Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1427/2023 29.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirdiyinə görə barəsində Lənkəran rayon prokuroru Taryel Ələkbərov tərəfindən İXM-nin 157-ci maddəsi ilə inzibari xəta haqqında iş üzrə icraata başlanılması barədə qərar qəbul edilərərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından müəyyən olunur ki, inzibati xəta haqqında iş üzrə icraatın aparılmasına əsas cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 avqust 2023-cü il tarixli qərarın qəbul edilməsidir. Həmin qərar əsasında Şəxs barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən 26 avqust 2023-cü il tarixli qərarın aidiyyəti şəxslərə rəsmi qaydada çatdırılmasının təmin edilib-edilmədiyi iş materiallardan müəyyən edilmir. Eləcə də, qərardan şikayət verilib-verilmədiyi, verilmişdirsə, şikayətin nəticəsi, şikayət vermə müddətinin başa çatıb-çatmadığı araşdırılmadan Şəxs barəsində inzibati xəta haqqında qərar qəbul edilərək məhkəməyə göndərilmişdir. Hazırki vəziyyətdə Şəxs barəsində məhkəməyə göndərilmiş inzibati materiala məhkəmədə baxılaraq qərar qəbul edilərsə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan hər hansı şəxs tərəfindən şikayət veriləcəyi və qərar ləğv olunacağı təqdirdə, Şəxs məhkəmənin qərarı ilə əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmiş olacaqdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmamazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Lənkəran rayon prokuroru Taryel Ələkbərov tərəfindən qəbul edilmiş 26 avqust 2023-cü il tarixli qərar və ona əlavə olunmuş sənədlər Lənkəran rayon prokurorluğuna qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Lənkəran rayon prokuroru Taryel Ələkbərov tərəfindən qəbul edilmiş 26 avqust 2023-cü il tarixli qərar və ona əlavə olunmuş sənədlər Lənkəran rayon prokurorluğuna geri qaytarılsın. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-1427/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1427/2023
29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver