 telefonunu sındırmamış, o qaçarkən telefonu cibindən düşmüşdür. Məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş edir. Məhkəmə iclasında zərərcəkmiş qismində dindirilmiş X21 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə velosipedinin təkərini dəyişmək istədiyindən Rövşənin dükanına getmiş, onunla zarafatı olduğundan onunla zarafatlaşmışdır. Bu zaman dükana bir qadın uşaqla gəlmiş və velosipedlərlə maraqlananda Rövşənə birinci olaraq mağazaya gəldiyini, əvvəlcə onu yola salmağını demişdir. Rövşən də əl işarəsi ilə qadına onu göstərərək guya onun başdan xarab olduğunu bildirməklə onu yola salmaq üçün qadından icazə istəmişdir. O da Rövşənin qadının yanında ona qarşı kobud zarafat etdiyini görüb təkəri almaqla acıqlı halda mağazadan çıxıb kənddə olan çayxanaya getmişdir. Orda Rövşənin onun barəsində xoşagəlməz sözlər dediyi yadına düşdüyündən ona zəng edib buna görə ona iradını bildirmişdir. Rövşən telefonda danışıq zamanı onu söymüşdür. Həmçinin məsələni aydınlaşdırmaq üçün onu qəbiristanlığın yanınan. O, telefonda Rövşənlə danışarkən ətrafda onun oğullarının da səslərini eşitmişdir. Rövşənin oğulları da onu söyərək, hədələmişlər. O, da velosipedinə minib həmin istiqamətə gedəndə yolda Rövşən, oğlanları Hacı və Amalın velosipedlə ona tərəf gəldiklərini görmüşdür. Onlar onu görəndən sonra velosipedi saxlayıb ondan düşmüş və onlardan qaçmağa başlamışdır. Hacı və Amal yerdən daş götürüb ona tərəf atmağa başlamış, kənara çəkildiyindən daşlar ona dəyməmişdir. Daşlar o qədər böyük olmuşdur ki, onlardan biri ona dəysəydi bəlkə də ölə bilərdi. Həmin vaxt Samsunq S-20 markalı telefon cibindən düşmüş, onların yaxınlaşıb onu döyəcəklərindən qorxduğundan dayanmayıb qaçmış, arxaya baxdıqda Hacının onun telefonunu və velosipedini ayağı ilə əzdiyini görmüşdür. Həmin vaxt Rövşən də oğulları ilə birlikdə onun arxasınca qaçaraq onu tutmağa və döyməyə çalışmışdır. Rövşən onun ardınca qaçaraq onu döyəcəyi ilə hədələmişdir. O, bir qədər qaçandan sonra qalmış, onlar gedəndən sonra qayıdıb telefon və velosipedini götürüb evinə getmiş, DİN-nin 102 xidmətinə zəng edib münaqişə barədə məlumat verməklə sonradan ərizə yazmışdır. Mübahisə zamanı kimsə ona xəsarət yetirməmişdir. Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X14 26 iyul 2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü i tarixdə saat 13:46-da Lənkəran rayonu, Separadi kəndində yaşayan X12 DİN-nin 102 xirdmətinə müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsi, onun əməli, zərərçəkmişin izahatı, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 28 avqust 2023-cü il saat 11.50-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov İş № 3(050)-456/2022 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Lənkəran Rayon Məhkəməsi 07 aprel 2022-ci il Lənkəran şəhəri Lənkəran Rayon Məhkəməsinin hakimi Səlimov Ayaz Aydın oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Lənkəran şəhərində, məhkəmə binasında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala, məhkəmə binasında, açıq məhkəmə iclasında baxılır. İclas saat 17:35-də açıldı. Hakim məhkəmə iclasını açır və Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala, məhkəmə binasında, açıq məhkəmə iclasında baxıldığını elan edir. Hakim məhkəmə iclasına iştirakçıların gəlib-gəlməməsini yoxlayır, məruzə etmək üçün sözü iclas katibinə verir. Katib məruzə edərək bildirir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və şahid məhkəmə iclasına gəlmişlər. Sədrlik edən şahidin gəlməsini yoxlayıb məhkəmə nəzarətçilərinə şahidi müşayət altında şahidlər üçün ayrılmış xüsusi otağa aparılmasını və onların bir-biriləri və digər şəxslərlə ünsiyyətdə olmasının qarşısının alınması, şahidlər üçün ayrılmış otaqda ləyaqətli şəraitin yaradılması barədə göstəriş verdi. Hakim proses iştirakçılarının şəxsiyyətini müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs 03 fevral 1973-cü ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan Sədrlik edən məhkəmə icraatının Azərbaycan dilində aparıldığını bildirir və iştirakçının Azərbaycan dilində başa düşmələrini və danışa bilmələrini soruşur. İşdə iştirak edənlər hər biri ayrı ayrılıqda Azərbaycan dilində başa düşdüyünü və sərbəst danışa bildiyini bildirir. Sədrlik edən məhkəmə tərkibini elan edərək işə hakim Səlimov Ayaz Aydın oğlunun sədrliyi və Əhmədov Xəyyam Adəm oğlunun iclas katibliyi ilə baxıldığını bildirir və İnzibati Xətalar Məcəlləsinin 108-ci maddəsinə əsasən ona etirazlarının olub-olmamasını soruşur . Etiraz daxil olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Proses iştirakçıları hüquq və vəzifələrinin onlara aydın olunduğunu bildirirlər. Sədrlik edən Lənkəran hüquq məsləhətxanasının vəkili X5 hüquqlarının müdafiəsi üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edir. Sədrlik edənin s/c Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Öz hüquqlarımı özüm müdafiə edə bilirəm. Mənə təqdim olunmuş vəkilin xidmətindən yararlanmaq istəmirəm. Bu mənim maddi imkanımla bağlı deyildir. Odur ki, xahiş edirəm barəmdə olan materiala vəkilin iştirakı olmadan baxasınız. Sədrlik edən yerində qısa müşavirə edərək Qərara alır: Şəxs hüquqlarının müdafiəsi özünə həvalə edilsin. Sədrlik edən işə baxılması ilə əlaqədar vəsatətlərin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən daxil olmuş protokolu və işin digər materiallarını elan edir. Sədrlik edən sözü barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verir: Şəxs İzahatı: mən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə müraciət etmişəm. Müraciət etməyimə səbəb qonşuluqda yaşayanların mənim yaşadığım evin üstünə daş ataraq məni narahat etmələri olmuşdur. Həmçinin həmkəndlim X15 da xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzinə müraciət edərək guya onu söydüyümü bildirmişdir. Lakin mən ümumiyyətlə heç kəsi söyməmişəm. Əgər söymüşəmsə də əsəbi olduğum üçün buna yol vermişəm. Məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş edirəm. Sədrlik edənin s/c Mən ümumiyyətlə heç kəsi söyməmişəm. Əgər söymüşəmsə də əsəbi olduğum üçün buna yol vermişəm. Məhkəmə iclasına şahid dəvət olunur və sədrlik edən şahidin şəxsiyyətini müəyyən edir. Şahid: X16 01 may 1979-cu ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Xırmandalı kəndində yaşayan. Hakim şahidə özünün və yaxın qohumlarının əleyhinə ifadə verməkdən imtina etmək hüququnu, ona məlum olan bütün hallar barədə düzgün izahat verməyin onun vəzifəsi olduğunu, izahat verməkdən imtina etməyə və ya bilə-bilə yalan izahat verməyə görə Azərbaycan Respublikası İXM-nin 67-ci maddəsi ilə inzibati məsuliyyət daşıyacağını izah edir və ondan iltizam alınaraq iş materiallarına əlavə olunur. Hakim şahidə izahat vermək üçün söz verir: X1 izahatı. İzahatı: Qonşum Şəxs mütəmadi olaraq spirtli içkilər qəbul edərək sərxoş vəziyyətdə küçəyə çıxır, məni və digər qonşuluqda yaşayan şəxsləri, bizim ailə üzvlərimizi səbəbsiz yerə təhqir edir. Ümumiyyətlə hazırda Sahibəli Məmmədovun hərəkətləri dözülməz həddə çatmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu, Xırmandalı kəndində işlədiyim mağazada olduğum zaman bir nəfər şəxsin uca səslə nalayiq ifadələr işlətdiyini eşitmişdim. Küçəyə çıxdığım zaman Şəxs küçədə qonşularım X9, X10 və X7 qarşı nalayiq söyüşlər söydüyünün şahidi oldum. Sədrlik edənin s/c: Şəxs mütəmadi olaraq spirtli içkilər qəbul edərək sərxoş vəziyyətdə küçəyə çıxıb məni və digər qonşuluqda yaşayan şəxsləri, bizim ailə üzvlərimizi səbəbsiz yerə təhqir edir. Şahidə əlavə sual-cavab olmadı. Məhkəmə iclasına şahid dəvət olunur və sədrlik edən şahidin şəxsiyyətini müəyyən edir. Şahid: X18 05 iyun 1983-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Lənkəran rayon Xırmandalı kənd tam orta məktəbində işləyən, Lənkəran rayonu, Xırmandalı kəndində yaşayan. Hakim şahidə özünün və yaxın qohumlarının əleyhinə ifadə verməkdən imtina etmək hüququnu, ona məlum olan bütün hallar barədə düzgün izahat verməyin onun vəzifəsi olduğunu, izahat verməkdən imtina etməyə və ya bilə-bilə yalan izahat verməyə görə Azərbaycan Respublikası İXM-nin 67-ci maddəsi ilə inzibati məsuliyyət daşıyacağını izah edir və ondan iltizam alınaraq iş materiallarına əlavə olunur. Hakim şahidə izahat vermək üçün söz verir: X3 izahatı. İzahatı: xx.xx.2022-ci il tarixdə saat 11 radələrində mən, atam Mehman Dadaşov və anam Xumar Dadaşovla birlikdə Lənkəran RPŞ gedərək qonşuluqda yaşayan Şəxs yaşadığı evin həyətindən çıxaraq mənim və ailə üzvlərimi səbəbsiz yerə söyərək təhqir etdiyi barədə müraciət etmişək. Şəxs təkcə xx.xx.2022-ci il tarixdə deyil o mütəmadi olaraq spirtli içkilər qəbul edərək sərxoş vəziyyətdə küçəyə çıxır, məni və digər qonşuluqda yaşayan şəxsləri, bizim ailə üzvlərimizi səbəbsiz yerə təhqir edir. Sədrlik edənin s/c: Şəxs səbəbsiz yerə bizi təhqir edir. Çünki o, mütəmadi olaraq spirtli içkilər qəbul edərək sərxoş vəziyyətdə olur. Şahidə əlavə sual-cavab olmadı. Məhkəmə iclasına şahid dəvət olunur və sədrlik edən şahidin şəxsiyyətini müəyyən edir. Şahid: X17 08 may 1960-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, evdar qadın, Lənkəran rayonu, Xırmandalı kəndində yaşayan. Hakim şahidə özünün və yaxın qohumlarının əleyhinə ifadə verməkdən imtina etmək hüququnu, ona məlum olan bütün hallar barədə düzgün izahat verməyin onun vəzifəsi olduğunu, izahat verməkdən imtina etməyə və ya bilə-bilə yalan izahat verməyə görə Azərbaycan Respublikası İXM-nin 67-ci maddəsi ilə inzibati məsuliyyət daşıyacağını izah edir və ondan iltizam alınaraq iş materiallarına əlavə olunur. Hakim şahidə izahat vermək üçün söz verir: X2 izahatı. İzahatı: qonşuluqda yaşayan Şəxs ilə aramızda dəfələrlə mübahisə və münaqişəmiş olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Şəxs sərxoş vəziyyətdə küçəyə çıxaraq məni və ailə üzvlərimi nalayiq küçə söyüşləri ilə təhqir etdi. X4 hərəkətləri dözülməz həddə çatmışdır. Şəxs mütəmadi olaraq spirtli içkilər qəbul edərək sərxoş vəziyyətdə küçəyə çıxır, məni və digər qonşuluqda yaşayan şəxsləri, bizim ailə üzvlərimizi səbəbsiz yerə təhqir edir. Sədrlik edənin s/c: Şəxs sərxoş olur və səbəbsiz yerə bizi təhqir edir. Şahidə sual-cavab olmadı. Hakim işdə iştirak edən şəxsin məhkəmə araşdırmasının tamamlanması üçün hansı sübutların baxılması və həmin sübutları işin məhz hansı hallarının müəyyən edilməsi üçün zəruriliyi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Vəsatət daxil olmadı. Hakim məhkəmə araşdırmasının qurtardığını elan edir. Hakim çıxış üçün sözü barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş edirəm. Hakim qərar qəbul etmək üçün müşavirə otağına gedir və qayıtdıqdan sonra qərarı elan edir. Qərardan şikayət vermənin qaydası və müddəti izah olunur. Məhkəmə iclası saat 17:57 dəqiqədə bağlı elan olunur. Protokol 07 aprel 2022-ci il tarixdə tərtib olundu Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar