Məhkəmə qərarları › İş №3(049)-1458/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1458/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1458/2023 13.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə xx xxxxxxxx 1967-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, orta təhsilli, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, Lənkəran rayonu, Hirkan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən X2 barəsində İXM-nin 529.1-ci maddəsi ilə MN ******* №-li, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan məlum olur ki, Lənkəran rayonu, Hirkan qəsəbəsində yaşayan Şəxs 1 X4 və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən 2000 manat cərimə və xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən dəymiş ziyana görə hesablanmış 180 manat olmaqla ümumilikdə 2180 manat borcu ödəməmişdir. Qanunvericiliyin tələbləri daxilində inzibati xəta törətmis şəxs Şəxs təyin olunmus inzibati cəriməni ödəmək imkanı verilmiş, lakin borclu qanunla verilmiş vaxtda inzibati cəriməni ödüyüb müvafıq qəbzi aydiyyəti üzrə təqdim etməməklə, icra sənədini yerinə yetirməkdən yayınmışdır. Bununlada o, yenidən Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsinin tələblərini pozaraq inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş 1 saylı RETSİ-nin inzibati tənbehvermə haqqında 03 mart 2023-cü il tarixli, MN ******* saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2 və 253.4-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 1 saylı RETSİ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs “Təbiətə dəymiş ziyana görə” 180 manat cərimə olunmuşdur. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 1 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş MN ******* saylı, xx.xx.2023cü il tarixli qərarı üzrə icraata başlanılmışdır. X1 Çıxarışdan görünür ki, Şəxs həmin şöbədən heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, Lənkəran rayonu, Hirkan qəsəbəsində yaşayan Şəxs 1 X4 və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən 2000 manat cərimə və xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən dəymiş ziyana görə hesablanmış 180 manat olmaqla ümumilikdə 2180 manat cərimə edilmişdir. Həmin qərarın icrası üzrə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq Şəxs inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etməkdən yayınmışdır. Şəxs əmək qabliyyətsizliyinə və ya məhdud əmək qabiliyyətli olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin dispozisiyasına görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə ictimai işlər növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 160 (bir yüz altımış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. İctimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar