Məhkəmə qərarları › İş №3(049)-1471/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1471/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1471/2023 04.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, Azərkəndtikinti Dövlət Şirkətinin 2 saylı Sənaye Kombinatı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərkəndtikinti Dövlət Şirkətinin 2 saylı Sənaye Kombinatı mülkiyyətində olan «MMZ 45023» markalı 42AC789 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim etmədiyinə görə barəsində İXM-nin 347-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərkəndtikinti Dövlət Şirkətinin 2 saylı Sənaye Kombinatınin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərkəndtikinti Dövlət Şirkətinin 2 saylı Sənaye Kombinatınin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Azərkəndtikinti Dövlət Şirkətinin 2 saylı Sənaye Kombinatınə ünvanlanmış bildirişdən görünür ki, 08 iyul 2023-cü il tarixində, saat 05:48-də Azərkəndtikinti Dövlət Şirkətinin 2 saylı Sənaye Kombinatınə məxsus «MMZ 45023» markalı 42AC789 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş sürücü barədə 5 gün müddətində məlumat verilməli olması bildirilmişdir. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Lənkəran ŞRPŞ tərəfindən Azərkəndtikinti Dövlət Şirkətinin 2 saylı Sənaye Kombinatınə göndərilmiş sorğu onun nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* №-li protokoldan görünür ki, 28 avqust 2023-cü il tarixində, saat 17:20-də Azərkəndtikinti Dövlət Şirkətinin 2 saylı Sənaye Kombinatınə məxsus «MMZ 45023» markalı 42AC789 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş sürücü barədə məlumat verilmədiyinə görə Azərkəndtikinti Dövlət Şirkətinin 2 saylı Sənaye Kombinatı barəsində İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə işə əlavə olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, hüquqi şəxs Azərkəndtikinti Dövlət Şirkətinin 2 saylı Sənaye Kombinatı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir. Belə ki, məhkəmə tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, Azərkəndtikinti Dövlət Şirkətinin 2 saylı Sənaye Kombinatı, onun mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin dispozisiyasına görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İXM-nin 347-ci maddəsinin sanksiyasında göstərilmişdir ki, həmin maddənin dispozisiyasında göstərilmiş əməllərin törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Azərkəndtikinti Dövlət Şirkətinin 2 saylı Sənaye Kombinatı inzibati tənbeh tətbiq edilərkən inzibati xəta üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yerləşən Azərkəndtikinti Dövlət Şirkətinin 2 saylı Sənaye Kombinatı haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə almaqla ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Azərkəndtikinti Dövlət Şirkətinin 2 saylı Sənaye Kombinatı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300(üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar