Məhkəmə qərarları › İş №3(049)-1465/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1465/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1465/2023 07.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon Şəhər Polis Şöbəsinin, Liman PB-nin polis sahə rəisi, polis leytenantı X2 iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-nin təsisçi direktoru, deməsinə görə əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Digah kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXM-nin 40, 43, 115 və 198-130-cu maddələrini rəhbər tutub, MÜƏYYƏN ETDİ: Şəxs 2023-cü ilin oktyabr ayında Lənkəran rayonu, Boladi kənd sakinləri X3, X11, X10 və X6 evlərinə internet xətti çəkmək adı ilə hər birindən 130 manat olmaqla ümumilikdə 520 manat pulu mənimsədiyinə görə barəsində 31 avqust 2023-cü il tarixli, MN 1848965, MN 1848966, MN 1848965, MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 3(049)-1465/2023 və 3(049)-1467/2023 saylı qərarları ilə həmin inzibati xətaya dair işlər bir icraata, 3(049)- 1465/202 saylı işə birləşdirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokollar tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon Şəhər Polis Şöbəsinin, Liman PB-nin polis sahə rəisi, polis leytenantı X7 izahat verərək bildirmişdir ki, təqsirləndirilən şəxs Şəxs protokolda göstərilən inzibat xətanı törətdiyi üçün Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə barəsində inzibati iş üzrə icraat aparılan Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, zərəçəkmiş şəxslərin hər birindən 130 manat alaraq onlara imternet xəttini çəkəcəyinə söz versə də, üzrlü səbəblərdən həmin xətti çəkməmiş və onlardan aldığı pulları qaytarmamışdır. Hazırda peşimandır, məhkəmədən həmin ziyanı aradan qaldırmaq və zərəçəkmiş şəxslərələ barışıq əldə etmək üçün məhkəmə iclasını bir həftə təxirə salınmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirmişdir ki, Elçin onun evinə internet xətti çəkmək adı ilə 130 manat pulunu alaraq mənimsəmişdir. Məhkəmədən ona dəymiş zərərin ödənilməsini və həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. O, təqsirləndirən şəxs tərəfindən ziyanı aradan qaldırmaq və zərəçəkmiş şəxslərələ barışıq əldə etmək üçün məhkəmə iclasını bir həftə təxirə salınmasına etiraz etmir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında Şəxs cəmi 200 manat məbləğində ziyan ödəyə biləcəyini, qalan ziyanı ödəmək iqtidarında olmadığını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkmiş şəxslərə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Lakin polis şöbəsində bəzi zərəçəkmiş şəxslər ərizə verərək məhkəmə iclasında işə onların iştirakı olmana baxılmasını xahiş etmişlər. Məhkəmə inzibati materiala onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan 11 avqust 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, HK-1-144 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 31 avqust 2023-cü il tarixli, MN 1848965, MN 1848966, MN 1848965, MN ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 2023-cü ilin oktyabr ayında zərəçəkmiş şəxslər X3, X11, X10 və X6 evlərinə internet xətti çəkmək adı ilə hər birindən ayrı-ayrılıqda 130 manat olmaqla, ümumilikdə 520 manat pulu mənimsəmişdir. İş materiallarında olan DSMF-nin Lənkəran şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Şəxs ƏƏSMN yanında DSMF-nin Lənkəran şəhər şöbəsindən heç bir növ sosial müavinət və pensiya almır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs bu xətanı törətməsində təqsiri onun izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində hər bir inzibati xətaya görə ayrı-ayrılıqda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3.-cü maddəsinə əsasən isə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunan Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaçdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini, zərəçəkmiş şəxslərlə barışıq əldə etmədiyini, onlara vurduğu ziyanı ödəmədiyini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Məhkəmə eləcə də hesab edir ki, zərəçəkmiş şəxslərə vurduğu zərərin əvəzi olaraq ondan hər bir zərərçəkmişə 130 manat olmaqla, ümumilikdə 520 manat alınaraq zərəçəkmiş şəxslərə verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115 və 128- 130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs hər hər dörd inzibati xətaya görə ayrı-ayrılıqda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində hər bir xətaya görə ayrı-ayrılıqda 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Barəsində İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə üzərində qəti olaraq 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 07 sentyabr 2023-ci il tarixdən saat 16:20-dən hesablansın. Həbsin sonu 01 oktyabr 2023-cü il tarix 16:20 hesab edilsin. Qərarın inzibati həbslə bağlı hissəsi dərhal icra olunsun və icrası Lənkəran Şəhər- Rayon Polis Şöbəsinə həvalə olunsun. 520 manat dəyərində dəymiş maddi ziyan Şəxs tutularaq hər birinə 130 manat olmaqla ayrı-ayrılıqda zərərçəkmiş şəxslər X4, X13, X12 və X9 ödənilsin. Qərarın 520 manat dəyərində dəymiş maddi ziyanın zərərçəkmiş şəxslərə ödənilməsi hissəsi Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar