Məhkəmə qərarları › İş №3(049)-146/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-146/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-146/2024 26.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Zeynalzadə Gülnar Şakir qızının katibliyi, Şikayət vermiş şəxs X7 və Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin MN seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli qərarından X12 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin MN seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli qərarı ilə X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat miqdarında cərimə edilmişdir. X12 həmin qərardan şikayət verib. Şikayətdə MN seriyalı ******* saylı qərarın ləğv verilməsi məhkəmədən xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 17 iyul 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən yaşadığı Lənkəran rayonunun Siyavar kəndində mülkiyyətində olan 0,07 ha həyətyanı torpaq sahəsində qeyri-yaşayış obyekti inşa etməyi ilə bağlı MN № ******* saylı inzibati xəta haqqında protokol tərtob olunmuş və həmin protokol əsasında xx.xx.2023-cü il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar X13 tərəfindən MN № ******* saylı inzibati xəta haqqında Qərar qəbul edilmişdir. Qeyd olunan qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1 -ci mədəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə barəsində 800 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərar tamamilə qanunsuzdur. Bu səbəbdən də həmin protokol və qərar ləğv olunmalıdır. Belə ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 17 iyul 2023cü il tarixdə tərtib edilmiş ******* saylı inzibati xəta haqqında protokolda göstərilən qeyriyaşayış obyekti ona deyil, bacısı X5 məxsusdur. Bununla bağlı, yəni həqiqətən həmin qeyri- yaşayış obyektinin bacısının olmasına və faktiki olaraq da onun tərəfindən istifadə olunmasına dair sənədləri şikayətə əlavə edir. Həmin sənədlərdə olan və 6 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilmək üçün Lənkəran şəhər İHB-nın Siyavar kənd iəd nümayəndəliyi tərəfindən verilmiş 18.11,2016-cı il tarixli, 12/27- 428 saylı arayışdan da görünür ki, X3 Lənkəran rayonunun Siyavar kəndində 30 kv.m ticarət obyekti vardır. Şikayətinə əlavə etdiyi "xxxx" ASC Cənub RETSİ-nin xx.xx.2016-cı il tarixli, 849 nömrəli hesab-fakturasından görünür ki, Lənkəran rayon sakini X5 məxsus yaşayış evinə (orada olan ticarət obyektinə görə) sayğacın quraşdırma xərci 12 manat 72 qəpik təşkil etmişdir. Şikayətinə əlavə etdiyi Azərbaycan Respublikasını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********426600 saylı və **********432500 saylı X8 vergi ödəyicisidir. Məhkəmə baxışında iştirak edən X12 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etmişdir ki, ilkin olaraq şikayət ərizəsində qeyd etdiyi tikili həyətyanı sahəsind olan digər tikilidir. Hazırda məhkəmədə iş materialları və Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən inzibati xəta haqında materiallarla tanış olduqda ona məlum olmuşdur ki, inzibati xəta haqqında protokolda və aktda qeyd edilən tikili onun həyətyanı sahəsində tikintisi hal-hazıradək yarımçıq qalmış digər qeyri-yaayış tikilisidir. İslam Əhmədov məhkəmə baxışı zamanı Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən və sözügedən inzibat xəta haqqında iş materiallarına əlavə edilmiş, həmin iş üzrə akt və protokol tərtib edilərkən çəkilmiş fotoşkillərdə olan tikilinin onun qeyd etdiyi, yəni tikintisi ilə əlaqadar ona cərimə yazıldığı tikili olduğunu təsdiq etdi. Həmçinin qeyd etdi ki, həmin qeyri-yaşayış binasının tikintisi halhazıradək yarıçıq qalmışdır və onun xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşir. Lakin buna baxmayaraq həmin tikili də onun tərəfindən deyil, qohumu tərəfindən tikilmişdir və bunda onun heç bir məsuliyyəti yoxdur. Qeyd edilmiş tikilinin ölçüsü təxminən 7m. X 25m. ölçüdədir. Şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X11 məhkəmə iclasında izahatında bildirdi ki, X2 rayonu, Siyavar kəndi ərazisində özünə məxsus olaraq xüsusi mülkiyyətində olan torpaq sahəsində müvafiq icazə almadan qeyri-yaşayış sahəsi inşa etmişdir. Bu barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən akt və inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə tədbir görülməsi üçün Lənkəran Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Lənkəran ŞİH-də müvafiq araşdırma aparıldıqdan sonra X7 barəsində inzibati tənbeh haqqında qərar qəbu edilərək, o, AR İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat cərimə edilmişdir. İşdə qeyd edilən qeyri-yaşayış binası X9 məxsus torpaq sahəsində tikilmişdir və həmin tikiliyə görə o, özü məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən şikayət əsassızdır. Şikayət ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayət verən şəxsi və inzibati orqanın nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, hazırki şikayət ərizəsi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: xx.xx.2023-cü il tarixli aktda Lənkəran rayonu, Siyavar kənd sakini X7 zəbt olunmuş bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikinti işləri apardığı qeyd edilmişdir. Sözügedən akta əlavə edilən xx.xx.2023-cü il tarixdə çəkildiyi qeyd edilmiş fotoşəkillərdə 6 mişar daşı hündürlüyündə tikilinin olduğu görünür. Məhkəmə baxışı zamanı fotoşəkillərə baxış keçirilərkən X12 fotoşəkillərdə olan tikiliyə görə ona cərimə yazıldığını, həmin tikilinin onun xüsusi mülkiyyətində olan torpaq sahəsində tikildiyini, lakin onun özü tərəfindən deyil qohumu tərəfindən tikildiyini bildirmişdir. Qeyd edilmiş tikilinin ölçüsü təxminən 7m. X 25m. ölçüdədir. Lənkəran ŞRPŞ İTB-nin sahə rəisi tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Siyavar kənd sakini X12 icra hakimiyyəti orqanından icazə almayaraq qanunsuz tikinti işləri aparmışdır. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” **********67-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Lənkəran rayonu, Siyavar kəndində yerləşən ümumi sahəsi 0,05959 ha təşkil edən torpaq sahəsi X7 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1 maddəsinin məzmununa əsasən, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə - fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.30 maddəsinə əsasən, həmin Məcəllənin 393, 393-1.5, 395.1 (həmin əməlin Azərbaycan Respublikasının Mənzil X6 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi halları istisna olmaqla), 395.2 (həmin əməlin Azərbaycan Respublikasının Mənzil X6 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi halları istisna olmaqla), 396, 400, 455.1 və 587-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları baxırlar; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1 maddəsinə əsasən, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin qanunun 80.1 maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Məhkəmə araşdırması zamanı işin faktiki hallarından müəyyən edildi ki, X7 xüsusi mülkiyyətində olan torpaq sahəsində müvafiq icazə alınmadan qeyri-yaşayış tikilisinin tikildiyi aşkar edilmiş, bu barədə müafiq akt və protokol tərtib edilərək baxılması üçün aidiyyəti inzibati orqana göndərilmiş və Lənkəran ŞİH-nin vəzifəli şəxsi qanunvericiliklə ona verilmiş səlahiyytələr çərçivəsində inzibati xəta haqqında qərar qəbul etmişdir. X1 tikilinin onun tərəfindən tikilmədiyini qeyd etdiyinə baxmayaraq həmin tikili onun mülkiyyətində olan torpaq sahəsində tikilmişdir və bu səbəbdən müvafiq icazənin alınması öhdəliyi onun üzərinə düşür. İşin məhkəmə baxışı zamanı müəyyən edildi ki, X12 tərəfindən AR İXM-nin 395.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında icraatı aparan orqan tərəfindən tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edirəm ki, X7 əməlinin Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə inzibati tənbeh tətbiq olunması ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin MN seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli qərarı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Lənkəran Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin MN seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli qərarından X12 tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin MN seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar