Məhkəmə qərarları › İş №3(049)-1464/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1464/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1464/2023 13.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X17, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X20 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi Etibar Vəliyevin 21 avqust 2023-cü il tarixli, MN ******* saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Elvin Nabatov tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X20 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi Etibar Vəliyevin 21 avqust 2023-cü il tarixli, MN ******* saylı qərarı ilə, X17 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 3600 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X17 şikayət verərək 21 avqust 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iz üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Lənkəran Şəhər Rayon X21 bölməsinin təhqiqatçısı X23 tərəfindən 19 yanvar 2023-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərarla toplanmış materiallar əsasında Lənkəran Rayon Prokrurluğunun xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında 01-İX-23 saylı protokoluna əsasən xx.xx.2023-cü il tarixində barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti tərəfindən təkrarən inzibati araşdırma aparmaqla xx.xx.2023-cü il tarixində isə İnzibati Xətalar Məcəlləsinin 192.1 maddəsi ilə qərar qəbul edilərək barəsində vəzifəli şəxs qismində 3600(üç min altı yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qeyd edir ki, onun fəaliyyəti «Cosmos» dükanın sahibi olmaqla telefon aksesuarları, konturlar və danışıq nömrələrinin satışını həyata keçirməkdir. Həmin inzibati protokolda və qərarda qeyd edilmişdir ki, tərəfindən guya vətəndaş X15 ilə aralarında əmək müqaviləsi olmadan həmin şəxsi işlərin icrasına cəlb edib. Yəni İnzibati xətanın törədilməsi üçün əsas olan məqam kimi bu xüsusat qeyd edilmişdir. Eyni pridmetlə, X20 Xidməti tərəfindən 03 aprel 2023-cü il tarixində MN ******* saylı qərarla barəmdə 3500 manat cərimə tətbiq edilərək qərar qəbul edilmişdir. Həmin inzibati xəta haqqında qərardan Lənkəran Rayon Məhkəməsinə şikayət verilmiş, sözügedən inzibati xəta haqqında qərar Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(049)-947/2023 saylı Qərarı ilə (hakim Murad Aslanov) ləğv edilmişdir. Məhkəmənin gəldiyi nəticə isə aşağıdakı kimi olmuşdur. Qanunsuz olaraq, yəni əmək müqaviləsi bağlanılmadan işləməsi qeyd edilən şəxs X13 barəsində hər hansı məlumat inzibati xəta haqqında araşdırma aparan orqan tərəfindən əldə edilməmişdir. İş materiallarında, nə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda, nə prokrorluq orqanlarında aparılmış araşdırma zamanı müəyyən edilməmişdir ki, ümumiyyətlə Sevinc Məmmədova kimdir, nə vaxt, hansı müddət ərzində harada və necə işləmiş, barəsində inzibati xəta haqqında qərar qəbul etmiş şəxslə münasibətləri nədir kimi hallar ümumiyyətlə araşdırılmamışdır. Araşdırma o qədər səthi aparılmışdır ki, ümumiyyətlə X5 şəxsiyyəti belə nə təhqiqat zamanı, nə də prokrurluqda müəyyən edilməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, şəxs Məmmədova deyil, X8r. Məhkəmə hesab etmişdir ki, iş üzrə ən vacib şəxs, yəni qanunsuz işləməsi iddia edilən şəxs dindirilmədən, izahatı alınmadan, şəxsiyyəti müəyyən edilmədən, hər-hansı inzibati xəta haqqmda qərarın qəbul edilməsi qanunsuz olmaqla yanaşı məntiqsizdir. Qeyd olunan kobud prosessual pozuntalarla müşahidə olunan inzibati qərar Lənkəran Rayon Məhkəməsi (hakim Murad Aslanov) tərəfindən ləğv edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(049)-947/2023 saylı qərarından narazı qalan tərəf X20 Xidməti Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsi tərəfindən hərtərfli tam və obyektiv araşdırma aparılmış və həqiqətən inzibati araşdırma aparan orqanlar tərəfindən kobud prossesual pozuntulara yol verilməklə qərar qəbul edilməsi bir daha öz təsdiqini tapmaqla, qəbul edilmiş qərarın Lənkəran Rayon Məhkəməsi tərəfindən haqlı olaraq ləğv edilməsi qənaətinə gəlinmişdir. Beləliklə Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin rəisi X19 tərəfindən verilmiş şikayət təmin edilməmiş və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(049)-947/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının sözügedən məhkəmə instansiyasında qəti olduğunu və dərhal qanuni qüvvəsini aldığının fərqinə vardıqdan sonra X20 artıq məhkəmə instansiyalarında şikayətin tükəndiyini görməklə yenidən araşdırma aparmaq qərarına gəlmişdir. Yəni eyni inzibati xəta ilə bağlı artıq məhkəmə tərəfindən hüquqi qiymət verilən məsələyə yenidən araşdırma aparmaqla onun barəsində 3600 manat cərimə tətbiq etməklə təkrar qərar qəbul edilmişdir. Qeyd olunan təkrar araşdırmada yenədə X13 barəsində hər-hansı məlumat inzibati xəta haqqmda araşdırma aparan orqan tərəfindən əldə edilməmiş və digər vacib xüsustlara araşdırılmamışdır. X7 72 saat işləməsi fakı ilə bağlı hər-hansı sübut təqdim edilməmişdir. X4 olduğu Kosmos Dükanında heç vaxt işləməmişdir. Astara rayon X6 onun dükanından Azərcel nömrə almış, həmin gün dükanda adamlar çox olduğundan kömək məqsədi ilə təsadüfən Sevinc ailəvi dostu kimi dükanında olduğu zaman həmin nömrəni Cavid Əkbərova o vermişdir(uzatmışdır). Sonra əsassız olaraq satılan nömrənin oğurluq olduğunu iddia edən Cavid Əkbərov və X34 dükana hücüm çəkərək onları nalayiq ifadələrlə təhqir etmiş və barələrində 102 xidmətinə məlumat vermişdir. Daha sonra şikayətçilər verdiyi şikayətin əsasssız olduğunu dərk edərək polis şöbəsində rəis müavini İltifat Yusubovun yanında onlarla barışmışlar. Onlarda barışıq olduğunu görərək təqiqatçı Murad Adilzadənin kompyüterdə yazdığı bütün sənədlərə oxumadan imza etmişlər. Sonradan bundan istifadə edən Murad Adilzadə adlı təhqiqatçı toplanmış sənədləri Lənkəran Rayon Prokrurluğuna göndərərək barəsində araşdırma aparılmasını təklif etmiş, Lənkəran Rayon Prokrurluğu barəsində İXM-nin 192.1-ci maddəsi ilə səthi araşdırma apararaq qərar qəbul edilməsindən ötrü X20 Xidmətinə göndərmiş, xidmət barəsində 3500 manat cərimə tətbiq etmişdir. Həyat yoldaşı İlahə Nabatova onun iş yerinə yaxın bujiteriya dükanında fəaliyyət göstərdiyindən Sevinc xanım həyat yoldaşının dükanına tez-tez gəlib gedir və onunla ailəvi dostluq münasibətindədir. Bununla əlaqədar həmin gün onun da iş yerinə baş çəkmişdir. Onun barəsində aparılan inzibati araşdırma zamanı Sevinc Məmmədlinin izahatı araşdırma aparan sözügedən hər üç dövlət orqanlarının heç birində alınmamış Sevincin həqiqətən yanında işləyib işləmədiyi faktı nə şahid ifadələrində, nədə ki Sevincin öz izahatı ilə sübuta yetirilməmişdir. Bir çox xüsusatlara görə həmin qərar işin ədalətli həlli və araşdırmanın tərkib əlamətlərini özündə əks etdirən inzibati xəta üçün əsas ola bilməz. İnzibati araşdırma həm Lənkəran Rayon Məhkəməsi, həm də Şirvan Apelyasiya Məhkəməsi tərəfindən hərtərəfli tam və obyektiv araşdırılaraq qərar qəbul edilmiş və qanuni qüvvəsini almışdır. Burada davam edən inzibati xəta ilə bağlı hər-hansı bir şübhə ola bilməz. Faktiki mübahisə bir epizodla mübahisələndirilməklə inzibati orqan tərəfindən qəsdən uzadılır. Lakin həmin fakt, nə araşdırma aparan qurumlar nə də ki inzibati qərar qəbul edən orqan tərəfindən sübuta yetirilməmişdir. xx.xx.2023-cü il tarixində Lənkəran rayon prokrurluğu barəsində protokol tərtib etmiş və həmin protokola əsasən xx.xx.2023-cü il tarixli İXM-nin 192.1-ci maddəsi ilə İnzibati Tənbeh tətbiq etmə haqqında qərardan şikayət etdiyi zaman barəsində qərəzli olaraq 3500 AZN yəni maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cərimə edilməyim göstərilmişdi. Lakin həmin cərimə müvafiq məhkəmələrin qərarları ilə ləğv olunduğundan, yəni məhkəmə çəkişmələrindən sonra xx.xx.2023-cü il tarixli MN1291772 saylı qərarda daha yuxarı həddə, prinspial olaraq 3600 manat cərimə edilmişdir. Onun yanında işləyən şəxslərin hər birinin əmək müqaviləsi olmuşdur. Bununla bağlı həm prokrurluq, həm də müfəttişlik məlumatlıdır. Əgər o işçini müqaviləsiz işlədirsə niyə bu barədə ona icrası məcburi olan hər-hansı göstəriş verilməmiş və bu barədə bu günədək hər hansı bir xəbərdarlıq almamışdır. Səthi aparılan araşdırmalarda əsas məqsəd yalnız cərimə edilməyi araşdırmanı aparan orqan üçün maraqlı olmuşdur. İnzibati xətanın törədilməsi qeyd etiyi kimi birbaşa onun qəsdi ilə əhatə olunmalıdır. Lakin ehtimallara əsaslananmaqla barəsində protokol tərtib edib onu cərimə etmək heç bir ədalətə və qanunçuluğa sığa bilməz. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X17 şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan –– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Lənkəran-Astara regional şöbəsinin rəisi X18 vəsatət verərək bildirmişdir ki, Lənkəran Rayon X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında xx.xx.2023-cü il tarixli 01-İX-23 nömrəli qərarına Azərbaycan Respiublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Lənkəran-Astara regional şöbəsində baxılmış və nəticədə X17 şöbənin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3500 (üç min beş yüz) manat inzibati cərimə edilmişdir. X9 həmin qərardan şikayətinə Lənkəran Rayon Məhkəməsində baxılmış və məhkəmənin xx.xx.2023-cü il tarixli 3(049)- 947/2023 nömrəli qərarı ilə vəzifəli şəxs X17 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Lənkəran- Astara regional şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli 3(049)-947/2023 nömrəli qərarından Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(106)280/2023 nömrəli qərarı ilə tərəflərindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(049)-947/2023 nömrəli qərarı həmin şikayətə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə qərarına uyğun olaraq Lənkəran Rayon X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında xx.xx.2023-cü il tarixli 01-İX-23 nömrəli qərarına yenidən baxıması xx.xx.2023-cü il tarixinə təyin edilmişdir. X2 da X20 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2023-cü il tarixli 3-17-5/2-M-29721/2023 nömrəli məktubu ilə zərərçəkmiş qismində xx.xx.2023-cü il tarixinə şöbəyə dəvət olunmuş, lakin gəlməmişdir. X17 xx.xx.2023-cü il tarixində X20 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə ərizə ilə müraciət edərək sahibkarlıq fəaliyyəti ilə bağlı vacib və təxirəsalınmaz işinin olduğunu nəzərə alaraq barəsində inzibati xəta haqqında işə baxılması tarixinin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə keçirilməsini xahiş etmişdir. İXM-nin 111.2-ci maddəsini rəhbər tutaraq E.Nabatov barəsində Lənkəran rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli 01-İX-23 nömrəli Qərarı üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2023-cü il tarixinə saat 11:00-a təyin edilmişdir. Lənkəran rayon prokurorluğunun inzibati xəta haqqında iş üzrə icraata başlanması barədə 09 mart 2023-ci il tarixli 01-İX-23 nömrəli qərarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin qəbul etdiyi 03 aprel 2023-cü il tarixli MN1292131 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işə yenidən baxılması barədə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(049)-947/2023 nömrəli qərarının və Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(106)- 280/2023 nömrəli qərarının icrası məqsədi ilə işə E.Nabatovun iştirakı ilə yenidən baxılmış və nəticədə X17 21 avqust 2023-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3600 (üç min altı yüz) manat inzibati cərimə edilmişdir. Lənkəran rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli 01-İX-23 nömrəli Qərarna əsasən X17 barəsində İXM-nin 192.1-ci maddəsi ilə X20 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qəbul edilmiş qərar tam qanunidir. X17 onlaramıza təqdim etdiyi xx.xx.2023-cü il tarixli izahatında göstərmişdir ki, guya araşdırma ilə bağlı Lənkəran Şəhər Polis şöbəsində yazılı izahatı yoxdur və Lənkəran Rayon Prokurorluğunada yazılı izahat verməyib. Lakin Lənkəran rayon Prokurorluğundan daxil olmuş sənədlərdə onun hər iki orqana verdiyi izahatlar əksini tapmışdır. Qeyd olunanları nəzərə alaraq X17 tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin 21 avqust 2023-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə iddiasına Lənkəran Rayon Məhkəməsində baxılan zaman ilkin araşdırma aparmış Lənkəran Şəhər Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru X16 və Lənkəran Rayon Prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X14 məhkəmə iclasında iştirakı və dinlənilmələri ilə bağlı vəsatətlərinin təmin edilməsini xahiş etmişlər. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: X20 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi Etibar Vəliyevin 21 avqust 2023-cü il tarixli, MN ******* saylı qərarı ilə, X17 İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 3600 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(049)-947/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin rəisi X10 xx.xx.2023-cü il tarixli MN 129131 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmişn və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Lənkəran-Astara regional şöbəsinin rəisi Etibar Vəliyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(049)-947/2023 saylı qərarı həmin şikayətə əsasən dəyişdirilmədən saxlanılmışdır. Mübahisələndirilən inzibati xəta haqqında qərardan görünür ki, Elvin Nabatov ona görə İXM-nin 192.1-ci madəsi ilə təqsirli bilinib barəsində 3600 manat cərimə tənbeh tədbiri tətbiq edilmişdir ki, o vəzifəli şəxs kimi Lənkəran şəhərində yerləşən Kosmos adlanan dükanda X11 əmək müqaviləsi bağlamadan işə cəlb etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(049)-947/2023 saylı qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin rəisi X10 xx.xx.2023-cü il tarixli MN 129131 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə səbəb inzibati xəta haqqında qərar qəbul etmiş orqan tərəfindən X13 barəsində hər hansı məlumat əldə edilməmiş, nə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda, nə prokurorluq orqanlarında X3, nə vaxt, hansı müddət ərzində harada və necə işləmiş, barəsində inzibati xəta haqqında qərar qəbul etmiş şəxslə münasibətləri nədir kimi hallar ümumiyyətlə araşdırılmamışdır. İş üzrə ən vacib şəxs, yəni qanunsuz işləməsi iddia edilən şəxs dindirilmədən, izahatı alınmadan, şəxsiyyəti müəyyən edilmədən hər hansı inzibati xəta haqqında qərarın qəbul edilməsinin qanunsuz olmaqla yanaşı məntiqsizdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti inzibati xəta haqqında qərar qəbul edərkən məhz X9 izahatına əsaslanmışdır ki, sonuncu izahatlarında şəxsi qanunsuz olaraq əmək müqaviləsi bağlamadan işlətdiyini etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İXM-nin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli qərarının tələbi baxmından və cinayət-prosessual qanunvericiliyin analogiya üzrə tətbiqinə əsasən şəxsin etirafı yalnız başqa sübutlarla tam təsdiq edildiyi halda sübut növü kimi qəbul edilə bilər. Lakin hazırki işin hallarından müəyyən olunur ki, X20 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən 21 avqust 2023-cü il tarixli, MN ******* saylı qərar qəbul edilərkən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(049)-947/2023 saylı qərarında qeyd edilən hallar araşdırılmamış, sadəcə olaraq, X12 bildiriş göndərilmiş, lakin o inzibati orqanın çağırışına gəlmədiyinə görə İXM-nin 61.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəla məhkəmə onu qeyd edir ki, İXM-nin 61.3-cü maddəsinə görə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunan hüquq normasının məzmunundan görünür ki, İXM-nin 61.3-cü maddəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirak olmadan işə baxılmasının mümkünlüyü tənzimləyir, lakin hazırki işin hallarına əsasən inzibati orqana çağrılan şəxs – X15 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs deyil, şahid kimi çağrılmalı olan şəxsdir. İXM-nin 87-ci maddəsinə əsasən; 87.1. Bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs, onun qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi və ya şahidlər gətirilə bilərlər. 87.2. On altı yaşına çatmayan şəxslər, hamilə qadınlar barəsində gətirilmə tətbiq edilə bilməz. 87.3. Fiziki şəxsin gətirilməsi inzibati xətanın baxıldığı yer üzrə məhkəmənin qərardadı əsasında onun yaşadığı və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 109.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsinin, habelə şahidlərin üzrlü səbəblər olmadan çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırması nəticəsində inzibati xəta haqqında iş üzrə icraatın baxılması təxirə salındıqda, bu isə inzibati xəta haqqında işin hallarının tam, ətraflı, obyektiv və vaxtında araşdırılmasına və onun ədalətli həll olunmasına mane olarsa, inzibati xətanın baxıldığı yer üzrə məhkəmə həmin şəxslərin gətirilməsi barədə qərardad qəbul edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsinin, habelə şahidlərin üzrlü səbəblər olmadan çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırdıqda bu da inzibati xəta haqqında işin hallarının tam, ətraflı, obyektiv və vaxtında araşdırılmasına və onun ədalətli həll olunmasına mane olduqda inzibati xətanın baxıldığı yer üzrə məhkəmə həmin şəxslərin gətirilməsi barədə qərardad qəbul edə bilər. Lakin inzibati xəta haqqında qərar qəbul edən X20 Xidmətinin Lənkəran-Astara regional şöbəsi İXM-nin 87 və 109.3-cü maddələrinə tələblərinə diqqət yetirməmiş, X7 izahatının alınması ilə bağlı onun inzibati orqana məcburi gətirilməsi ilə bağlı hər hansı hərəkət etməmişdir. Halbuki İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxin əməlində inzibati xəta tərkibinin mövcud olması üçün tərkib bütün elementlərinin, yəni inzibati xətanın subyekti, subyektiv cəhəti, obyekti və obyektiv cəhətinin hamısı mövcud olmalıdır. Hazırki iş üzrə həmin hallar inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X20 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən 21 avqust 2023-cü il tarixli, MN ******* saylı qərar qəbul edilərkən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(049)-947/2023 saylı qərarında qeyd edilən hallar, yəni X9 barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamış, İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İXM-nin 135.1.1 və 135.1.6-cı maddələrinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində imnzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X17 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin rəisi X10 xx.xx.2023cü il tarixli, 3(049)-947/2023 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinə göndərilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 128-137-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X17 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin rəisi X10 xx.xx.2023-cü il tarixli, 3(049)-947/2023 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar