Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-147/2024 23.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X2, məhkəmə iclas katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, inzibati qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən verilən xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi, barəsində İXM-nin 192.1 və 192.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə şikayəti Lənkəran Rayon Məhkəməsində xx.xx.2024-cü il tarixdə araşdıraraq, məhkəmə müəyyənetdi: X6 məhkəməyə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti (bundan sonra DƏMT-i) tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi, barəsində İXM-nin 192.1 və 192.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib, xx.xx.2024-cü il tarixdə isə MN № ******* inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli MN № ******* inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun “müəyyən edildi” hissəsində qeyd edilmişdir guya “ vətəndaş X7 xx.xx.2023-cü il tarixindən - xx.xx.2023-cii il tarixinədək Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlh edilmişdir”. “Eyni zamanda 2023-cii il oktyabr əmək haqqısı gecikdirilməsi xx.xx.2023-cii il tarixində ödənilmiş, bununla da Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulmuşdur”. Bildirmək istəyir ki, DƏMT-i tərəfindən onun direktor olduğu "xxxx" MMC-də araşdırmanın başlanılması üçün yeganə əsas işçi X3 ərizəsi olmuşdur. Həmin ərizədən işçi X7 qeyd etmişdir ki, “Mən xx.xx.2023 Aqro dost MMC-də traktor vəzifəsində işləyirəm 2023-cii ilin oktyabrın əmək haqqı ödənilməmişdir”. Ərizədən göründüyü kimi, işçi X7 özü şikayət məzmunlu ərizəsində özünün məhz xx.xx.2023-cü il tarixdən etibarən "xxxx" MMC-də işə qəbul edildiyini vurğulamış və bu faktı mübahisələndirməmişdir. Bununla yanaşı, DƏMT-nin sorğusu əsasında ona təqdim edilmiş işçi X3 işə qəbul edilməsinə dair ərizədən, əmək müqaviləsindən və əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişindən də görünür ki, bütün həmin sənədlərin tarixləri məhz xx.xx.2023-cü il tarixinə təsadüf edir. DƏMT-i tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda “Bu fakt müəssisə tərəfindən təqdim edilmiş sənədlər ilə təsdiq edilmişdir.”dedikdə nə başa düşülməli olduğunu ümumiyyətlə anlamaq mümkün deyildir. Məhkəmənin nəzərinə eyni zamanda işçi X3 DƏMX-nin rəisi Vəli Quliyevə ünvanlandığı ərizəni də çatdırır ki, həmin ərizədə X3 onu “müraciətimin araşdırılmanın dayandırılmasım xahiş edirəm” qeyd etmişdir. Eyni zamanda, işçi DƏMT-i X3 qeyd edilən məsələ ilə bağlı heç dəvət belə etməmiş, izahatını almamış, həmin izahatı işə əlavə etməmiş, izahatın məlumatlarını toplanan digər sənədlər ilə müqayisəli halda araşdırmamış, bununla da faktiki baxımdan şikayətin obyektiv, tam və hərtərəfli araşdırılmasına yönələn inzibati qanunvericilikdə müəyyən edilmiş tədbirləri görməmiş, işin nəticələrinə qərəzli yanaşmışdır, nəticədə də buna dair heç bir hüquqi əsas olmayan xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli qərar qəbul etmişdir. Xüsusilə qeyd etmək istəyir ki, işçi X5 Lənkəran rayon məhkəməsinin icraatında olan inzibati işin ( 3(049)-24/2024, sədrlik edən hakim Murad Aslanov) icraatı barəsində məlumat verilmiş və o xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol barəsində öz fikrini xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş Lənkəran rayon məhkəməsinə ünvanlanan ərizəsində təkrar olaraq bildirərək qeyd etmişdir ki, “xx.xx.2023-cü il tarixdə mən X8 ərizə ilə müraciət edib, 2023-cü ilin oktyabr ayının əmək haqqının gecikdirildiyi bildirmişəm. Həmin ərizəmdə də mən “Aqro-Dost" MMC-də məhz xx.xx.2023-cü il tarixdən etibarən işlədiyimi qeyd elmişəm. Xüsusilə də qeyd etmək istəyirəm ki, mən heç bir vaxt, heç bir yerdə xx.xx.2023-cü il tarixdən əvvəl "xxxx" MMC- də hər hansı bir işə cəlb olunmağım və ya həmin Cəmiyyətə digər formada xidmət göstərdiyim haqqında məlumat verməmişəm. Hal hazırda, mənim “Aqro-Dost’’ MMC-yə qarşı heç bir iddia və ya şikayətim yoxdur və bunu əsas tutaraq da xx.xx.2023-cü il tarixli ərizə ilə X8 müraciət etmişəm. Bu səbəbdən də, mənim şikayətim əsasında "xxxx" MMC- i və onun direktoru X9 barəsində X11 tərəfindən tərtib edilmiş protokol və qəbul edilmiş müvafiq qərarları əsassız sayıram. ” Qeyd edilənlərlə yanaşı, DƏMX-i Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərini kobud şəkildə pozaraq, barəsində inzibati icraat aparılan şəxsi inzibati xəta haqqında isin baxışının keçirildiyi vaxt və veri haqqında məlumatlandırmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin şatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Lakin səlahiyyətli DƏMX-i, onu inzibati xəta haqqında işin baxışının keçirildiyi vaxt və yeri haqqında bildirişi və inzibati protokolu, ona təqdim edilməsinə və ümumiyyətlə poçt xidmətinə təqdim edilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Xatırlatmaq istəyir ki, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bununla yanaşı Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə görə inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətii olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Əslində DƏMX-i əgər hər hansı bir inzibati xətanın törədilməsini təsdiq edən, öz sözləri ilə deyilsə “müəssisə tərəfindən təqdim edilmiş sənədlər” aşkar etmişdisə bu haqda mütləq və birmənalı qaydada həmin “sənədə” tərtib etdiyi protokolda istinad etməli və həmin sənəddən nəyi və necə göründüyünü “müəyyən edildiyini” ətraflı izah etməli (yazmalı) idi. Lakin, DƏMX-i onun inzibati xətanın ümumiyyətlə törədilməsini və onun təqsirli olmasını təsdiq edən heç bir sübutu təqdim edə bilməmiş, tərtib etdiyi protokolu əsaslandırarkən isə “Bu fakt müəssisə tərəfindən təqdim edilmiş sənədlər ilə təsdiq edilmişdir.” söz yığımı olan cümləni protokolda yazmaqla kifayətlənmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 4.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şikayətçi məhkəməyə şikayətinə əlavə təqdim edərək həmin əlavədə göstərmişdir ki, Lənkəran rayon məhkəməsi tərəfindən 3(049)-24/2024 iş üzrə aparılan araşdırma çərçivəsində X7 işə şahid qismində cəlb edilmiş və xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında öz ifadəsində bir daha xx.xx.2023-cii il tarixə kimi "xxxx" MMC-də işləmədiyini təsdiq etmişdir. Bununla yanaşı X7 şahid qismində çıxış edərkən ifadəsində daha sonra qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən heç bir vaxt dəvət edilmədiyini və izahatın alınmadığını bildimişdir ki, bu da DƏMX-i tərəfindən işin araşdırılmasına səthi yanaşdığını, tələm-tələsik və heç bir tutarlı sübuta arxalanmayan qərarın qəbul edildiyinə dəlalət edir. Sorğu əsasında əldə edilmiş xx.xx.2024-cü il tarixli 4/M məktubdan da görünür ki, "xxxx" MMC-ci ilə "xxxx" MMC-i arasında xx.xx.2023-cü il tarixdə aqrotexniki xidmətlərin (işlərin) göstərilməsi haqqında 23/18 nömrəli və həmin tarixli kənd təsərrüfatı və nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Həmin müqavilələrin şərtlərinə əsasən "xxxx" MMC-i "xxxx" MMC-yə icarəyə götürülmüş tarixli kənd təsərrüfatı və nəqliyyat vasitələri və digər zəruri texnika istifadə edilməklə, sonuncuya aid torpaq sahələrində arqotexniki xidmətlər göstərir. X7 isə xx.xx.2021-ci il tarixdən - xx.xx.2023cü il tarixə kimi "xxxx" MMC-də əsas iş yeri üzrə traktor sürücüsü vəzifəsində işləmişdir. Göründüyü kimi, xx.xx.2024-cü il tarixli MN № ******* inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda “vətəndaş X3 xx.xx.2023-cü il tarixindən "xxxx" MMC-də işləməsi ilə bağlı DƏMXnin gətirdiyi dəlil, sadəcə uydurma olması bir daha tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə X1 şikayəti təmin və DƏMX-nin “İnzibati tənbeh vermə haqqında” MN ******* saylı xx.xx.2024-cü il tarixli qərar ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün DƏMX-nə qaytarılmışdır. Həmin qərardan DƏMX-i apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(106)-314/2024 nömrəli qərarı ilə şikayət qismən təmin və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, materiallar yenidən araşdırılması üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsi öz qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətindən Tural Cəfərzadənin inzibati məsuliyətə cəlb olunması üçün zəruri olan və əməlini təsdiq edən sübutları tələb etmədən və işi tam araşdırmadan haqsız olaraq mübahisəli qərarı ləğv etmişdir. Ona görə də, apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tələb edərək ilk öncə "xxxx" MMC tərəfindən təqdim edilmiş müəssisənin möhürü ilə təsdiq edilmiş 2023-cü ilin mart və oktyabr ayları üzrə tabel cədvəlində olan qeydləri, həmçinin, bank hesabı çıxarışı ilə ƏMAS elektron sistemində qeydə alınmış əmək müqaviləsi bildirişi arasındakı ziddiyətli halları, yəni iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırdıqdan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən verilən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanuni qəbul edilib-edilməməsi məsələsinə hüquqi qiymət verməli olduğu halda bunu etməmişdir. Məhkəmə, Şirvan Apellyasiya Məhkəməsinin qərarında göstərilmiş halların araşdırılması məqsədilə həm inzibati qərardan şikayət vermiş şəxsi, həm də X11 Xidmətinin nümayəndəsini dəfələrlə məhkəmə iclasına dəvət etsə də, şikayət vermiş şəxs məhkəmə iclaslarına gəlmiş, lakin DƏMX-nin namayəndəsi məhkəmə iclaslarına gəlməmiş, həmin xidmətin Lənkəran şöbəsinin əməkdaşı əvvəlki məhkəmə iclasına gəlsə də, ona DƏMX-i təmsil etmək üçün etibarnamə verilməmişdir. Məhkəmə hazırki şikayətə DƏMX-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında inzibati qərardan şikayət verən X6 şikayəti müdafiə edib, şikayətdə göstərilən dəlillərə uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, əslində X7 xx.xx.2023-cü il tarixdən başlayaraq “Aqro Dost MMCdə traktorçu vəzifəsində işləyir. Lakin tabelləri yazmış baş mühasib X12 texniki səhvə yol verərək onun 2023-cü ilin mart ayının əvvəlindən işləməsini tabeldə əks etdirmişdir. Bununla bağlı baş mühasibdən izahat alınmış və o, xx.xx.2023-cü il tarixdə rəsmi qaydada izahat verərək orada göstərmişdir ki, X5 mart ayı üçün iş vaxtının uşot tabeli excell proqramında hazırlanarkən, sətrlərdə məlumatların sürüşməsi halı baş vermiş və bunun nəticəsində tabeldə həmin işçiyə işlədiyi 04 iş günü əvəzinə, 17 iş günü yazmaqla səhvə yol vermişdir. Həmin izahat Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 3(049)-24/2024 nömrəli inzibati materiala əlavə edilmişdir. Buna görə də hesab edir ki, əməlində İXM-nin 192.1-ci maddəsinin tərkibi yoxdur. İXM-nin 192.4-cü maddəsinə gəldikdə isə, hesab edir ki, ondan asıllı olmayan səbəblərdən oktaybr ayının əmək haqqını X5 noyabr ayında vermək əvəzinə dekabr ayında verdiyinə görə, o, həmin maddə ilə inzibati məsuliyyət daşımamalıdır. Belə ki, göstərdikləri agrotexniki xidmətə görə "xxxx" şirkəti 2023-cü ilin noyabr ayında AFB Bank ASC-də olan hesablarına 13 155 manat pul köçürmüş, həmin puldan bankın xidmət haqqı və vergilər tutulduqdan sonra qalmış bütün məbləğ işçilərin əmək haqqlarının ödənilməsinə yönəldilmişdir. Sadəcə "xxxx" şirkətinin bank hesablarına köçürdüyü məbləğ, bütün işçilərin əmək haqlarının bağlanmasına kifayət etməmişdir. X5 əmək haqqının gec verilməsində günahı olmadığı üçün o hissədə də barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə şikayət verənin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və X6 barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, o, Azərbaycan Respublikası İXM-nin 192.1 və 192.4-cü maddələri ilə nəzərdə tutlmuş inzibati xəta törətmiş və protokol tərtib edilən zaman iştirak etməmişdir. Bu fakt müəssisə tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq edilir. İş materiallarında olan DƏMX-nin “İnzibati tənbeh vermə haqqında” MN ******* saylı xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 192.1 və 192.4-cü maddələri ilə təqsirli bilinəırək 4000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan işçi X3 DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinə ünvanladığı ərizənin surətindən görünür ki, o, ərisəzində qeyd etmişdir ki, xx.xx.2023 “Aqro Dost MMC-də traktorçü vəzifəsində işləyir və 2023-cii ilin oktyabr ayının əmək haqqı ona ödənilməmişdir. Məhkəmə hesab edir ki, ilk əvvəl X1 əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tərkibinin olub-olmadığını müəyyən etməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə DƏMX-i və X1 rəhbərlik etdiyi “Aqro Dost MMC-dən X7 ilə bağlı bütün materialları tələb etmiş və onları tədqiq edərək belə nəticəyə gəlmişdir ki, yeganə bir hal, X5 iş günləri barədə tabelin 2023-cü ilin mart ayının əvvəlindən yazılması halı istisna olmaqla, bütün digər sənədlərdən onun xx.xx.2023-cü il tarixdən işə başladığı müəyyən olunur. Tabellə bağlı X6 məhkəmə iclasında bildirmişdir ki, baş mühasibləri X12 texniki səhvə yol verərək X3 2023-cü ilin mart ayının əvvəlindən işləməsini tabeldə əks etdirmişdir. Ondan bu barədə izahat alınmış və o, həqiqətən də texniki səhvə yol verdiyini etiraf etmişdir. Məhkəmə Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 3(049)-24/2024 nömrəli inzibati materiala baxış keçirmiş, həmin materialın 83, 84-cü vərəqələrindəki “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən və izahatdan görünür ki, X12 ilə “Aqro Dost MMC arasında müddətli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi bağlanmış və o, baş mühasib təyin edilmişdir. Onun xx.xx.2023-cü il tarixdə “Aqro Dost MMC-nin direktoru X4 verdiyi izahatdan görünür ki, , X5 mart ayı üçün iş vaxtının uşot tabeli excell proqramında hazırlanarkən, sətrlərdə məlumatların sürüşməsi halı baş vermiş və bunun nəticəsində tabeldə həmin işçiyə işlədiyi 04 iş günü əvəsinə, 17 iş günü yazmaqla səhvə yol vermişdir... Gələcəkdə bu cür nöqsanlara yol verməyəcəyinə, işində dönüş edib daha diqqətli olmağına dair öhdəlik götürmüşdür. Əslində bu hal ona dəlalət edir ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tərkibi yoxdur. Lakin, həmin Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 3(049)-24/2024 nömrəli inzibati materialda olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixıi 3(106)-132/2024 nömrəli qərarından görünür ki, məhz bu əmələ görə X1 direktoru olduğu hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 20 000 manat məbləğində cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.10 və 1.0.11-ci maddələrinin məzmununa görə qanunun analogiyası dedikdə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi, hüququn analogiyası dedikdə isə yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi başa düşülür. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinin məzmununa görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsindən ibarət olduğundan və bu qanunvericilikdə inzibati xəta haqqında iş üzrə verilən ərizəsinin geri qaytarılması nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, hazırki işdə hüququn analogiyasından istifadə olunmaqla oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilməlidir. Məhkəmənin qəbul etməli olduğu qərarın məzmunu inzibati xətalar haqqında qanunvericilikdə bilavasitə nəzərdə tutulmasa da, məhkəmə hüququn analogiyası qaydasına istinad edərək oxşar ictimai münasibətləri tənzimləyən hüquq normalarının tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Məhkəmə qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023cü il tarixıi 3(106)-132/2024 nömrəli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib cərimə edilmişdir. Belə olan halda, ona rəhbərlik edən X6 da təqsirli hesab edilməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, X1 əməlində İXM-nin 192.1ci maddəsinin tərkibi vardır. Lakin həmin hissədə inzibati icraata İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən hazırki inzibati xəta ilə əlaqədar inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta hadisəsi 2023-cü ilin mart ayında törədilmişdir. Həmin vaxtdan 01 ildən də artıq vaxt keçmişdir. Göründüyü kimi, hazırda X4 müddəti keçməsi ilə əlaqədar həmin maddə ilə inzibati tənbeh vermək olmaz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən isə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün onun barəsində inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Məhkəmə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı qeyd edir ki, inzibati məsuliyyətə cəlb edilməsi üçün şəxs təqsirli hesab edilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi şəxsin hüquqazidd əməlinin mövcud olması üçün şəxsin qəsdən və ya ehtiyatsızlıqdan həmin əməlin törətməsi zəruridir. Lakin, X1 həmin hissədə qəsdən və ya ehtiyatsızlıqdan hüquqazidd əməl etdiyi aşkar olunmur. Belə ki, o, məhkəmə iclasında bildirmişdir ki, ondan asıllı olmayan səbəblərdən 2023-cü ilin oktaybr ayının əmək haqqını X5 noyabr ayında vermək əvəzinə dekabr ayında vermişlər. Belə ki, göstərdikləri agrotexniki xidmətə görə "xxxx" şirkəti 2023-cü ilin noyabr ayında "xxxx" ASC-də olan hesablarına 13 155 manat pul köçürmüş, həmin puldan bankın xidmət haqqı və vergilər tutulduqdan sonra qalmış bütün məbləğ işçilərin əmək haqqlarının ödənilməsinə yönəlmişdir. Sadəcə "xxxx" şirkətinin bank hesablarına köçürdüyü məbləğ, bütün işçilərin əmək haqlarının bağlanmasına kifayət etməmişdir. X5 əmək haqqının gec verilməsində günahı olmadığı üçün o, həmin hissədə də özünü təqsirli hesab etmir. X1 dediklərinin həqiqi olub-olmadığını yoxlamaq məqsədilə məhkəmə onların təqdim etdikləri və 2023-cü ilin noyabr ayını əhatə edən “Hesab Çıxarış”ı tədqiq etmiş və tədqiqat zamanı məlum olmuşdur ki, xx.xx.2023 - xx.xx.2023 tarixlər arası göndərən- "xxxx" şirkəti alan - "xxxx" ASC-də olan "xxxx" MMC-nin ***-*******-2 hesabına cəmi 13 555 manat pul vəsaiti köçürmüşdür. Həmin vəsaitin bir qismi əməliyyat komisiyyası, vergilər, icbari tibbi sığorta kimi tutulmuş, yerdə qalan bütün vəsait əmək haqqı şəklində işçilərin əmək haqlarının ödənilməsinə yönəldilmişdir. Həmin “Hesab Çıxarış”ı sonundan görünür ki, "xxxx" MMC-nin hesabına 13 555 manat pul vəsaiti daxil olmuş və hamısı istifadə edilmiş, dövrün sonuna qalıq 0.00 manatdır. Görüqndüyü kimi, X5 noyabr ayında verilməli əmək haqqının dekabr ayında verilməsinə görə X1 təqsiri yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, X1 əməlində İXM-nin 192.4-cü maddəsində nəzərdə tutlan inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalananları və hazırkı iş üzrə X1 əməlində qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı inzibati xəta tərkibi olmadığına görə məhkəmə hesab edir ki, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə də xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 76, 134, 135ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 şikayəti təmin edilsin. DƏMX-nin “İnzibati tənbeh vermə haqqında” MN ******* saylı xx.xx.2024-cü il tarixli qərar ləğv edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, xitam verilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibi olmadığına görə, xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X15
Məhkəmə qərarları › İş №3(049)-147/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-147/2024
23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver