Məhkəmə qərarları › İş №3(049)-1467/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1467/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1467/2023 31.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, Lənkəran şəhəri, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş və Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı 31 avqust 2023-cü il-cü il tarixli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis sahə rəisi polis serjantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə MN ******* saylı 31 avqust 2023-cü il-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin, Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis sahə rəisi polis serjantı X1 tərəfindən Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə MN ******* saylı 31 avqust 2023-cü il tarixli protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 31 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə 3(049)-1467/2023 saylı inzibati xətaya dair iş, MN ******* saylı 31 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə 3(049)-1465/2023 saylı inzibati xətaya dair işlə bir icraatda birləşdirilməlidır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 31 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə 3(049)-1467/2023 saylı inzibati xətaya dair iş, MN ******* saylı 31 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə 3(049)-1465/2023 saylı inzibati xətaya dair işlə bir icraatda birləşdirilsin. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar