Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1475/2023 04.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə 14 oktyabr 1982-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi 04 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Lənkəran Rayon Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-955/2023 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 1300 (min üç yüz) manat pulun və 33 (otuz üç) manat dövlət rüsumunun alınaraq tələbkar Zərərçəkmiş şəxs veriməsi qət edilmişdir. Borclu Şəxs sözügedən məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icrasından yayınaraq, 1333 manat borcu hal-hazıradək ödəməmişdir. Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Həmçinin qeyd etmişdir ki, icra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Tələb könüllü icra müddətində borclu tərəfindən təmin edilmədiyindən onun əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. Borclu şöbədə olarkən qərar və tələbin könüllü icrası barədə bildirişin surətləri ona şəxsən təqdim edilməklə izahatı alınmışdır. Borclu izahatında maddi imkanının olmamasını əsas gətirərək tələbi təmin edə bilmədiyini bildirmişdir. Keçən müddət ərzində borclu tərəfindən tələbkarın xeyrinə heç bir ödəniş edilməmişdir. Hazırda tələbkar pulunu tam tələb edir. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcunu sentyabr ayından başlayaraq hər ay 50-100 manat məbləğində tələbkara ödəməyə imkanı olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, o, hazırda uşağının saxlanılması üçün digər məhkəmə qətnaməsinə əsasən aliment də ödəyir. İşin məhkəmə baxışı zamanı tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, icra sənədi üzrə borclu tərəfindən ona ona hal-hazıradək heç bir vəsait ödənilməmişdir. O, borcun tam ödənilməsini tələb edir. Həmçinin məhkəmədən borclu barəsində həbs növündə inzibati tənbeh növünün seçilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qətnaməsi barədə məlumatlı olduğu təqdirdə icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmurunun çağırışlarına gəlməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən nəzərə alır ki, borclunun bu gün üçün borc məbləği 1333 (min üç yüz otuz üç) manat təşkil edir. Bu isə borclunun uzun müddət ərzində icra qeydi ilə müəyyən edilmiş məbləğdə və qaydada ödəmədiyini də təsdiq edir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 04 sentyabr 2023-cü il saat 14.10-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov İş № 3(049)-844/2023 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Lənkəran Rayon Məhkəməsi 16 mart 2023-cü il Lənkəran şəhəri Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, Hakim məhkəmə iclasını açır və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala, məhkəmə binasında, açıq məhkəmə iclasında baxıldığını elan edir. İclas saat 18:10-da açıldı. Katib məruzə edərək bildirir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və icra məmuru məhkəmə iclasına gəlmişlər. Hakim proses iştirakçılarını müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs 26 oktyabr 1987-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Lənkəran şəhəri, Y.Həsənov küçəsi ev 7-də qeydiyyatda olmaqla yaşayan Sədrlik edən məhkəmə icraatının Azərbaycan dilində aparıldığını bildirir və iştirakçının Azərbaycan dilində başa düşmələrini və danışa bilmələrini soruşur. İş iştirakçıları Azərbaycan dilində başa düşdüklərini və sərbəst danışa bildiklərini bildirirlər. Sədrlik edən məhkəmə tərkibini elan edərək işə hakim Pənahov Anar Elman oğlunun sədrliyi və Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə baxıldığını bildirir. Etiraz daxil olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Proses iştirakçıları hüquq və vəzifələrinin onlara aydın olunduğunu bildirirlər. Sədrlik edən Lənkəran vəkil bürosunun vəkili X1 hüquqlarının müdafiəsi üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edir. Sədrlik edənin s/c Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Öz hüquqlarımı özüm müdafiə edə bilirəm mənə təqdim olunmuş vəkili istəmirəm. Bu mənim maddi imkanımla bağlı deyildir. Odur ki, xahiş edirəm ki, barəmdə olan materiala vəkilin iştirakı olmadan baxasınız. Sədrlik edən yerində qısa müşavirə edərək Qərara alır: Hüquqlarının müdafiəsi özünə həvalə edilsin. Sədrlik edən işə baxılması ilə əlaqədar vəsatətlərin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Hakim işə baxılmasının mahiyyəti üzrə başlanmasını bildirir. İş üzrə zəruri materiallar elan olunur. Sədrlik edən daxil olmuş protokolu və işin digər materiallarını elan edir. İşin baxılmasında iştirak edən şəxslərin izahatı dinlənilir. Hakim barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə izahat üçün söz verir. Hakim pratokolu tərtib etmiş şəxsə izahat üçün söz verir. Protokol tərtib etmiş şəxs X2 izahatı: Hörmətli məhkəmə icra sənədi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Tələb könüllü icra müddətində borclu tərəfindən təmin edilmədiyindən onun əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. Borclu Şəxs şöbəyə gəlməkdən və icra sənədinin icrasından yayındığından xx.xx.2023-cü il tarixdə onun şöbəyə məcburi gətirilməsi təmin edilmişdir. Borclu şöbədə olarkən qərar və tələbin könüllü icrası barədə bildirişin surətləri ona şəxsən təqdim edilməklə izahatı alınmışdır. Borclu izahatında heç bir yerdə işləmədiyini əsas gətirərək tələbi təmin edə bilmədiyini bildirmişdir. Keçən müddət ərzində borclu tərəfindən tələbkarın xeyrinə 2022-ci ilin noyabr ayında 3 (üç) min, 2022-ci ilnin mart ayında 200 (iki yüz) manat ödəniş edilmişdir. Hazırda tələbkar pulunu tam tələb edir. Sədrlik edənin sualına cavab: Keçən müddət ərzində borclu tərəfindən tələbkarın xeyrinə 2022-ci ilin noyabr ayında 3 (üç) min, 2022-ci ilnin mart ayında 200 (iki yüz) manat ödəniş edilmişdir. Əlavə sual olmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı: Hörmətli məhkəmə, icra sənədi üzrə borcumdan 3200 (üç min iki yüz) manat ödəmişəm. Qalan borcumu isə maddi imkansızlığım ilə bağlıdır. Mən hazırda tələbkara 175 (yüz yetmiş beş) manat məbləğində aliment ödəyirəm. Sədrlik edənin s/c: Hazırda maddi vəziyyətim yaxşı olmadığından yaranmış borcumu tam ödəyə bilmirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə əlavə sual-cavab olmadı. Hakim tərəflərdən məhkəmə araşdırmasının tamamlanması üçün hansı sübutların baxılması və həmin sübutları işin məhz hansı hallarının müəyyən edilməsi üçün zəruriliyi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Vəsatət daxil olmadı. Hakim çıxış üçün sözü barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edirəm. Hakim çıxış üçün sözü protokolu tərtib etmiş şəxsə verdi. Protokolu tərtib etmiş şəxs: Məsələnin həllini məhkəmənin mülahizəsinə buraxıram Hakim məhkəmə araşdırmasının qurtardığını elan edir. Hakim qərar qəbul etmək üçün müşavirə otağına gedir və qayıtdıqdan sonra qərarı elan edir. Qərardan apellyasiya şikayəti verilməsi qaydası və müddəti izah olunur. Məhkəmə iclası saat 18:24 dəqiqədə bağlı elan olunur. ` Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №3(049)-1475/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1475/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver